Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə3/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   2   3   4   5   6   7   8   9   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

ELMİ-TƏDQİQAT İŞİNİN MAHİYYƏTİ


Cəmiyyətin inkişafında elmin rolu. Elm anlayışı – elmi biliklərin əldə olunması ilə bağlı yaradıcılıq fəaliy­yətini əhatə edən insan, idarə və təşkilatlar, cihaz və ava­dan­lıqlar, elmi-tədqiqat işləri kimi təşkiledicilərdən iba­rətdir. Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm – insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haq­qında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqi­qə­tin öyrənilməsi və yeni qanunauyğunluqların aşkara çıxarıl­ma­sından ibarətdir.
Elm, tarixi inkişafın gedişində cəmiyyətin istehsal gü­cünə çevrilərək, elmi-texniki proqresin əsas sütununu təşkil edir. Müasir dövrdə insanlar öz həyatlarında elmin rolunu və dəyərini daha aydın anlayırlar. Çağdaş cəmiyyətdə bi­liklərin mövcud sahələrində elmi-tədqiqat işlərinin aparıl­masına, ətraf mühit haqqında daha çox məlumatın əldə edil­məsinə, maddi rifahın yüksəldilməsinə xidmət edən yeni texnologiyaların yaradılmasına daha çox fikir verilir.
Elmin əsas məqsədi həqiqətin nəzəri olaraq qanuna­uy­ğunluqlarla təsvirindən ibarətdir. Elm yarandığı gündən cəmiyyətin, düşüncənin və təbiətin bütün hadisələrinin möv­cud tərəflərini aşkar etməyə xidmət edir. Onun əsas məq­sədini aşağıdakı kimi sistemləşdirmək olar:
– Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qa­nun­larının aşkarlanması;
– Faktların yığılması, analizi və ümumiləşdirilməsi;
– Əldə olunan məlumatların sistemləşdirilməsi;
– Hadisə və proseslərin səbəbinin izahı;
– Hadisə və proseslərin proqnozlaşdırılması;
– Əldə olunan biliklərin praktiki tətbiqinin istiqamət­lən­dirilməsi.
Heç də hər biliyə “elmi bilik” demək olmaz. Məsələn, əgər bilik yalnız sadə müşahidə yolu ilə aşkarlanıbsa, bu, hələ elmi bilik deyil. İnsanların həyatında böyük rol oyna­mas­ına baxmayaraq bu biliklər müşahidə edilən hadisənin necə baş verdiyini izah etməyə, onun axınını qabaqcadan deməyə imkan vermir. Elmi biliyin düzgünlüyü təkcə onun məntiqi ardıcıllığı ilə deyil, həmçinin onun imkan daxilində praktiki sınağı ilə müəyyən olunur. Araşdırılan qanu­na­uyğunluqlar elmi cəhətdən sərt abstraklaşdırılmış anlayışlar və sxemlər şəklində izah edilir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin