Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Vəziyyət (situasiya) üzrə praktikum



Yüklə 0,51 Mb.
səhifə36/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   32   33   34   35   36   37   38   39   ...   97
Oxu təliminin metodikası 18.03.23

Vəziyyət (situasiya) üzrə praktikum. Bu üsul hər hansı oxu materialını öyrəndikdən sonra tətbiq edilən üsuldur. Göstərilən üsul şagirdlərdə öyrənilən material üzrə müəyyən bilik və təcrübənin olmasını nəzərdə tutur. Üsulu aşağıdakı kimi tətbiq etmək olar:

  • Müəllim dərsdə müzakirə olunacaq problem və sualları əvvəlcədən müəyyən edir və onları müxtəlif vəziyyətlər şəklində tərtib edir.

  • Vəziyyətlər ayrı-ayrı iş vərəqlərində yazılır. Hər vəziyyə­tə dair suallar və tapşırıqlar qoyulur. Bunların sayı 2-5 ola bilər.

  • Şagirdlər cütlüklərə, qruplara bölünürlər. Hər qrupa bir və ya bir neçə vəziyyəti təsvir edən iş vərəqi verilir.

  • Tapşırıqları yerinə yetirdikdən sonra qruplar öz işlərini təqdim edirlər.

  • Qrupların təqdimatından sonra müzakirə keçirilir.

Qərarlar ağacı. Bu üsul o zaman tətbiq olunur ki, oxu materialında təqdim olunan problemin bir neçə həlli var və onların hamısı liderlik təşkil edir. Şagird bunun hamısını seçə bilmir. Bu üsul aşağıdakı kimi tətbiq olunur:

  • Əvvəlcə, müəllim təhlil ediləcək problemi və onun həlli yollarının bir neçə va­rian­tını müəyyənləşdirir. Təklif olunan variantların hamısı eyni dərəcədə real və bə­ra­bər əhəmiyyətli olmalıdır ki, onların arasında “lider” variant olmasın.

  • Təhlil olunacaq problem iri kağızda aşağıdakı formada təqdim olunur:




PROBLEM

Problemin həlli yo­l­­larının “+” və “-“ tərəfləri

Problemin həlli yolu

I yol

II yol

III yol




+

+

_

Qərar:




  • Müəllim şagirdləri 4-6 nəfərlik qruplara bölür.

  • Müəllim qruplara tapşırığı izah edir. Hər qrupa bu cədvəl çəkilmiş kağız və mar­ker verilir, tapşırığın yerinə yetirilməsi üçün vaxt təyin olunur.

  • Qruplar iş zamanı problemin həlli yollarını təhlil edir, hər variantın müs­bət və mən­­fi cəhətlərini müəyyənləşdirir və müvafiq xanaları doldururlar. Bütün va­riantlar təh­­lil edildikdən sonra qərar qəbul olunur və variantlardan yalnız biri seçilir:

  • qrup qərarı yazdıqdan sonra müəllim qərarın üzərini bağlayır;

  • təqdimat zamanı qrup nümayəndələri yazıları oxuyur, lakin qərarı bildirmirlər. Müəl­­lim digər qruplardan xahiş edir ki, qrupun qeyd etdiyi müsbət və mənfi cəhətləri nə­zərə alaraq onun hansı variantı seçdiyini tapsınlar. Şagirdlərin fikirlərindən sonra qə­rar xanası açılır;

  • bütün qruplar öz işlərini təqdim etdikdən sonra müəllim alınmış nəticələrin mü­qa­­­yisəsi və qəbul olunmuş qərarların əsaslı olması istiqamətində kiçik müzakirə apa­rır. Şagirdlərin diqqətini bu tapşırığın düşünülmüş qərarının qəbul olunmasında kö­­­mək etdiklərinə yönəltmək çox vacibdir.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin