AVTOREFERATIN TƏRTİBİ QAYDALARI 1. Avtoreferatının mətni A4 formatında, səhifədə soldan – 3 sm, sağdan – 1 sm, yuxarıdan və aşağıdan – 2 sm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 14 şrifti ilə 1,5 sətirarası intervalla qara rənglə yazılır.
2. Avtoreferatının titul səhifəsi nömrələnmir, növbəti səhifəsi “2” rəqəmindən başlayaraq, digər bütün səhifələri ərəb rəqəmləri ilə ardıcıl nömrələnir. Səhifələrin sıra nömrəsi hər bir səhifənin aşağı hissəsində, boş sahənin sağında, 12 şrifti ilə yazılır.
3. Avtoreferat A4 formatında, həcmi 10-12 səhifə və ya iyirmi – iyirmi dörd min işarə (mətndəki boşluqlar və əsərlərin siyahısı istisna edilməklə) həcmində olmalıdır.
4. Avtoreferatda dissertasiyanın strukturu saxlanılmaqla, onun əsas ideyaları və nəticələri şərh olunmalı, yenilik dərəcəsi və tədqiqat nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda iddiaçının şəxsi töhfəsi göstərilməlidir.
5. Avtoreferatda istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə verilir.
6. Avtoreferatda iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinadın üst hissəsində nömrə qoyulur, səhifənin aşağı hissəsində həmin nömrənin qarşısında mənbənin biblioqrafik göstəricisi verilir. Biblioqrafik göstərici “Times New Roman” 12 şrifti ilə yazılır və ardıcıl nömrələnir.
7. Avtoreferatın mətnində iddiaçı tərəfindən alınmış hər bir nəticənin onun hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə edilir. 8. Avtoreferatda iddiaçının dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi əsərlərinin siyahısı xronoloji ardıcıllıqla verilir.
9. Avtoreferatın titul vərəqi nümunəyə (Əlavə 2) uyğun tərtib edilir.
10. Avtoreferatın mətni 80 qr/m2 A4 (210 mm x 297 mm) formatında ağ kağızın bir üzündə çap edilir.
11. Avtoreferatın mətnindəki bütün məlumatlar aydın görünməlidir.
12. Avtoreferat işi tikilir və qalın üz qabığında (həm də son elektron variantı CD-də olmaqla) təqdim edilir.
13. Avtoreferatı magistrantın elmi rəhbəri və kafedra müdiri imzalayırlar.
Əlavə 1: Magistr dissertasiyasının titul vərəqi
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT
MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ