Kitab oxumaq insanı yetkinləşdirir, mənən inkişaf etdirir, intellektini artırır.
Kitab oxumaq şagirdə zehnini gücləndirməsinə, dünyagörüşünü, qərar vermək qabiliyyətini inkişaf etdirməsinə, daha ağıllı olmasına kömək edir.
Kitab oxumaq şagirdin dünyaya baxış bucağını mükəməlləşdirir.
Kitab oxumaq düşüncələri yetkinləşdirir. Kitab oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.
Kitab oxumaq yeni ideyalara ruhlandırır.
Kitab oxumaq şagirdin təxəyyülünü inkişaf etdirir, fantaziyasını işə salır, müxtəlif nəzər nöqtələrindən baxma bacarığını artırır.
Kitab oxumaq şagirdin söz xəzinəsini zənginləşdirir.
Kitab oxumaq şagirdin danışıq qabiliyyətini qüvvətləndirir, nitqini təkmilləşdirir.
Kitab oxumaq başqalarının təcrübəsindən bəhrələnməyi təmin edir, şagirdin həyatdakı müvəffəqiyyət imkanını yüksəldir, bacarıq və biliklərini təkmilləşdirir.
Kitab oxumaq insanın həyatdakı müvəffəqiyyətlərini gücləndirir
Kitab oxumaq hər kəsi məlumatlı edir;
Kitab oxuyanın kitablar kimi etibarlı dostları meydana gəlir.
Kitab oxumaq insanın cəmiyyətdəki əlaqələrinin keyfiyyətini artırır.
Kitab vaxtın idarə olunması və məhsuldarlıq sahəsində bacarıqlarınızı təkmilləşdirir.
Kitab müxtəlif situasiyalarda problemlərin həlli yollarını göstərir.
Kitab oxuma qşagirdi köhnə səhvləri təkrarlamaqdan və yenilərini etməkdən çəkindirir.
Kitab qəhrəmanların xarakterini açaraq bu və ya digər situasiyada insanların özünü necə aparacağını anlamağa imkan verir.
Kitab oxumaq zehni açır, kobudluqdan uzaqlaşdırır.
Kitab oxumaq stresi azaldır, həyatı sevdirir, onu gözəl görməyimizi təmin edir.