Söz assosiasiyası – bu üsuldan həm mövzunun öyrənilməsinin əvvəlində, həm də sonunda istifadə etmək olar. Bunu aşağıdakı kimi tətbiq etmək olar:
Öyrənilən mövzu ilə bağlı başlıca söz lövhəyə yazılır;
Şagirdlərə tapşırılır ki, bu sözlə gördükləri və ya eşitdikləri zaman ağıllarına gələn ilk sözü yazsınlar. Bunun üçün onlara 1-2 dəqiqə vaxt verilir;
Dərsin axırında tapşırılır ki, hər bir şagird mövzu ilə bağlı düşündüyünü və ya nə hiss etdiyini bir sözlə ifadə etsin. Sonra bu sözlərin siyahısı tərtib edilir. Məsələn:
Bənövşə
Bənövşəyi rəng
Yazın gəlişi
Novruz bayramı
Anlayışın çıxarılması. Oyun-tapmaca kimi təşkil olunan bu üsul dərsin fəal keçməsinə səbəb olur. Müəllim oxu mətninə aid anlayışı lövhədən asılan dairəvi kartın arxasına yazır. Şagirdlərə isə həmin mətnə dair bir neçə “açar” söz deyir və yazır. Şagirdlər həmin sözlərlə bu gün oxunacaq mətni müəyyənləşdirirlər.
Şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.
Kosa
? bayrammm
Keçəl
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim kartoçkada yazılan mətni açıqlayır: “Siçanla qurbağanın döstluğu” [7, s.92].
Suallar. Oxu dərsinin səmərəli təşkilində mətnin məzmunun açılmasına xidmət edən sualların əhəmiyyəti çoxdur. Dərs prosesində sualların qurulması şagirdlərin idrak fəallığının artırılmasında böyük rol oynayır. Tədqiqatı stimullaşdırır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır. Məsələn:
“Lovğa” şeirinin oxusundan sonra verilmiş sulların məzmununa nəzər salaq [7, s.186].
Lovğa Bir uşaq lovğalandı,
Kükrədi dalğalandı,
Qabartdı sinəsini.
Gördü pisdir ədası,
Yoxdur bunun faydası.
Hamı çıxdı sözündən
Lovğa küsdü özündən.
Suallar:
-Kimə lovğa deyilir?
-Nə üçün lovğalıq pis xüsusiyyət sayılır?
-Lovğalığın nəticəsi nə olur?
-Lovğalarla necə rəftar edərdiniz?
-Lovğalara nə məsləhət verərdiniz?
-Lovğalıq kimi daha hansı pis xüsusiyyətlər vardır ?... və s.