Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


Nəzəriyyənin elmi-tədqiqatdakı rolu



Yüklə 179,34 Kb.
səhifə11/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   7   8   9   10   11   12   13   14   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Nəzəriyyənin elmi-tədqiqatdakı rolu. Elmi nəzəriyyə kifayət qədər inkişaf etmiş biliklər sistemi olub, bu sahədə vahid əsasda mövcud olan qanunların kəşfinə və irəli sürülən hipotezlərin əsaslandırılmasına imkan verən hadi­sələr toplusunu təsvir və izah edir. Elmi nəzəriyyə bu yolla yoxlanılmış biliklərin vahid sistemi sayılır. Nəzəriyyəyə daxil olan müddəalar və nəticələr əsaslandırılır və sübut edilir.
Elmi nəzəriyyənin əsas məqsədi əsaslı (ideal) obyekt­lərin, onların xassələri və münasibətləri (qanunlar, prinsiplər) haqqında sübutların yaradılmasından ibarətdir. Bu baza bilikdən istifadə etməklə sırf məntiqi olaraq çoxsaylı nəticə əldə etmək (proqnoz etmək) mümkündür. Əsas şərt ondan ibarətdir ki, ifadə olunmuş nəticə müəyyən empirik asılılıq­ların köməyi ilə interpretasiya edildikdə, real obyektin (təbii hadisələr, praktiki və psixoloji proseslər və s.) xassələrini maksimal əks etdirsin. Ayrıca hallarda nəticə nəzəriyyəni yoxlamayıb, onu dəqiqləşdirir və ya genişləndirir.
Elmi nəzəriyyənin elementləri anlayış, kateqoriya, termin, mühakimə, elmi müddəa, ideya, konsepsiya, qanun, qanunauyğunluq, elmi fənlər və sairəni əhatə edir. Əsas elementləri yaxından nəzərdən keçirək:
Anlayış – predmetləri onların məlum əlamətləri şək­lində dərk edilməsi formasıdır.
Kateqoriya – predmet və hadisələrin daha çox ümumi xassələrini və münasibətlərini ifadə edən ümumi, funda­mental termindir.
Elmi termin – elmi anlayışın adıdır.
Mühakimə – nəyisə təsdiq və ya inkar edən düşüncə tərzidir.
Müddəa – formulə olunmuş fikrin elmi sübutudur.
İdeya – nəzəriyyə və konsepsiyanın məzmununu ifadə edən əsas fikirdir.
Konsepsiya – elmi ideyaların birləşməsindən yaranan nəzəri baxışlar sistemidir. Konsepsiya nəzəriyyədən fərqli olaraq, deduktiv nöqteyi-nəzərdən sona çatdırıla bilməyən fərdi biliyin işlənməsi və genişləndirilməsi ilə bağlı olub problemin mənasının başa düşülməsinə yönəlir. Burada obyektiv dərketməyə baxılmır.
Qanun – proseslər arasında obyektiv, daxili, vacib və davamlı əlaqəni təsvir edir. Qanunlar elmi-tədqiqat işlərin­də açar rolunu oynayır və ilkin olaraq təkliflər, hipotezlər şəklində irəli sürülür. Əldə olunan fakt və materialların kö­mə­yi ilə qoyulan iddia “təmizlənir”, təkmilləşdirilir və son­da qanun şəklinə salınır. Beləliklə, qanun hadisə daxilində obyektiv, faktiki, təkrar olunan və dayanıqlı əlaqələri əks etdirir.
Qanun anlayışı fəlsəfi kateqoriya kimi digərlərindən gec qəbul edilmişdir. Bu, onunla izah olunur ki, qanun faktl­arın atributu kimi insan fəaliyyətində hadisələri əks et­dirən kateqoriyalardan sonra meydana gəlmişdir.
Qanunauyğunluq – müəyyən məkan və zamanla bağlı olan hadisə və proseslər arasında obyektiv və daimi möv­cud olan, ancaq qanuna nisbətən az stabil və aydın olan əlaqələri təsvir edir. Qanunauyğunluğu kifayət qədər sərt kəmiyyət göstərici­lə­ri­nin köməyi ilə təsvir etmək müm­kündür. Qanunauyğunluqlar adətən qanunlara söykənir və daha çox inkişafda olan sistemlərə aid edilir.
Elmi prinsip – elmi nəzəriyyənin əsas elementlə­rin­dən biri olub, elmin müəyyən sahəsində həqiqi faktlar massivinə aid olan birləşdirici, sintezedici və təşkiledici funksiya rolunu oynayır. Nəzəriyyənin obyektləri arasında daimi mövcud olan əlaqələr haqqında bilik verən elmi qa­nun­lardan fərqli olaraq, elmi prinsip özlüyündə elmi nə­zə­riyyənin elementlərinə qoyulan tələbatları müəyyən­ləşdirir.
Elmi nəzəriyyəyə bir çox vacib tələblər qoyulur:
Elmi nəzəriyyə təsvir olunan obyektə adekvat olma­lıdır. Bu müəyyən sərhədlərdə eksperimental tədqiqatın nəzəri biliklərlə əvəz olunmasına imkan yaradır.
Nəzəriyyə prosesin, obyektin müəyyən xassələrinin tam təsvirini mümkün etməlidir, yəni bu sahədə bütün sınaq nəticələri nəzəriyyənin ilk bazası olan prinsip, anlayış, abstraktsiya, ideallaşdırma və aksiomların köməyi ilə təsvir olunmalıdır.
Nəzəriyyəyə daxil olan komponentlər arasındakı əla­qələr izah olunmalıdır. Bir müddəadan başqasına keçidə imkan verən münasibətlər formalaşdırılmalıdır.
Nəzəriyyə daxilində inkarlıq olmamalı və onun sınaq nəticələri ilə uyğun gəlməsi təmin edilməlidir.
Qeyd olunan tələbləri ödəyən nəzəriyyələr müəyyən göstəricilərinə görə fərqlənir. Bu göstəricilərə evristiklik, konstruktivlik və sadəlik aiddir.
Nəzəriyyənin evristikliyi onun proqnozlaşdırılmış və izahedici imkanlarını əks etdirir. Bu, həqiqi nəzəriyyə üçün əsas arqument sayılır.
Konstruktivlik dedikdə nəzəriyyənin əsas müddəa, prinsip və qanunlarını müəyyən qaydalar üzrə sadə yoxlan­ma­sı nəzərdə tutulur. Nəzəriyyənin sadəliyi ümumiləşdirilmiş qanun və məlumatların ixtisar və sıxlaşdırılması sayəsində əldə edilir. Nəzəriyyəni təkcə statistik yox, həm də dinamiki qiymətləndirmək olar. Nəzəriyyə növü nə qədər çox faktlara aid edilərsə, o daha çox üstünlüyə malik olur.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin