Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə30/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   26   27   28   29   30   31   32   33   ...   97
Oxu təliminin metodikası 18.03.23

Eyler Venn diaqramı:
(fərqli-oxşar-fərqli)

Müəllim:
-Oxuduğunuz və yazdığınız mətnlərdəki məsələlər haqqında nə fikrə gəldiniz?
- Bu mövzuda yenidən mətn yazsanız oraya nələri əlavə edərdiniz?
Beləliklə, müəllim şagirdlərdə müqayisə etməklə oxu strategiyasının yaradılması qayğısına qalır.
Müasir dövrdə strategiyalı oxu təliminin səmərəli təşkili üçün fəal təlim texnologiyalarından istifadəyə üstünlük verilir. Fəal təlim texnologiyaları yaradıcı tədqiqata əsaslanan təlim prosesini ehtiva edir. Bu­ra­da müəllim biliklərin əldə edilməsi yolunun bələdçisi, şagird isə tədqiqatçı, bilikləri “kəşf edən”, təlimin obyektindən subyektinə çevrilən tərəf kimi çıxış edir. Fəal təlim texnologiyalarının tətbiq edildiyi dərs zamanı təlim iki tərəfin də (müəllim və şagird) ey­ni zamanda fəal olduğu xarakteri daşıyır. Buna görə də interaktiv metodların bir ne­çə baş­lıca xüsusiyyətləri vardır. Onlar əsasən aşağıdakılardan ibarət­dir:

  • Müəllim tərəfindən dərsin mahiyyətini açmağa atılan ilk addım olan problemli və­ziyyətin yaradılması.

  • Problemli vəziyyətin həlli zamanı şagirdlərin tədqi­qatçılıq imkanlarının in­ki­şa­fı­ üçün onların bu mövqeyinin təyini.

  • Müəllim tərəfindən verilən yeni biliklərin şagirdlər tərəfindən müstəqil dərk olun­ması, onların mənasının açılması və mənimsənilməsi üçün şəraitin yaradılması.

Strategiyalı oxu dərslərində fəal(interaktiv) təlim metodları hər bir mövzunun xarakterinə uyğun tətbiq edilir və oxu dərslərinin maraqlı keç­məsində müstəsna rol oynayır. Strategiyalı oxunun təşkilində faydalı olan fəal təlim texnologiyaları haqqında bəzi nüanslara diqqət yetirək:
Beyin həmləsi (Əqli hücum). Əqli hücum sürətli informasiya axını və şagirdlərin fəal­lığı­nın artırılması üçün tətbiq olunur. Bu üsul hər hansı bir mövzu ilə bağlı çoxsaylı fikirlər irəli sürmək üçün istifadə olunan üsuldur. Əsas tələb çoxlu fikirlər yürütmək, fərqli fikirlər ortaya qoymaq və çoxsaylı fikirlər meydana çıxana qədər hər hansı bir şərh verməmək və qiymətləndirmə aparmamaqdan ibarətdir. Be­yin həmləsi şagirdlərin “açıq fikirli”olmasına kömək edir və şagirdlər bunun sayəsində normal şərtlər altında ağıllarına gələ bilməyəcək müxtəlif fikirlər ortaya çıxara bilirlər. Meydana çıxan hər fikir eyni dərəcədə faydalı və məntiqli olma­yacaqdır. Ancaq hər hansı süzgəcdən keçməyən istəni­lən fikrin ortaya çıxmasına yol vermək mühüm fikirlərin meydana çıxmasını təmin edir. Beyin həmləsini tətbiq edərkən şagirdlərin təfəkkürü şablondan azad, daha məhsuldar olur. Bü­tün fikirlər heç bir münasibət bildirilmədən yazıya alınır. Bundan sonra yazılmış fikir­lərin mü­za­ki­rə­si başlanılır. Bu da nəticədə tədqiqat sualının yaranmasına gətirib çıxarır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin