Problemli vəziyyət. Bu üsul şagirdlərin tənqidi təfəkkürünü, təhliletmə, ümumiləşdirmə və nəticəçıxarma vərdişlərini inkişaf etdirir. Müəllim əvvəlcədən müzakirə üçün problematik sualları hazırlayır.
Şagirdləri 4-5 nəfərlik qruplara ayıran müəllim onlara problemli vəziyyət əks olunmuş iş vərəqləri paylayır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Sonda problem üzrə ümumi müzakirə aparılır.
Klaster (şaxələndirmə).Müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində oxu mətninin adı yazılır, şagirdlər oxu mətni ilə bağlı söz və ya ifadələr söyləyir, bu sözlər mərkəzdə yazılmış anlayışla (mətnin adı ilə) xətlərlə əlaqələndirilir.
Ayrılmış vaxt ərzində mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur. Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.
Bilirəm/İstəyirəm_bilim/Öyrəndim.'>BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim. BİBÖ üsülu cədvəl kimi qurulur: 1-ci sütunda Bilirəm; 2-ci sütunda İstəyirəm bilim; 3-cü sütunda Öyrəndim yazılır.
“Şah İsmayıl” mətninə [8, s.117] dair BİBÖ:
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
Şah İsmayıl dövlət başçısı olub.
Şah olub.
Şeirlər yazıb
Şah İsmayıl nə kimi işlər görüb?
Şah İsmayıl tarixi şəxsiyyətdir. Səfəvilər dövlətinin banisidir. Azərbaycan dilini dövlət dili elan edib.
Şagirdlərin oxunmuş mətnlə bağlı bildikləri 1-ci sütunda; bilmək istədikləri 2-ci sütunda; öyrəndikləri 3-cü sütunda qeyd olunur. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrənilənlər bir daha təkrarlanır.
Təqdimat (prezentasiya) - şagirdlərin tədqiqat fəaliyyətinin nəticələrinin təqdim edilməsidir. Təqdimat şifahi, yazılı, vizual, rollu və s. formalarda ola bilər. Şagirdlər təqdimatı fərdi və ya qrup şəklində edə bilərlər.
Oxu materiallarının tədrisində yaxşı təşkil olunmuş təqdimat onun növündən asılı olmayaraq şagirdlərin biliklərinin və əqli vərdişlərinin yüksək səviyyəsini göstərir.