Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə10/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   6   7   8   9   10   11   12   13   ...   97
Oxu təliminin metodikası 18.03.23

Savad təlim dövrü

25-30

20-25

15-20

Savad təlimindən sonrakı dövr (I sinif)

30-35

25-30

20-25

II sinif

50-60

50-40

30-40

III sinif

60-80

50-70

40-50

IV sinif

80-100

70-90

60-70

Bu baxımdan şagirdlərin danışıq nitqi nəzərə alınmaqla oxu sürəti üç yerə bölünür:



  1. Sürətli oxu

  2. Orta oxu

  3. Aramla oxu

III-IV siniflərdə oxu adi danışıq sürətinə bərabər olmalı­dır. Buna nail olmaq üçün aşağıdakı vasitələrdən istifadə məqsədəuyğundur:
1) müəllimin oxu nümunəsi verməsi;
2) tələsən və ya ləng oxuyan uşaqların oxusunun normalla müqayisə edilməsi;
3) təkcə yaxşı oxuyanın deyil, bütün şagirdlərin eyni səviyyədə oxuya cəlb edilməsi;
4) I sinifdə xorla oxuya çox aludə olunmaması;
5) fərdi oxuya geniş yer verilməsi;
6) sinifdənxaric oxuya diqqətin artırılması.
Sürətli oxu texnikasının mənimsənilməsində vərdiş məfhumu olduqca mühüm əhəmiyyət kəsb edir. Hər dəfə mətnin növündən və oxunun məqsədindən asılı olaraq oxunun sürəti tənzimlənməlidir.
Oxunu hansı halda sürətli, hansı halda isə ləng hesab ediləcəyini müəyyənləşdirmək üçün cədvəl 1-də(s.28) göstərilmiş sürət şkalasına əsaslanmaq lazımdır.
Oxunun şüurluluğu. Oxu təliminin ən mühüm keyfiyyətlərindən biri oxunun şüurluluğudur. Savad təlimi dövründən oxunun şüurluluğu təmin olunmazsa, şagird sonralar oxudu­ğunun mahiyyətini dərk etməkdə çətinlik çəkəcəkdir. Oxunun şüur­luluğu oxunmuş mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsini tələb edir.Oxunun şüurluluğunun təmin edil­məsi ibtidai siniflərdə çox zəruridir. Oxu prosesində bir çox sözlərin mənasının dərk olunmaması və ya yanlış dərk olunması mətnin məzmununun başa düşülməməsinə gətirib çıxarır. Əsə­rin məzmununun anlaşılmaması həmçinin oxu sürətinin, ifadəli oxu bacarıqlarının ləngiməsinə səbəb olur. Şagirdlərin şüurlu oxu bacarıqlarına daha fəal yiyələnmələri üçün qavrayışın dərinləşdirilməsinə yönəlmiş məşğələlərin təşkili məsləhətdir. Məsələn:

  • şagirdlərin mətnin məzmununu qavramağa hazırlaşması;

  • əsər oxunandan sonra iki-üç sualla məzmunun necə qavranıldığının yoxlanılması;

  • lüğət üzrə işlərin aparılması;

  • əsərə planın tərtib edilməsi;

  • seçmə oxunun təşkili;

  • mətnin məzmunun nağıl edilməsi;

  • idraki və tərbiyəvi nəticənin çıxarılması;

  • mətnin məzmununun uşaqların həyatı ilə əlaqələn­diril­məsi.

Şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsi üçün şüurlu oxu mühüm şərtdir. Ona görə də ibtidai siniflərdə izahlı oxu dərsləri təşkil edilməlidir. Oxu zamanı lüğət üzrə aparılan işlər məhz oxu prosesinin şüurluluğunun təmin olunması məqsədini güdür. İzahlı oxu və lüğət üzrə işlərin aparılması şagird­lərin fəallığı və sözlərin izahına dair bacarıqlara yiyələnməsi ilə müşayiət edilir. Şüurluluq:
- mətndə hər bir sözün, söz birləşməsinin, cümlənin mənasının dərk olunmasında;
- bütövlükdə mətnin məzmununun başa düşülməsində;
- şagirdlərin mətndəki hadisə və surətlərə öz münasibətini bildirməsində özünü göstərir.
Şüurlu oxu zamanı şagird:

  • mətnin məzmununu başa düşür;

  • hekayədəki əsas fikri izah edir;

  • əsərdəki faktları təsvir edir;

  • əsərdəki şəxsin davranış motivlərini, münasibətini, niyyətini müəyyənləşdirir;

  • müəllifin fikrini, əsərin ideyasını başa düşür;

  • əsərə öz münasibətini bildirir;

  • yazılı nitqdə durğu işarələrinin funksiyasını başa dü­şür;

  • əsərdə qəhrəmanın fikirlərini başa düşür və ona müna­sibət bildirir;

  • oxuduğu əsasında həyat həqiqətlərini başa düşür.

Oxu prosesində vəziyyətdən asılı olaraq müxtəlif çətinlik­lər meydana çıxır. Şifahi nitq uşağa tanış olan situasiyada baş verir və aydın başa düşülür. Mətndə isə yazılı nitqdən isti­fadə olunur. Oxunun şüurluluğuna nail olmaq üçün aşağıdakı vasitələrdən istifadə olunması məqsədəuyğundur:
1. Əyaniləşdirmək (mövzunun dərk olunmasında şəkillər­dən istifadə mühüm əhəmiyyət kəsb edir).
2. Mətnin məzmununun şagirdlərin həyat müşahidələri ilə əlaqələndirilməsi.
3. Mətndəki söz, ifadə və cümlələrin məntiqi mənası və emosional çalarlığının açılması.
4. Mətndəki obrazların konkretləşdirilməsi.
5. Mənası çətin sözlərin dəqiq izah edilməsi.
Oxunun şüurluluğunun təmin edilməsi üçün müəllim əvvəl­cədən mətni oxuyub, təhlilini aparmalıdır. Mətndə olan yeni söz və ifadələrin izahı yollarını müəyyənləşdirməlidir. Məsələn:

  • mətn üzrə təqribi olsa da, real varlığı yaratmaq: mətnin, ondakı faktların, hadisələrin məzmununu izah etmək;

  • mətnin məzmunu əsasında emosional mühit yaratmaq, hekayənin əsas fikrini izah etmək;

  • hadisə və faktların təsvirində iştirak edən şəxsin dav­ra­nış motivlərini və məzmununun arxasında hadisələrin mənasını görmək;

  • müəllifin məqsədini, əsərin ideyasını başa düşmək;

  • əsərin məzmununu başa düşmək onu qiymətləndirmək və öz münasibətini bildirməyi bacarmaq;

  • yazılı nitqin ifadəliliyini (durğu işarələri, sözlərin sırası, nida, digər ifadə vasitələri) başa düşməyi öyrətmək;

  • müəllifin ustalığını, əsərin ideyasını, başlıca mənasını, qəhrəmanın fikirlərini, həyəcanını ifadə etmək üçün işlətdiyi ifadələri başa düşmək və dəyərləndirmək;

  • oxuduğu əsasında (oxuduqlarına əsasən) müasir həyatımızın həqiqətlərini başa düşmək və qiymətləndirmək .


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin