Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə43/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   39   40   41   42   43   44   45   46   ...   97
Oxu təliminin metodikası 18.03.23

Tələffüz xətaları - burada əsas amil düzgün tələffüz qay­dasına-orfoepik normalara əməl edilməməsidir. Bəzən şivə və dialektlərdə danışma da öz mənfi təsirini göstərir. Məktəblərdə düzgün yazı qaydaları öyrədildiyi kimi düzgün tələffüz qayda­ları da öyrədilməli, bununla bağlı ardıcıl iş aparılmalıdır.
Yanlış oxuma - oxu zamanı intonasiyaya, durğu işarələrinin tələblərinə əməl etməmək yanlış oxuya gətirib çıxarır. İbtidai siniflərdə müəllim çox diqqətli olmalı hər bir şagirdin oxu ba­carıq­larının düzgün istiqamətdə formalaşması qayğısına qalma­lıdır.
Reqressiya – reqressiyalar oxunmuş hissəni təkrar oxumaq məqsədilə gözlərin geri hərəkətidir. Bu oxucular arasında ən çox yayılmış mütaliə qüsurudur. Bəzən isə oxucular özləri də hiss etmədən eyni səhifəni yenidən oxuyurlar. Təbii ki, belə geri qayıdaraq yenidən oxu mütaliənin sürətini aşağı salır, çox vaxt isə oxu prosesi yarımçıq qalır. Bəzi şagirdlər özləri də hiss etmədən həm çətin, həm də asan mətni iki dəfə oxuyurlar. Ləng oxu zamanı həcmi 100 söz olan mətn üçün reqressiyaların sayı 10-15-ə çatır. Aydındır ki, gözlərin bu qədər tez-tez geri hərəkətləri oxunun sürətini azaldır. Əksər şagirdlər həm çətin, həm də asan mətnləri eyni dərəcədə ləng oxuyurlar. Lakin müəllim bu cür oxunun islahına çalışmalıdır.
Reqressiyalarsız oxu necə olur? Qaydanın məzmunu: İstənilən çətinlik dərəcəsində olan mətni yalnız bir dəfə oxumaq, gözlərin qayıdış hərəkətləri (reqressiyalar) yolverilməzdir. Yalnız oxu başa çatdıqdan və oxunmuşların mənası başa düşüldük­dən sonra zəruri olarsa, mətni bir daha oxumaq olar. Bu qayda oxunun qanunu olmalıdır. Mətn hansı çətinlik dərəcəsində olur­sa-olsun, gözlər yalnız irəli getməlidir. Heç bir qayıdış hərəkə­tinə yol vermək olmaz. Məqsəd düzgün oxumağı öyrənməkdir. Bu yolda ilk addım reqressiyaların tamamilə ixtisar edilməsidir. Belə ki, dəfələrlə oxunması lazım olan çoxlu çətin və mürəkkəb kitablar vardır. Buna baxmayaraq hətta bu cür mətnləri belə birinci dəfə oxuyarkən “reqressiyalarsız oxu qaydası”na söz­süz riayət edilməlidir. Çətin mətnlərin təkrar oxunması mümkündür, bəzən mütləqdir, lakin bütün hallarda təkrar oxu faktından əvvəl oxunan hissənin mənasının başa düşülməsi lazım­dır. Əksər hallarda şagirdlər oxuduqları mətn üzərində düşünmür, oxu zamanı başqa bir şey haqqında fikirləşdiyinə görə heç bir şey anlamırlar. Ona görə də dəfələrlə oxuduqları mət­­nə qayıdırlar. Belə oxunun effektivliyindən söz açmağa dəyməz. Ona görə ki, oxu ləng olmaqla (təkrar oxuya 2-3 dəfə çox vaxt sərf olunur), mətnin mənasının başa düşülməsi və yad­da saxlanılması keyfiyyəti də çox aşağı səviyyədə olur. Belə halların, yəni reqressiyalı oxunun qarşısının alınması ibtidai si­nif müəllimlərinin şagirdlərin oxusuna daha diqqətlə və məsu­liyyətlə yanaşmasını tələb edir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin