Oxu materialının mənimsənildiyini yoxlamaq üçün müzakirələrin aparılması və tapşırıqların yerinə yetirilməsi
Oxuduğu mətn üzərində düşünmək:
Özünüqiymətləndirmək;
İdeyadan nəticə çıxarmaq
Strategiyalı oxunun təşkili:
Oxudan əvvəl
Mətnin başlığını oxumaq.
Fikirləşmək: “Bu barədə indiyə qədər nə oxumuşam, nə eşitmişəm, hansı televiziya verilişinə tamaşa etmişəm? Yəni “mən bu barədə nə bilirəm?”
“Bu mətni nə üçün oxuyuram? Bildiklərimdən əlavə daha nələri öyrənmək maraqlı olardı?”- deyə oxu məqsədini müəyyən etmək.
Başlıq və yarımbaşlıqlara, şəkillərə, həmçinin digər diqqət cəlb edən məqamlara ötəri nəzər salmaq.
Əldə olunan ilkin məlumatlara əsasən mətndə nədən bəhs olunduğu barədə əvvəlcədən fərziyyələr irəli sürmək. Həmin fərziyyələri qeyd etmək.
Oxu zamanı
Müəllifin fikrini tam şəkildə anlaya bilmək üçün oxu prosesində tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq.
Əsərdə yazıçının nə demək istədiyini (əsərin əsas ideyasını) müəyyən etmək.
Əsərdə nəyisə anlamadan və ya səhv oxuduğunu hiss etdikdə, dayanmaq. Yenidən oxumaq.
Mətndəki fikirlərin qrafikini və ya cədvəlini dəftərə çəkmək.