Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə31/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   27   28   29   30   31   32   33   34   ...   97
Oxu təliminin metodikası 18.03.23

Diskussiya (Müzakirə). Diskussiya həm müəllim, həm də şagirdlər üçün əhə­miy­­­yətli üsuldur. Çünki bu onların mövzudakı faktlara və hadisələrə münasibətinin necə ol­du­ğu­nu öyrənməyə imkan verir. Diskussiya prosesində şagirdlər məsələyə müna­sibət bil­dir­­məyi, onları faktlara əsaslanmaqla təhlil etməyi öyrə­nirlər. Bu zaman onlarda din­lə­­mək və növbə ilə danışmaq baca­rı­ğı, digər fikirlərə dözümlülük, dis­kus­siya mə­də­niy­­yəti inkişaf etməyə başlayır.
Bir mövzu ətrafında fikir, təəssürat, ideya və məlumatların dinlənilməsi və təkliflərin irəli sürülməsi müzakirənin məğzini təşkil edir. Müzakirələrin əsas məqsədi prob­lemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etməkdir.
Müzakirədə dinləmək, sual vermək, sualı cavablandırmaq, təklif irəli sürmək, təhlil etmək bacarıqları formalaşır, şagirdlərin məntiqi və tənqidi və yaradıcı təfəkkürləri, şifahi nitqləri inkişaf edir.
Müzakirə zamanı şagirdlərə əvvəlcə müzakirə qaydaları xatırlanır. Problem mövzu şəklində təqdim olunur. Müzakirə pro­sesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman açıq suallardan istifadə olunur, cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun sayılmır. Nümunəyə baxaq:
Meynə niyə ağlayır” [9, s.93] mətninə dair müzakirə də mövzuya aid “Necə düşünürsünüz? Ata meynəni niyə budayır? Siz bu haqda nə düşünürsünüz? Elşənin hərəkəti necə oldu? O, niyə belə etdi? Siz nə edərdiniz? Bu hadisə necə oldu ki, baş verdi? Bu başqa cür ola bilərdimi? Siz bu vəziyyətdə nə edərdiniz? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?”- kimi suallardan istifadə olunur.
Debat. Debatlar üçüncü tərəfin irəli sürdüyü dəlillərlə digər iki tərəfi inandırmaq pro­se­­­­sidir. Debatlar ideyaların, fikirlərin toqquşmasıdır və problemlərin ye­­­ganə həlli irəli sürülən dəlillərdir. Oxu materiallarının tədrisində debata hazırlıq prosesi 5-10 də­qi­­qə ərzində aparılır. Bu zaman mətnə dair məlumat toplanır və qrupdan bir nəfər bu məlumatları qeydə alır. Debatlar şifahi və yazılı olur. Yazılı debatlar şifahi debatlarda olduğu kimi apa­rı­lır. Lakin bu yazılı dialoq formasıdır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin