Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi “DİO-nun inzibati fəaliyyəti” kafedrası



Yüklə 468,5 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix30.04.2022
ölçüsü468,5 Kb.
#56768
1   2   3   4   5   6   7   8   9   ...   15
499 im72020 qiyabi

Sual 1.  İctimai qayda əleyhinə olan inzibati xətalara görə inzibatiməsuliyyət 

 

Hər  bir  inkişaf  edən  dövlətlərin  cəmiyyətində  hüquqla  əsas  mühafizə  olunan 



obyektlər sırasında (ictimai münasibət olaraq) ictimai qayda xüsusi əhəmiyyətə malikdir. 

Sosial-hüquqi  kateqoriya  kimi  ictimai  qayda  aidiyyəti  münasibətlərin  özünəməxsus 

dairəsini əhatə edir. Belə ki, ictimai qayda istisnasız olaraq cəmiyyət üzvlərinin hamısını 

əhatə edir (hər biri fərdin doğulduğu andan ölənədək). 

 Azərbaycan  Respublikası  Konstitusiyasının  12-ci  maddəsinin  1-ci  bəndinə  əsasən, 

insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının,  Azərbaycan  Respublikasının  vətən-

daşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Söylənilən ali 

məqsədin təmin edilməsi  üçün həyata keçirilən sosial, siyasi və hüquqi tədbirlər xüsusi 

əhəmiyyətə  malikdir.  Həmin  tədbirlər  sırasında  cəmiyyətdə  hər  bir  şəxsin  qorunmasına 

şəraitin yaradılması ilkin tələblərdəndir. Məhz bu baxımdan ölkəmizdə ictimai qaydanın 

qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  fərdin,  cəmiyyətin  və  dövlətin 

təhlükəsizliyinə zəmanət verir. 

Öz  növbəsində  qeyd  edilməlidir  ki,  “Polis  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun 4-cü maddəsinə əsasən, polisin fəaliyyətinin əsas istiqamətlərindən biri olan 

“ictimai  qaydanın  qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi”  ölkə  ərazisində 

ictimai sabitliyin təmin edilməsinə  yönəlmişdir. Polisin bu fəaliyyət istiqaməti vasitəsilə 

dövlət  ictimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat  əleyhinə  olan  inzibati 

xətaların  xəbərdar  edilməsi  və  onların  qarşısının  alınmasına  nail  ola  bilir.  Bu  isə  öz 

növbəsində cəmiyyətdə təhlükəsizliyə xidmət edən ictimai qaydadır.  

İctimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat  əleyhinə  olan  inzibati 

xətaların qabaqlanmasının daha da gücləndirilməsi, ölkədə ictimai-siyasi vəziyyətin sabit 

saxlanılması, insan və vətəndaşların istirahəti və əməyi üçün normal şəraitin yaradılması 

“Polis haqında” Qanuna əsasən polis əməkdaşlarının vəzifələri kimi müəyyən edilmişdir. 

Ölkəmizdə ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan 

inzibati  xətalar  statistik  göstəricilərə  görə  (yol  hərəkəti  qaydaları  əleyhinə  törədilən 

inzibati xətalar istisna olmaqla) digər xətalardan daha çox törədilir. 

İctimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat  əleyhinə  olan  inzibati 

xətalar  Azərbaycan  Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin  38-ci  fəslində  (İXM, 

maddə 510 - 525) göstərilmişdir. 

Əcnəbi  hüquq  ədəbiyyatlarında  qeyd  edilir  ki,  ictimai  qayda  -  sosial-hüquqi 

kateqoriya  kimi,  sosial  normalara  (hüquq  normalarına,  əxlaq  qaydalarına,  ümumqəbul 

olunmuş  birgəyaşayış  qaydalarına  və  s.)  riayət  edilməsi  nəticəsində  təsis  edilən  və 

toxunulmazlığına  dövlət  və  cəmiyyətin  bütün  siyasi  sistemi  tərəfindən  təminat  verilən 

ictimai münasibətlər sistemidir. 

Hüquq  ədəbiyyatlarında  ictimai  qaydaya  həm  geniş,  həm  də  məhdud  mənada 

baxılır.    İctimai  qayda  geniş  mənada  cəmiyyətdə  yaranan  bütün  iqtisadi  və  ictimai 

münasibətlər sistemini əhatə edir. 

Qanunvericilikdə  və  hüquq  ədəbiyyatlarında  geniş  mənada  ictimai  qayda  (sosial 

kateqoriya  kimi)məhdud  mənada  (xüsusi  mənada)  istifadə  edilən  ictimai  qaydadan 

fərqləndirilir.  

Nəzərə almaq lazımdır ki, ictimai qayda məhdud mənada hüquq normaları və digər 

sosial normalarla tənzimlənən ictimai münasibətlərin bütün sistemini əhatə etmir. İctimai 

qayda  yalnız  ictimai  həyatın  müəyyən  sahəsində  yaranan  münasibətlərin  müəyyən 

hissəsini əhatə edir. 

İctimai  qayda  anlayışının  (məhdud  mənada)  dərk  edilməsi  zərurəti  aşağıdakı 

amillərlə şərtləndirilir: 




 



   bu və ya digər sosial sahədə yaranan ictimai münasibətlərin çox tərəfliliyi

   müxtəlif  növlü  ictimai  münasibətləri  tənzimləyən  xüsusi  hüquqi  normaların 



mövcudluğu; 

   hüquqi  kateqoriya  kimi  ictimai  qaydaya  qəsd  edən  hüquqpozmalara  görə 



qanunvericilik tərəfindən məsuliyyətin müəyyən edilməsi

   ictimai  qaydanın  qorunması  üzrə  xüsusi  funksiyalar  və  onları  həyata  keçirən 



orqanların mövcudluğu və s. 

İctimai qaydanın məhdud mənada,  yəni xüsusi (hüquqi) mənada anlayışı haqqında 

qanunvericilikdə və xüsusi hüquq ədəbiyyatlarında vahid fikir yoxdur. Lakin adı çəkilən 

anlayışın  polisin  və  digər  aidiyyəti  hüquq-mühafizə  subyektlərinin  gündəlik  hüquq 

tətbiqetmə  fəaliyyətində  vacibliyi  nəzərə  alınmaqla,  normativ  hüquqi  məzmuna  malik 

modelinin müəyyən edilməsini məqsədəuyğun hesab edirik. Təəssüflə qeyd olunmalıdır 

ki,  qanunverici  tərəfindən  buna  dair  heç  bir  hüquq  müəyyənetmə  fəaliyyəti  həyata 

keçirilməyib.  Başqa  sözlə  desək,  nə  01  mart  2016-cı  il  tarixdən  ölkəmizin  ərazisində 

qüvvəyə  minən  İXM-in  38-ci  fəslinə  (İctimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai 

mənəviyyat əleyhinə olan inzibati xətalar) daxil olan aidiyyəti inzibati xəta tərkibinə dair 

müddəada,  nə  də  “Polis  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  4-cü  maddəsi 

ilə  (Polisin  fəaliyyət  prinsipləri  və  istiqamətləri)  müəyyən  edilən  istiqamətlər  daxilində 

ictimai qaydaya anlayış verilməyib.  

Qeyd  edilən  hüquq  müəyyənetmənin  qanunverici  tərəfindən  həyata  keçirilməməsi 

ilə  polisin  gündəlik  fəaliyyətində  aidiyyəti  hüquq  tətbiqetmə  zamanı  yaranan  çətinliyi 

aradan  qaldırmaq  üçün  ictimai  qaydanın  məhkəmə  təcrübəsində  verilən  anlayışından 

istifadə  edilməsini  məqsədəmüvafiq  hesab  edirik.  Həmin  anlayış  “Xuliqanlıq  işləri  üzrə 

məhkəmə  təcrübəsi  haqqında”Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  23 

mart  2004-cü  il  tarixli  1  №-li  Qərarında  müəyyən  edilib.  Azərbaycan  Respublikası  Ali 



Məhkəməsi  Plenumunun  adı  çəkilənqərarına  əsasən,  ictimai  qayda  dedikdə,  cəmiyyətdə 

insanlar  arasında  təşəkkül  tapmış,  adət  və  ənənələrlə,  əxlaq  normaları  ilə,  habelə 

qüvvədə  olan  qanunvericiliklə  müəyyən  edilən  qarşılıqlı  davranış  və  birgəyaşayış 

qaydalarının sistemi başa düşülür. 

İctimai qaydanın məhdud mənada belə anlayışı bir çox hüquq  ədəbiyyatlarında və 

normativ hüquqi aktlarda ümumiləşdirilərək işlədilir. 

İctimai  qayda  cəmiyyətin  digər  sahəsi  olan  ictimai  təhlükəsizliklə  sıx  bağlıdır. 

İctimai  təhlükəsizlik  sahəsinə  insanların  həyatı  və  sağlamlığı,  onların  əmlakı  üçün 

yaranan  və  ya  yarana  biləcək  təhlükənin  qarşısının  alınması  və  ya  onların  aradan  qaldı-

rılması ilə bağlı olan ictimai münasibətlər aiddir. 

İctimai  təhlükəsizlik  dedikdə,  vətəndaşların  və  vəzifəli  şəxslərin  fəaliyyəti 

nəticəsində  baş  verə  bilən  və  ətrafdakılar  üçün  yüksək  təhlükəli  olan  hadisə  və 

vəziyyətlərdən  digər  insanların  həyat  və  sağlamlığının  mühafizə  edilməsi,  binaların  və 

qurğuların  dağıdılmasının  və  ya  zədələnməsinin  qarşısının  alınması  məqsədi  ilə  dövlət 

tərəfindən  müəyyən  edilmiş  xüsusi  təşkilati-texniki  qaydalara  ciddi  riayət  edilməsinə 

əsaslanan münasibətlər sistemi başa düşülür. 

İctimai  təhlükəsizlik  anlayışının  daha  asan  başa  düşülməsi  məqsədilə  onu  (qısa 

olaraq)  bu  redaksiyada  səsləndirmək  olar:  “İctimai  təhlükəsizlik”  dedikdə,  ictimai 

qaydanın qorunması vəziyyəti başa düşülür. 

İctimai  mənəviyyat  anlayışının  öyrənilməsi  aidiyyəti  hüquqpozma  tərkiblərinin 

təhlili zamanı mütləqdir. Bu baxımdan onun da məzmununun açıqlanması məqsədəuyğun 

sayılır.  




 



Hüquq  ədəbiyyatlarında  mənəviyyat  dedikdə,  cəmiyyətdə  yaranmış  baxışlar, 



adətlər,  şərəf,  ləyaqət,  vətəndaşlıq  vəzifələri  haqqında  normalar  sistemi  və  davranış 

qaydaları başa düşülür. Mənəviyyat ərəb sözü olub, insanın mənəvi keyfiyyət normaları 

deməkdir. Mənəviyyat həm də yüksək əxlaq deməkdir. 

Statistik  göstəricilərin  təhlili  deməyə  əsas  verir  ki,  ölkəmizin  ərazisində  ictimai 

qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat  əleyhinə  törədilən  inzibati  xətalar 

içərisində “Xırda xuliqanlıq” daha çoxluq təşkil edir. Məhz bu kimi vacib məqamı nəzərə 

almaqla,  “Azərbaycan  Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin  510-cu  maddəsi  ilə 

inzibati xəta tərkibi kimi təsbit olunan “Xırda xuliqanlıq” maddəsinin təhlilini aparaq: 




Yüklə 468,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin