Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


Elmi-tədqiqat üsullarının strukturu və mər­hələ­ləri



Yüklə 179,34 Kb.
səhifə4/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   2   3   4   5   6   7   8   9   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Elmi-tədqiqat üsullarının strukturu və mər­hələ­ləri. Elmi bilik elmi-tədqiqat prosesi sayəsində qazanılır. Təd­qiqat işləri bilik istehsalının əsas hərəkətverici qüvvə­sidir. Bu baxımdan, elmi-tədqiqat fəaliyyəti strukturunun yaxından öyrənilməsi önəmlidir. Elmi-tədqiqat fəaliyyətinin əsas təşkiledicisinə subyekt, obyekt və vasitə daxildir. Bu halda “subyekt-obyekt” adlanan qnoseoloji sistem kon­kretləşərək bu formanı alır: “tədqiqatçı – tədqiqat vasitəsi – tədqiqat obyekti”. Müasir cəmiyyətdə subyekt bir-bir ilə qar­şılıqlı əlaqədə olan üç müstəvidə mövcuddur. Birinci müstəvidə subyekt kimi, elmi işi kollektiv işin tərkib hissəsi olmayan fərd (tədqiqatçı, alim) fəaliyyət göstərir. İkinci müs­təvidə elmi idrakın subyekti kimi kollektiv çıxış edir. Burada fərdi biliklərin inteqrasiyası “yığcam alim” (labo­ra­toriya, institut, akademiya və s.) rolunu oynayır. Üçüncü mərhələdə elmi idrakın subyekti kimi bütöv bir cəmiyyət çıxış edir. Bu halda ön plana elmin sosial təşkili və onun müx­təlif sosial-iqtisadi strukturlardakı xüsusiyyətləri üzə çı­xarılır. Beləliklə, qeyd olunan müstəvilər fərdi və kol­lek­tiv dialektikanı elmi idrakın subyektində göstərməyə imkan verir. Hər üç müstəvi elmdə təqdim olunur və hər birinin öz əhəmiyyəti var.
Elmi fəaliyyətin obyekti tədqiqatçının aktiv maddi-praktiki və nəzəri fəaliyyəti zamanı meydana gəlir. Real­lığın bir parçasının elmin obyektinə çevrilməsi üçün ona fiziki təsir göstərilir, məsələn, fiziki-praktiki sınaq zamanı. Reallığın nəzəri təfəkkürün obyektinə çevrilməsi üçün isə onu elmi abstraksiya üsullarının köməyi ilə ideal obyektə “çevirirlər”. Buradan “elmin predmeti” anlayışının yara­dıl­ması zərurəti meydana gəlib.
Eyni bir obyekt bir çox elm sahələrinin predmetinə çevrilə bilər, məsələn insan onlarca elm sahələrində (təbiət elmləri, sosial-humanitar elmlər) tədqiqat obyekti kimi öy­rə­nilmişdir. Eyni misalı dil və ya texnika üçün də çəkmək olar. Gələcəkdə verilən obyekt haqqında, müxtəlif elm sa­hə­lərindən əldə edilən biliklərin sistemli yanaşma üsulunun köməyi ilə birləşdirilməsi sayəsində ümumi nəzəriyyənin və eyni zamanda yeni fənnin yaradılmasına ehtiyac duyula bilər.
Elmi fəaliyyətin vasitələrinə material-texniki cihazlar, alətlər, avadanlıqlar və s., həmçinin dil vasitələri – ümumi və elmi dil daxildir. Onu da qeyd etmək lazımdır ki, son za­manlar texniki inkişaf sayəsində elmi-tədqiqatın bütün vasitələrinin yeniləşməsi nəzərə çarpır. Prinsipial məqam kimi, kompüter və elmi işçilərin təkcə verilənlər (kom­pü­terdə saxlanılma üsulu) bazalarına daxil olmaq imkanı yox, həmçinin ekspert dairələrində nəticələrin müzakirəsinə im­kan verən və beynəlxalq məlumat məkanında yerləş­diril­məsinə şərait yaradan internetin tədqiqat işlərinin tərkib hissəsi olması danılmazdır.
Elmi fəaliyyətin araşdırılan komponentləri onun struk­turunu açdığı halda, fəaliyyətin struktur analizi elmi-tədqiqatın mərhələlərini aydınlaşdırmağa xidmət edir. Ümu­mi şəkildə aşağıdakı mərhələləri qeyd etmək olar:

  • Problemin qoyuluşu;

  • Tədqiqat obyektinin seçilməsi;

  • Eksperiment;

  • Eksperimentdə alınan faktların təsviri və izahı;

  • Hipotezin (nəzəriyyənin) yaradılması;

  • Əldə olunan biliyin yoxlanılması.

O da aydındır ki, tədqiqat işlərinin mərhələləri tətbiq olunan təbiət, riyaziyyat və ya sosial-humanitar elmlərin xüsusiyyətlərindən asılı olaraq dəyişilir.
Metodologiyada elmi bilik və öyrədici fəaliyyətdən ibarət ümumi sistemi struktur baxımından məhdud­laş­dırmaq üçün empirik və nəzəri səviyyələr mövcuddur. Bu anlayışlara diqqət yetirəndə görürük ki, empirik gündəlik praktiki biliklərə aid edilmir, çünki, gündəlik biliklərdən fərqli olaraq məqsədyönlü, sistemli şəkildə xüsusi me­tod­larla işləyən xüsusi elmi dərketmə səviyyəsi hesab olunur. Bu səbəbdən də, istənilən əqli fəaliyyəti nəzəri hesab etmək olmaz. Nəzəri və empirik bilikləri həmçi­nin hissi və ya məntiqi olaraq müqayisə etmək də düzgün deyil. Ümumi prosesin tərkibi kimi hissiyyat və məntiq istənilən idrakı səciyyələndirir. Hiss etmək və düşünməyə parçalama beyin fəaliyyətinin yüksək fizioloji parametrlərinə söykəndiyi hal­da, empirik və nəzəriyyəyə bölmə fərqli olaraq elmi idraka aid edilir və biliyin forma və metodlarını, tədqiqatın növünü sinifləndirir. Empirik və nəzəri səviyyələr ilkin olaraq fəaliyyətin üsulu və metodlarına görə fərqlənir. Empirik mər­hələnin kökündə predmet – vasitə və elmi-praktiki fəa­liyyət durur. Bunun köməyi ilə ilkin məlumatların top­lan­ması və ümumiləşdirilməsi mümkün olur. Nəzəri mərhələdə isə abstrakt-nəzəri fəaliyyət sayəsində ideal modellər və biliklər sistemi əldə olunur. Digər tərəfdən elmi biliyin sə­viyyəsi onun forma və xarakterinə görə bölünür: empirik səviyyədə heç də həmişə obyektin xassələri və yaranma sə­bəb­ləri göstərilmir və yalnız fakta söykənən biliklər for­malaşır; nəzəri səviyyədə nəzəri biliyin məntiqi təşkil olun­muş formada tətbiqi sayəsində hadisələrin xarakteri və qanu­nauyğunluqları yaradılır. Hər bir səviyyənin xüsusiyyətləri növbəti bölmədə ayrıca izah edilir.
Elmi dərketmənin səviyyələrə bölünməsi onunla bağlıdır ki, onlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Heç bir empirik araşdırma “karkas” rolunu oynayan nəzəri əsas olmadan aparıla bilmir. Bu anlayışlar və prinsiplər sistemi empirik tədqiqat üçün ilkin şərt sayılır. Digər tərəfdən mə­lumdur ki, nəzəriyyə nə qədər abstrakt olsa da, sonda o da praktikaya, empirik verilənlərə söykənir. Empirik və nə­zəri tədqiqatları qarşı-qarşıya qoymaq metodoloji konstruk­siya etmə fəaliyyətinin nəticəsi olan abstrakisya növü sa­yılır. Bu zaman fərdi ilə ümumi, hadisə ilə mahiyyət, em­pirik faktlar və onların nəzəri izahı arasında dərin daxili əlaqənin mövcudluğu nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, empirik və nəzəri səviyyələrin abstraktlaş­dırılması nisbidir və real biliyin struktur təşkiledicilərini tam əks etdirmir.
Hər bir tədqiqat səviyyəsi öz bilik metod və formaları ilə səciyyələnir. Amma elə elmlər də vardır ki, orada biliyin nəzəri və empirik səviyyələrə bölünməsi mümkün deyil. Mə­sələn, məntiqi-riyaziyyat fənləri nəzəri səviyyəyə aid edilsə də, onlara oxşar olan təbiət-tarixi fənləri geologiya, pa­leontologiya və bir çox başqaları əsasən empirik səviy­yədə mövcuddur. Humanitar sahələrdə də, empirik və nəzəriyyə səviyyələrində də biliyin abstraktlaşdırılması mü­əyyən çətinliklər yaradır. İş ondan ibarətdir ki, bu halda yal­nız biliyin formallaşdırılması və riyaziləşdirilməsi çətinlik yaratmır, həmçinin obyektlərin özləri dil fenomeni baxı­mın­dan ikili xarakter daşıyır və material və şərti gös­tə­ri­ci­lərin ayrılmasını çətinləşdirir.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin