Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


Elmi-tədqiqat prosesinin məntiqi quruluşu



Yüklə 179,34 Kb.
səhifə8/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   4   5   6   7   8   9   10   11   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Elmi-tədqiqat prosesinin məntiqi quruluşu. Elmi biliyin əldə edilməsi özlüyündə mürəkkəb bir yaradıcılıq fəaliyyəti olub, işin təşkilində və icrasında müəyyən məntiq ardıcıllığın olmasını tələb edir. Yeni biliyin formalaş­ması­nın əsas formasını fakt, elmi problem, hipotez və nəzəriyyə təşkil edir. Onların inkişafı elmi-tədqiqat prosesinin məntiqi ardıcıllığını müəyyənləşdirir: faktların aşkar edilməsi, onla­rın izahı və ümumiləşdirilməsi, elmi problemin qoyulması və formulə edilməsi, elmi hipotezin tərtibi, nəzəriyyənin qurul­ması və onun praktiki həlli yollarının təyini. Bu ardıcıllığa riayət etməklə intizamlı, məqsədyönlü və yüksək effektli tədqiqat işlərinin həyata keçirilməsi mümkündür.
Faktların toplanması. İstənilən elmi-tədqiqat işi faktların yığılması, sistemləş­di­rilməsi və ümumiləşdirilməsindən baş­layır. Əsasən həqiqət və elmi faktlar fərqlənir.
Həqiqət faktları baş verən və ya artıq baş vermiş hadisələrdir. Elmi faktlar isə tədqiqatçı tərəfindən empirik mühakimələr əsasında yoxlanmış, düşünülmüş və elmi dildə qeyd olunmuş faktlardır. Başqa sözlə, faktlar elmi biliyin məntiqi struk­tu­ru­nun tərkib hissəsi olduqda ona elmi faktlar deyilir.
Birinci mərhələdə faktların əldə olunmasına cəhd edilir. Bütün faktların başlanğıcı real həqiqətlərdir: tarixi hadisələr, şəxsiyyətlərin və xalqların fəaliyyət göstəriciləri, həmçinin təbii hadisələr və proseslər. Tədqiqatçı heç də həmişə hadisə və proseslərlə bağlı ilkin faktlarla işləmək imkanına malik olmur. Bu, çox vaxt zaman və məkan amil­ləri ilə bağlıdır. Ona görə də, elmdə bir çox hallarda ikinci və ya üçüncü dərəcəli faktlarla işləyirlər. Müxtəlif yol və üsullardan istifadə etməklə tədqiqatçı faktları toplayır, seçir və bununla işin sonrakı mərhələləri üçün baza yaradır.
Empirik tədqiqatın ikinci mərhələsi toplanmış faktların ilkin emalı və qiymətləndirilməsi ilə bağlıdır. Bu mərhələdə artıq düşündürücü işə qədəm qoyulur. Tədqiqatçı nəyin fakt, nəyin sadəcə fikir olmasına aydınlıq gətirməyə çalışır, elmin nəzəri əsaslarına, qanun və kateqoriyalarına əsaslanaraq faktların məzmununu təyin edir, qarşılıqlı əlaqəsini aydınlaşdırır, onları xassələrinin vacibliyinə və aktuallığına görə qruplaşdırır.
Nəzəri mərhələdə tədqiqatçı faktların dərin analizi ilə məşğul olur. Burada araşdırılan hadisənin məzmunu izah edi­lir, qanunlar üzə çıxarılır və formulə edilir. Hadisənin və ya prosesin gələcək gedişatı proqnozlaşdırılır, bunun əsasında müxtəlif proses və hadisələrin praktiki idarə edilməsi üçün prinsipial göstərişlər işlənir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin