Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə21/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   17   18   19   20   21   22   23   24   ...   97
Oxu təliminin metodikası 18.03.23

Müzakirə edərək oxu. Müzakirə edilməklə oxu zamanı şagirdlər mətnin mövzusu ilə bağlı bilik, hiss və düşüncələrini başqaları ilə bölüşdürür və onların bilik və düşüncələrindən istifadə etməklə fərqli baxışlar qazanırlar. Bu metod mətn hissələrə ayrılaraq tətbiq oluna bildiyi kimi, həm də bütün­lüklə tətbiq edilə bilər. Müzakirə bütün sinif, yaxud qruplarla keçirilə bilər. Müzakirənin sonunda əldə olunan müştərək düşüncələr qeyd olunaraq mətn kimi təqdim olunur. Bütün şagirdlərin müzakirədə iştirakı vacibdir. Bu zaman onlar bir-birinin fikrinə hörmət edirlər.
Rollu oxu. Rollu oxu prosesində şagirdlər mətnin quruluşunu, dilini və mətndə iştirak edən obraz və personajların xarakterlərini anlayırlar. Mətn oxunduqdan sonra “teatr ssenarisi” düzəldilir. Mətnin məzmununda heç bir dəyişiklik edilmir, adi danışıq cümlələri və hadisələr nəzərə alınmaqla dialoqlar düzəldilir. Hər bir şagird oxuyacağı hissəni hazır­layır. Eyni zamanda mətnin qavranılmasına da nail olmaq lazımdır. Şagirdlər oxuduqları hissədə nəzərə çatdıracaqları məsələləri mətnin məzmunundan asılı olaraq izah etməyi öyrənirlər.
Fərdi və rollar üzrə oxunun həm oxşar, həm də fərqli cəhətləri vardır. “Rollar üzrə oxu üçün seçilən ifaçıların bu və ya digər personajın xüsusiyyətini, nitqini, hərəkət və davranışlarını dinləyicilərə inandırıcı şəkildə çatdırmaq imkanları nəzərə alınmalıdır. Bu baxımdan rollar üzrə oxu ifaçıdan personajın nitq xüsusiyyətlərinin, intonasiya boyalarının müəyyənləşdirilməsi və çatdırılmasına nail olmaq üçün əvvəlcədən müəyyən məşqlər, hazırlıqlar tələb edilir”. Rollar üzrə oxu əsərin şagirdlərdə doğurduğu estetik-emosional təəssüratı, mövzu üzrə qazanılmış bilik və bacarıqları daha da dərinləşdirir [19, s.193 ].
Əzbərləmə. Əzbər öyrənmə şagirdlərin hafizələrini güc­ləndirmək, mətnlərdəki cümlə quruluşlarını, lüğət tərkibini mənimsəyərək ana dilindən düzgün, səlis və gözəl şəkildə istifadə etmələrinə nail olmaqdır. Şagirdləri maraqlandıran şeir və mətn hissələri əzbərlənir. Əzbərlənən şeir və mətnlər sinifdaxili və ya sinifdənxaric fəaliyyətlərdə təqdim olunur. Əzbər öyrənmə şagirdlərin söz ehtiyatlarını zənginləşdirir, ədəbi tələffüz normalarına yiyələnmələrini, ana dilinin qayda-qanunlarına uyğun cümlə qurmaq bacarıqlarını inkişaf etdirir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin