Nəticə: Başqa yerə qonaq gedəndə də, qonaq qəbul edəndə də uşaqlar özlərini yaxşı aparmalıdırlar.
Ev tapşırığı: İş dəftəri, səh. 47, tap.1-6.
Qiymətləndirmə: Müşahidə əsasında aparılır.
Mövzu: “Bahalı xalça”[19, s.123].
Təlim nəticələri
Məzmun standartı
Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir.
2.1.3.
Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.1.
İnteqrasiya: ədəbiyyat
İş forması: böyük qrup
İş üsulu: əqli hücum, suallar, rollu oyun
Resurslar: şəkillər, testlər, marker
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Müəllim lövhədən M.F.Axundovun şəklini asır. Şagirdlərdən M.F.Axundov haqqında nə bildiklərini soruşur. (Fərziyyələr dinlənilir).
Müəllim:
-“Əl tutmaq” ifadəsini necə başa düşürsünüz? (salamlaşmaq, kömək etmək, yardım etmək və s. ).
Tədqiqat sualı: Mətndəki surətlər haqqında nə deyə bilərsiniz?
Tədqiqatın aparılması: Mətnin ifadəli oxusu təşkil olunur. Mətn hissə-hissə oxunub, təhlil edilir.
Mətndəki tərəddüd, yazıq, eyvan, layiq deyiləm, çaşa düşdü(çaşdı), əlində maya olsun, bir işin qulpundan yapış, böyük ürəkli söz və ifadələri üzrə lüğət işi aparılır.
Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər müxtəlif fikirlər söyləyirlər, bir-birinin fikirlərini dinləyirlər.
Ümumiləşdirmə və nəticə: Müəllim suallarla müraciət edir:
-Hekayəni daha necə adlandırmaq olar? (Böyük ürəkli insan).
-Kasıb kişi niyə tərəddüd edirdi? (Özünü bu böyuk insanla danışmağa layiq bilmirdi).
-M.F.Axundovun kişiyə münasibəti necə oldu?(Bahalı xalça verdi).
-O, bahalı xalçanı niyə verdi? (Ona görə ki, xalçanı satıb özünə bir iş qursun).
- M.F.Axundov necə insan idi?( Böyük ürəkli, xeyirxah insan).