Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə2/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   2   3   4   5   6   7   8   9   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Ədəbiyyatın axtarılması 38


Materialın oxunması 55


Əlyazmanın hazırlanması 60


Elmi işin nəticələrinin prezentasiyası 88


Akademik etika 99


Tövsiyə edilən ədəbiyyat 103


Magistr dissertasiyasının tərtibi qaydaları 106


Avtoreferatın tərtibi qaydaları 119


Əlavə 1 121


Əlavə 2 123


Əlavə 3 125


Əlavə 4 126


Əlavə 5 127


Əlavə 6 128


Əlavə 7 134


Əlavə 8 136
GİRİŞ

“Elmi-tədqiqat işinin metodikası” fənni üzrə metodik vəsaitin tərtib edilməsi ehtiyacı Azərbaycan Dövlət Mədə­niyyət və İncəsənət Universite­ti­nin magistratura pilləsində təhsil alan tələbələrə elmi-tədqiqat işlərinin yazılması qaydalarının mənimsədilməsi və elmi araşdırma üzərində işləmək vərdişlərinin aşılanması zərurəti ilə bağlıdır.


Magistr dissertasiyasının müəyyən edilmiş vaxtda və tələblərə uyğun şəkildə təhvil verilməsinə yardım göstər­mək üçün hazırlanmış metodik vəsaitdə əksini tapmış meto­diki biliklər elmi-tədqiqat işlərinin yazılmasına dair geniş ədə­biy­yata əsaslanır və magistranta elmi işin uğurlu tər­ti­binə, habelə onun bu vərdişlərə yiyələnməsinə kömək məqsədi daşıyır.
Metodik vəsaitdə müasir elmi idrakın və onu for­malaş­dıran üsulların məntiqi quruluşuna diqqət yetirilir, elmi işlərin planlanlaşdırılması və yerinə yetirilməsinin praktiki yolları göstərilir. Həmçinin elmi-tədqiqatın əsasını, struk­tu­ru­nu və uyğun metodlarını əhatə edən suallar araşdırılır, el­mi işin tərtibatı üçün tövsiyələr verilir.
Xüsusilə vurğulanır ki, akademik yazı universitetlərdə və elmi nəşrlərdə istifadə olunan rəsmi yazı tərzidir. Aka­de­mik yazının ümumi məqsədi akademik bilikləri bölüşmək və müzakirə etməkdir. Akademik yazı fikirlərə deyil, dəlil­lərə əsaslanır. Akademik yazıda iddialar arqumentlər və onu etibarlı edən müvafiq dəlillərlə əsaslandırılır.
Bu baxımdan, tərtibçilər metodik vəsaitdə aşağıdakı su­allara cavab verməyə çalışmışlar:

  • Magistr dissertasiyası yazarkən nələrə diqqət edil­məlidir?

  • Akademik yazı ilə digər yazı növləri arasındakı əsas fərqlər nələrdir?

  • Elmi iş yazarkən qarşıya çıxan çətinliklər nələrdən ibarətdir?

  • Akademik yazı bacarıqlarınızı təkmilləşdirmək üçün hər hansı strategiyanız vardırmı?

Vəsaitdə magitrantların elmi-tədqiqat işinin metodi­kasının əsaslarına yiyələn­məsi üçün aşağıdakı məsələlərə diqqət yetirilməsinin vacibliyi xüsusilə vurğulanır:
– Elmi işin mahiyyəti və kateqoriyaları;
– Elmi-tədqiqat elmi işin əsas forması kimi;
– Elmi baxış idraki fəaliyyət növü kimi;
– Elmi axtarışların müxtəlifliyi;
– Elmi idrak metodları;
– Məntiq qanunları və onların tətbiqi;
– Əsaslandırmanın məntiqi qaydaları;
– Dissertasiya işinin metodoloji aparatı;

  • Magistr dissertasiyası işinin məqsədləri;

  • Magistr dissertasiyası mövzularının seçilməsi və təsdiq olunması;

Magistr dissertasiyasının məzmunu və onun struk­tu­ru­na qoyu­lan tələblər;
– Magistr dissertasiyasının tərtibi qaydaları və elmi nəşr­lər qarşısında qoyulan tələblər;
– Elmi əməyin etikası – Akademik etika.
Əgər tədqiqat işinə başlamaq qərarı verilibsə, o za­man aşağıdakı tövsiyələri diqqətə almaq lazımdır:

  • Maraqlı hesab etdiyiniz mövzunu seçin;

  • Elmi rəhbərinizdən məsləhət alın;

  • Hər zaman fərqli və yaradıcı olmağa çalışın;

  • Çox qeyri-müəyyən olmayın;

  • Ümumiləşdirmədən deyil, xüsusiləşdirmədən isti­fadə edin;

  • Araşdırma aparın;

  • Obyektiv olun;

  • Mövzunuzla bağlı bütün məlumatları oxumağa çalışın;

  • Plagiatdan çəkinin.

İddialardan istifadə edərkən və ya sübutları təsvir edər­kən bunları diqqətdə saxlamaq tövsiyə edilir:

  • Mövzu barədə bütün dəlilləri oxumaq qeyri-müm­kündür;

  • Araşdırma tədricən inkişaf edir və şərhlər fərqli ola bilər;

  • Birinci şəxsin dilindən yazmaqdan çəkinmək la­zımdır;

  • Subyektiv deyil, obyektiv yazmağa çalışmaq la­zımdır;

  • Emosional ifadələrdən istifadə edilməməlidir;

  • Şəxsi olmayan ifadələrdən istifadə edilməlidir;

  • Danışıq ifadələrindən istifadə edilməməlidir;

  • Ritorik suallardan uzaq durmaq lazımdır;

  • Qısaltmalardan istifadə edilməsi məqbul sayılmır.

Elmi işlərin tərtibi vərdişlərinin yalnız magistratura təh­sili müddətində yararlı olması və bunun sırf yaxşı qiy­mətlərin əldə olunmasına yönəlməsini düşünmək səhv olar­dı. Bu metodikaya yiyələnmiş hər bi şəxsin praktiki fəa­liy­yət zamanı qarşısına çıxan istənilən suala yanaşma metodu da başqa olur. Onlar digərlərindən fərqli olaraq qoyulmuş problemlərin həllində elmi metodlara əsaslanan analitik yanaşmaya üstünlük verirlər. Magistrantlar əldə etdikləri el­mi biliyin sadəcə tətbiqinə çalışmayıb, həmçinin şəxsi ana­lizi əsasında onun tətbiqindən irəli gələn yenilikləri araş­dırır. Bu mənada, tələbələrin magistratura təhsili müd­də­tində elmi işlərin hazırlanma metodikasına yiyələn­mələrinin hərtərəfli üstünlükləri vardır.
Təqdim olunan metodik vəsaitin strukturu əsasən ma­gistr dissertasiyasının hazırlanmasına yönəlmişdir və hesab edirik ki, bu vəsait magistr dissertasiyasının hazırlanması və tərtibində tədqiqatçılara köməkçi ədəbiyyat kimi faydalı ola bilər. Bu baxımdan, metodik vəsaitin hazırlanmasının əsas məqsədi də magistrantlara elmi işin mükəmməl tər­tibində və onların faydalı vərdişlərə yiyələnmələrində yar­dımçı olmaqdır.
Metodik vəsaitin hazırlanmasında çoxsaylı mənbə­lərdən, xüsusilə də Rezo Əliyevin “Elmi işlərin yerinə ye­tirilməsi me­todikası” adlı vəsaitindən, Ali Attestasiya Komis­siya­sının rəsmi sənədlərindən, ADMİU-nun, Azər­baycan Müəl­limlər İnstitutunun və İqtisad Universitetinin əvvəlki illərdə çap edilmiş metodik vəsait və göstə­riş­lərindən istifadə edilmişdir.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin