Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə25/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
Oxu təliminin metodikası 18.03.23

Oxudan sonra
Dəqiqləşdirilməsinə və ya genişləndirilməsinə ehtiyac hiss olunan məsələləri müəyyənləşdirmək.
Yazıçının haqqında danışılan məsələyə münasibəti barədə nəticələr çıxarmaq.
Dəqiqləşdirmək: “Yazıçı bu əsərdə nə demək istəyirdi?”
O, nəzərdə tutduğu fikri ifadə edə bilibmi?
Oxunun təşkili uğurlu oldumu? Özünqiymətlən­dirmə (yüksək, yaxşı, orta, zəif).

Mətn üzərində iş təşkil edərkən müəllim əvvəlcədən işi planlaşdırmalı və hansı fəaliyyətlərin hansı məqamda yerinə yetiriləcəyini bilməlidir.


Mətnlər 3 hissədən ibarət olur: giriş, əsas hissə, sonluq (nəticə). Mətnin giriş hissəsində əsas iştirakçılar, hadisələrin baş verdiyi yer və vaxt haqqında məlumat verilir. Əsas his­sədə qəhrəmanın başına gələn hadisələr təsvir olunur. So­n­luqda hadisələrin necə bitdiyi bildirilir və ya məzmunla bağlı nəticə çıxarılır [12, s.297].
Giriş. Təsvir ediləcək əşya və ya hadisə ilə tanışlıq; əsas fikirlə əlaqə yaradan məqamların təqdim edilməsi. Nəzərə alınmalı məsələlər:

  • Oxuya hazırlıq. Təsvir edilən əşya və hadisə haqqında maraq doğuran cümlələrin müəyyənləşdirilməsi.

  • Əsas fikrin təqdim edilməsi. Əvvəlcədən əsas fikrə zəmin yaradılıbmı? Mətndə əsas fikirlə əlaqəsi olma­yan məsələlərə yer verilibmi? Təsvir ediləcək məsələlər barədə oxucuda təsəvvür yaradılıbmı?

Əsas hissə. Əşya, hadisə, insan və məkanla bağlı təsvirlərin ardıcıllıq (uzaqdan yaxına və ya əksinə; ümumidən xüsusiyə və ya əksinə; insan təsvirində başdan-ayağa və ya əksinə), yaxud əhəmiyyətlilik baxımından müəyyənləş­diril­məsi.

  • Təsvir ediləcək məsələlərin müəyyən edilməsi və sıra ilə düzülməsi. Yalnız bədii və təsvir vasitələrinə deyil, həm də hisslərin və faktların təsvirinə yer verilibmi? Məsələlər haqqında danışılıb, yoxsa onların necə olduğu sözlə göstərilibmi?

  • Düşüncə və hisslərin təqdim edilməsi.

  • Şagirdin irəliyə doğru istiqamətləndirilməsi.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin