Mütaliə edərkən kitab gözdən ən az 30 sm məsafədə yerləşməlidir.
Kitab oxunan məkan düzgün işıqlandırılmalıdır. Yaxşı olar ki, işıq yuxarıdan və ya soldan düşsün. Zəif işıqda oxumaq gözləri tez yorur, görmə qabiliyyətini zəiflədir. Unutmayın ki, hər saatdan bir gözlərə 10 dəqiqə istirahət vermək lazımdır.
Kitab oxuyarkən fikrini yayındıran əşyalardan uzaq durmaq, televizoru söndürmək lazımdır. Əgər bunu etməzsən zəhmətin hədər gedəcək.
Tələsmədən, ucadan oxu, tez-tez saata baxma, yoxsa, oxuduğun mətnin məzmununu unudacaqsan.
Əgər oxuduğun kitab səni cəlb etmişsə və davamını da oxumaq istəyirsənsə, mütləq qısamüddətli fasilə etməlisən.