Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Strategiyalı oxu üzrə qruplarda müzakirənin qiymətləndirilməsi qaydası



Yüklə 0,51 Mb.
səhifə28/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   24   25   26   27   28   29   30   31   ...   97
Oxu təliminin metodikası 18.03.23

Strategiyalı oxu üzrə qruplarda müzakirənin qiymətləndirilməsi qaydası



Meyar

Mətnlə tanış olan şagird

Mətni dərk edən şagird

Mətni tətbiq edən şagird

Məzmun

Qrupun bəzi üzvləri:

  • Hazır idi;

  • Fəaliyyət göstərirdi;

  • Fikirlərini əsaslandırmaq üçün mətndən nümunələr gətirirdi.

  • Qrup üzvləri bir-birini dinləmir və ya uyğun olmayan fikirlər söyləyir.

  • Heç kim danışmayır, hamı susur.

Qrup üzvlərindən bir neçəsi davamlı şəkildə:

  • İşi görərkən vəzifə bölgüsü aparır və fikir mübadiləsi edir.

  • Fikirlərini əsaslandırmaq üçün mətndən nümunələr gətirir.

  • Sualları cavablandırır.

  • Mətni dərk etdiyini nümayiş etdirir.




Qrup üzvlərindən bir çoxu davamlı şəkildə:

  • İşi görərkən vəzifə bölgüsü aparır və fikir mübadiləsi edirlər.

  • Biri digərinin şərhinə əsaslanır və mövzudan kənara çıxmır.

  • Mətndən nümunələr və dəlillər gətirməklə fikirlərini əsaslandırırlar.

  • Mətni dərk etdiklərini nümayiş etdirirlər.

  • Mətnə uyğun yeni mətn hazırlayırlar.

OXU TƏLİMİNDƏ YENİ TEXNOLOGİYALARIN TƏTBİQİ

Oxu təliminin qarşısında inkişafedici vəzi­fələr durur ki, bu da şagirdlərdə düzgün, sürətli, şüur­lu, ifadəli oxu vərdişlərinin yaranmasına, onlarda ana dilinə, kitab oxu­mağa məhəbbət hissinin tərbiyə olunmasına gətirib çıxarır.


Şagirdlərin kitab oxumaq bacarıq və vərdişləri inkişaf etdikcə onlar oxuduqları əsərin məzmunu haqqında sərbəst fikir söyləyir, əsərdə iştirak edən şəxslərin hərəkətini, davranışını qiymətləndirirlər. Oxu mətnləri vasitəsi ilə şagirdlərdə vətə­nə məhəbbət, təbiətin gözəlliyini sevmək, lüğət ehtiyatını zənginləşdirmək, rabitəli nitqini inkişaf etdirmək, həyatda öz vəzifələrini başa düşmək və s. təlim-tərbiyəvi keyfiyyətlər formalaşdırılır. Daha sonra şagirdlər dünya xalqlarının ədəbiyyat nü­munələrindən istifadə etməyi öyrənirlər.
İbtidai siniflərdə oxu təliminin daha səmərəli və intensiv təşkilində ənənəvi təlim üsulları ilə yanaşı, yeni təlim texnologiyalarından istifadənin böyük rolu vardır. Fəal təlim texnologiyaları şagirdlərin təfəkkür fəaliyyətini stimullaşdırır, biliklərin mənimsənilməsini sürətləndirir, nitq bacarıqlarını inkişaf etdirir, nitq mədəniyyətini forma­laşdırır.
Qabaqcıl müəllimər şagirdin bilik, bacarıq və vərdişlərini, həmçinin idrak fəaliyyətini inkişaf etdirməyi zəruri sayırlar. Bunun üçün mövzudakı faktları izah etməyi, fikrin doğruluğunu sübuta yetirməyi, dərs zamanı şagirdləri axtarışa istiqamətləndirməyi və s. kimi problemlərin həlli vəzifəsini qarşıya qoyurlar. Məlumdur ki, problemin həllinə təlim marağı yaratmaq uğurlu motivasiyanın işidir. Bundan sonra şagirdlər problemin həllinə qoşulur, təd­qiqat aparır, axtarışa başlayırlar. Şagird bu axtarışda dərket­mə imkanlarından tam şəkildə istifadə edir, dərs boyu təfəkkürü gərgin işləyir. Nəticədə müəllim şagirdlərə nələri bildiyini, nələri yeni öyrəndiyini yekunlaşdırır. Şagirdlərin maraq sferası təmin olunduqda tədqiqata qoşulma yüksək səviyyədə həyata keçir. Odur ki, müəllim şagirdlərə fənni sevdirməli və onlarda fənnə qarşı maraq hissi oyatmalıdır. Məsələn: şagird hekayəni oxuyur, hekayədə xoşa gələn və yа xoşa gəlməyən hissələrlə qarşılaşır. Xoşa gələn hissələr şagirdlərə sevinc, şadlıq, məhəbbət, xoşagəlməyən emosiya isə kədər, qüssə, nifrət hissləri yaşadır.
Emosional hisslər şagird fəaliyyətində dəyişkənliklə müşa­hidə olunur, yəni göz, dodaq, təbəssüm, səs çıxarma, tələffüz tərzi, intonasiya və s.
İctimai emosiya-mətnin tədrisində yaranır. Şagirdlərdə xalqa məhəbbət, vətəni sevmək, düşmənə nifrət kimi hisslər yaradır.
Estetik hisslər-təkcə incəsənət baxımından təmas yaratmır, bu hisslər əsərdə təsvir olunan hadisələrin məzmunu ilə bağlı olan (mərdlik, ucalıq, qorxaqlıq, yumor, komik və s.) müxtəlif hissləri, duyğuları canlandırır.
İntellektual hisslər-şagirdə verilən biliklərlə bağlıdır. Belə ki, mətndəki hadisələrə elmi cəhətdən fikir söyləmək, düşün­mək, faktlara qarşı maraq hissi və s. nəzərdə tutulur.
Müasir dövrdə şagird zehninin inkişafını təmin etmək məktəblərdə bir ümdə vəzifə kimi qarşıya qoyulmuşdur. Şagirdlərə nəyi öyrətmək və necə öyrətmək texnologiyasını müəyyənləşdirmək əsas götürülür.
Pedaqoji-metodik tələblər əsasında təşkil olunan dərslər müəllimin şagirdlə birgə işləməsinə, əməkdaşlığına əsaslanır. Odur ki, müəllimlər dərsin keyfiyyətini yüksəltmək üçün elmin son nailiyyətlərini izləyir, onu gündəlik dərslərdə tətbiq etməyə səy göstərirlər. Dərslərin səmərəli təşkili şagirdlərin fəallığını yüksəldir. Bu fəallıq isə məzmun standartlarında əks olunan təlim nəticələrinin reallaşmasını təmin edir. Kurikuluma dair pedaqoji anlayışlarda məzmun standartı “təhsil alanın bilik və bacarıq səviyyəsinə qoyulan, dövlət tələbi” kimi səciyyələndirilmişdir. Deməli, müəllimin gərgin əməyi məhz təhsil sahəsində dövlət tələbinin həyata keçirilməsinə yönəlməlidir.
Şübhəsiz ki, ibtidai sinif müəllimləri şagirdlərin strategiyalı oxu vərdişlərinə yiyələnməsinə daha çox səy göstərirlər. Müəllimlər şagirlərin oxu vərdişlərini inkişaf etdirməklə yanaşı, onların oxunun həyatdakı əhəmiyyətini dərk etməsinə və strategiyalı oxuya yiyələnməsinə çalışmalıdırlar.
Strategiyalı oxunun məqsədini müəyyənləşdirmək və işi bu istiqamətdə qurmaq vacib məsələdir.
Bunun üçün geniş istiamətdə iş görmək: oxudan əvvəl, oxu zamanı, oxudan sonra düşünməyə yönəltmə, dərketmə, düşünmə mərhələlərinə riayət etmək, oxunmuş materialı digər materiallarla inteqrasiya etmək, ümumiləşdirmək, nəticələr çıxarmaq və s. lazımdır.
Müəllimin təqdim etdiyi kitablar haqqında şagirdlərin fikirlərini öyrənmək, hansı mövzuda olan əsərlərə maraq göstərdiklərini bilmək və onlara yaxın hadisələrlə müzakirə təşkil etmək, diskussiya aparmaq kımi priyomlardan istifadəsi strategiyalı oxunun təşkilində vacib məqamlardan sayılır.
Şagirdlərin müəllimin “Hansı kitabları oxumaq istəyirsiniz?” sualına cavabları müxtəlif ola bilər, bu da təbiidir. Hər bir şagirdin istək və arzusu, maraq dairəsi, dünyagörüşü, estetik zövqü fərqlidir. Belə ki, müəllim işini elə qurmalıdır ki, hər bir şagird mətnin strategiya ilə oxusuna nail ola bilsin.
Bu zaman müəllimin fəaliyyəti çox ciddi şəkildə dəyişir. O, strategiyalı oxu nümayiş etdirir, şagirdlərin oxusuna nəzarət edir, sonra oxunu qiymətləndirən ekspert vəzifəsində çıxış edir, bununla yanaşı, oxu prosesini təşkil edən, modelləşdirən köməkçiyə, məsləhətçiyə, bələdçiyə çevrilir. Qiymətləndirmədə isə mətnin əsas ideyasının aşkar edilməsi deyil, həmin ideyanın necə və hansı yollarla aşkar edildiyi nəzərə alınır.
Strategiyalı oxuya nail olmaq üçün müəllim və şagirdlər “ucadan düşünmək” bacarığına üstünlük verməlidirlər. Müəllim, sanki şagirdlərin “güzgüsü” rolunu oynayır. Şagirdlər müəllimin fikirlərini müəyyənləşdirmək üçün oxu prosesinin ardıcıllığını izləyir, hadisələrin baş vermə şəraitini düşünür, baş verən dəyişikliklərə münasibət bildirirlər.
Müəllim isə “Niyə belə düşünürsünüz?” və yaxud “Niyə belə qərara gəldiniz ”- deyə, mətn haqqında şagirdlərin fikirlərini soruşmaqla sinif üçün strategiyalı oxunun effektini yoxlayır. Nümunəyə baxaq:

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin