Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə52/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   48   49   50   51   52   53   54   55   ...   97
Oxu təliminin metodikası 18.03.23

Yaradıcı tətbiqetmə: Şagirdlərə hekayəni rollar üzrə səsləndirmək təklif olunur. Onlar mətni özünəməxsus şəkildə, yəni öz cümlələri ilə səhnələşdirirlər.
Qiymətləndirmə. Mətnin düzgün və ifadəli oxusuna görə aparılır.


NAĞILLARIN OXUSU ÜZRƏ İŞİN METODİKASI

Nağıllar quruluşuna görə hekayələrə yaxındır. Hekayədə olduğu kimi nağıllarda da ideya, iştirak edən şəxslər vardır. Hər xalqın tarixi  nağıllarda öz obrazlı əksini tapıb. Nağıllar hər bir xalqın dünyagörüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir, la­kin nağıllarda reallıqdan uzaq, həyata uyğun gəl­məyən, fantastik hadisələr, əşyalar vardır.


Nağıllar uşağın sirli-sehrli qəlbinə yol tapa bilən yaxın dos­tu, onun fərəhli hisslərinin mənbəyidir. Nağıllardan istifadə uşaqların dünyagörüşünü genişləndirir, təfəkkürünü inkişaf etdirir, yaddaşını gücləndirir. Nağılların oxusu şagirdlərin təxəyyü­lünü inkişaf etdirir. Çünki, nağıllarda hadisələr əyləncəli şəkildə kompozisiya, parlaq obrazlarla verilir. Nağılların dili sadə, zən­gin və obrazlı ifadələrlə verilir ki, bu da şagirdlərin nitqini inkişaf etdirir. Nağılda başlanğıc və sonluq təkrar olunur. Nağıl­larda hadisələr dramatik, personajlar canlı verilir. Nağıllarda ha­disələrin bu cür verilməsi uşaqları xarici aləmi obrazlı görmə­yə alışdırır, onların yaradıcı marağını inkişaf etdirir.
Şagirdlərə xalq dilinin nüfuzedici gücü vasitəsilə təqdim edilən, söylənilən nağıl onların nitqinin zəngin, səlis və obrazlı olmasına imkan yaratmaqla, təfəkkürünü inkişaf etdirir. Kiçik yaşlı məktəblilərlə aparılan tərbiyə işlərin­də nağıl­lardan-bu böyük sərvətdən səmərəli istifadə etmək olduq­ca faydalıdır. Biz nağıllar vasitəsi ilə babalarımızın məişəti, adət və ənənəsi, istifadə etdikləri qabqacağı, əmək alətləri, geyimləri, oyunları və oyuncaqları ilə tanış oluruq. Nağıllar şagirdl­ə­rin təfəkkürünü, təxəyyülünü, dünyagörüşünü, yaddaşını genişlə­dirir, əməksevərlik, düzlük, doğru­çuluq, yoldaşlıq, dostluq, doğmalara məhəbbət, xeyirxah insanlara hörmət hissini artırır, lüğət ehtiyatını zənginləşdirir, nitqi­ni inkişaf etdirir.
Eyni zamanda nağıllar rabitəli nitqi də inkişaf etdirir, bədii təxəyyülün, fantaziyanın genişlənməsinə əhəmiyyətli dərəcədə kömək edir. Kiçikyaşlı məktəblilərin nitqinin inkişaf etdirilməsində nağılların geniş imkanları vardır. Nağılların bu cəhətinə görə ibtidai siniflərdə ondan geniş istifadə edilir. Nağıllar uşaqların təfəkkürünün və nitqinin inkişafına güclü təsir göstərərək, onları düşünməyə, fakt və hadisələri tutuşdurmağa, fərqli və oxşar cəhətlərini müəyyənləşdirməyə istiqamətləndirir.
Kiçikyaşlı uşaqların nitq inkişafı, düzgün danışıq və tələf­füz vərdişlərinə yiyələnmələri hər bir müəllimi və valideyni düşündürür. Böyük­lərin uşaqlar üçün yaratdıqları nağıllar böyük tərbi­yəvi əhəmiy­yəti ilə seçilərək, uşaqlarda ədəbiyyata həvəs oyadır, onların bədii zövqünü oxşayır. Belə ki, uşaq psixo­logiyasını, onun daxili aləmini, gələcək tərbiyə yollarını xalq qədər doğru, dürüst müəyyənləş­dir­mə­yi bacaran ikinci bir təsirli qüvvətapmaq çətindir. 
Nağıllar uşaq­ların təfəkkürünün inkişafına təsir göstərməklə, yaradıcı fan­taziyalarını inkişaf etdirir. Uşaqlar özlərini nağıl qəhrəmanına bən­zədir, yaranan “çətinliklərin” aradan qaldırıl­ması yollarını fikir­ləşir və öz planlarını söyləməklə yaradıcılıq­larını inkişaf etdir­miş olurlar.
Eyni zamanda nağıllardakı oyun-nəğmələr də uşaqların məntiqi təfəkkürünü, bədii zövqünü və rabitəli nitqini inkişaf etdirir, onları kitab oxumağa həvəsləndirir. Kiçikyaşlı məktəblilərin mütaliəsində nağıllar mühüm yer tutur. İbtidai sinif­lərdə xalq nağılları ilə yanaşı, yazıçılar tərəfindən yazılmış nağıl­lara da geniş yer verilir. İbtidai sinif “Azərbaycan dili” dərsliyində bu janra kifayət qədər yer ayrılmışdır. Nağılı maraqlı edən cəhətlərdən ən mühümü onun təhkiyə formasında qurulmasıdır. Nağılın əhəmiyyətini, uşaqların tərbiyəsində oynadığı rolu heç nə ilə əvəz etmək olmaz. Nağıllar vasitəsi ilə şagirdlər müs­bət əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnirlər. Savad təlimin­dən sonrakı dövrdə oxu vərdişlərinin inkişaf etdirilməsi baxı­mından nağılların oxusu vacib sayılır.
Nağılların oxusunda diqqətdə olan məsələlər:

  • nağıllar şifahi nitqə əsaslanır;

  • nağıl nağıletmə üçün nəzərdə tutulmuşdur;

  • nağılların özünəməxsus dil xüsusiyyətləri vardır;

  • nağılların oxusunda səhnələşdirmə elementlərindən isti­fa­də maraq doğurur;

  • nağıllarda oxunun necə aparılması vacib şərtdir;

  • nağılın ifadəli oxusu keyfiyyətli oxunun açarıdır;

  • nağıletmə və oxu zamanı dinləyici ilə sıx ünsiyyət zəruridir.

Nağıllar oxunarkən müəllim aşağıdakıları nəzərə almalıdır:

  • Nağıllar üzərində iş real hadisələrin təsvir olunduğu he­ka­yələr üzrə iş kimi aparılmalıdır. Nağıllarda əfsanələrin, insanların arzu və istəklərinin öz əksini əfsanə, fantastika şəklində tapması şagirdlərə çatdırılmalıdır. Heyvanların, quşların insanla danışa bilməsi, divin, əjdahanın olması na­ğılın maraqlı cəhətlərindən biri kimi təqdim olunmalıdır.

  • Nağıllarda bir çox əfsanələrin indi həqiqətə çevrilməsi, sehirli güzgünün televizor, uçan xalçanın təyyarə və s. olması şagirdlərin nəzərinə çatdırılır.

  • Nağıllardakı qəhrəmanların xarakter əlamətlərini müəy­yənləşdirmək məqsədi ilə açıq suallardan istifadə edilir. Məsələn, “Nə üçün ögey ana göyçək Fatmaya zülm edir?” Bu suala cavab verərkən şagirdlər müxtəlif fərziyyələr söyləyirlər. “Ögey anadır”. “Paxıldır”. “Ayrı seçkilik edir”. “Öz qızının xoş­bəxt olmasına, Fatmanın isə bədbəxtliyinə çalışır”. Şagirdlər ögey ananı mənfi obraz kimi qiymətləndirirlər.

  • Nağılların didaktik təsiri çox güclüdür. Nağıllardakı in­san xarakterləri, qarşılıqlı münasibətlər o qədər aydın təsvir olunur ki, onları açmağa ehtiyac yoxdur, şagird­lərin özləri nəticə çıxara bilirlər.

  • Nağıllar nağıl etmək üçün yaranmışdır. Bu, onların x­a­rak­ter cəhətidir. Nağılların həm kompozisiyası, həm də dili mətnə yaxın şəkildə nağıletməni təmin edir. Müəl­lim və ya ak­tyo­run ifasında nəql edilmiş mətnin fono­xresto­matiyası şagird­lərə güclü təsir göstərir. Seriya şə­kil­lər üzrə nağıletmə, nağıla sözlərlə şəkil çəkmə, rollar üzrə nağıletmə məzmunun yaxşı mənimsənilməsini tə­min etməklə yanaşı, şagirdlərin nitqini və yaradıcılıq qa­biliyyətini də inkişaf etdirir.

  • Planın tərtib edilməsi də nağıletmənin gedişindən asılı olur. Əgər şagirdlər mətnin şəkilli planını tuturlarsa, bu, o qədər də çətinlik törətmir.

  • Bəzən nağıllardakı personajlar (simurq quşu, div, əjdaha, uçan at və s.) haqqında şagirdlərin təsəvvürlərini canlandırmaq üçün müvafiq müqəvva, maska, model və s. göstərmək, gördükləri canlılarla müqayisə etmək lazım gəlir.

Nağılların ifadəli oxusu-şagirdin canlı danışığı üçün zəruri vasitədir. Nağılın məzmunundakı hadisənin müxtə­lifliyi şagird oxusunda özünü göstərir. Məsələn, heyvan eposunda olan nağıl­lar şagirdin avazla oxusunu, sözlərin ifadəsində vurğunun müx­təlif növlərindən istifadə etməyi zəruri edir. Sehrili nağıllar şagirdlərin səs, oxu dinami­kasını dəyişir, intonasiyanı səciyyələn­dirir və s.
Oxu dərslərinin təşkili və nağılların tədrisi fəal təlimlə sıx bağlıdır. Odur ki, fəal təlimlə qurulmuş dərsin mərhələlərini nəzərdən keçirmək yaxşı olardı:
I.Motivasiya. Problemin qoyulması
II.Tədqiqatın aparılması
III.Məlumat mübadiləsi
IV.Məlumatın müzakirəsi
V.Ümumiləşdirmə və nəticələrin çıxarılması
VI.Yaradıcı tətbiqetmə (ev tapşırığı)
VII.Qiymətləndirmə.
İndi isə fəal/interaktiv təlimlə “Yalançı çoban” nağılının tədrisinə həsr olunmuş dərs nümunəsinə diqqət yetirək.
Yalançı çoban” (2 saat)-1-ci saat


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin