Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


Ədəbiyyatın biblioqrafik təsvirinin yazılması qaydaları



Yüklə 179,34 Kb.
səhifə50/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   46   47   48   49   50   51   52   53   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Ədəbiyyatın biblioqrafik təsvirinin yazılması qaydaları

1. Elmi jurnaldan götürülmüş məqalə – müəllifin və ya müəlliflərin soyadı və adının baş hərfləri, məqalənin adı, elmi jurnalın adı, nömrəsi, il və məqalənin jurnalda yerləşdiyi səhifələr qeyd olunur. Nümunə: Mürsəlov N.T. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univer­site­tində kitabxana və elmi informasiya fəaliyyətinin təşkili // Azərbaycan Milli Kitabxanasının elmi əsərləri, № 9. Bakı, 2017, s.170-175


2. Tək müəllifli kitab – soyad və adın baş hərfi, kitabın adı, nəşr yeri, nəşriyyat, ili və kitabın həcmi (səhifə) yazılır. Nümunə: Talıbzadə A. Min maska və bir mən... yaxud islam mədəniyyətinin semiolojisi: məqalələr toplusu. Bakı, Təhsil, 2015, 376 s.
3. İki və üç müəllifli kitab – müəlliflərin soyadı, adı və atalarının adlarının baş hərfləri, kitabın adı, nəşr yeri, nəşriyyat, ili və həcmi qeyd olunur. Nümunə: Əmirxanov S., Hüseynov İ. Dünya muzeyləri və tarixi mədəniyyət abidələri: dərs vəsaiti. Bakı: Bakı Universiteti nəşriyyatı, 1996, 250 s.
4. Kollektiv müəllifli kitab – kitabın adı, ilk müəllifin adının baş hərfi və soyadından sonra və b. qeyd olunur, daha sonra nəşr yeri, nəşriyyat, ili və həcmi göstərilir. Nümunə: Mədəniyyət tarixi və nəzəriyyəsi: Dərslik. M.C.Manafova və b., Bakı, Sabah, 2010, 876 s.
5. Tərcümə olunmuş əsər – müəllifin və ya müəlliflərin soyadı və adlarının baş hərfləri, əsərin adı, tərcüməçinin adının baş hərfi və soyadı, nəşr yeri, nəşriyyat və səhifə yazılır. Nümunə: Kallistov D. Antik teatr. Tərc. ed. R.N.Mustafayeva. Bakı, Kritika, 2018, 244 s.
6. Dissertasiya – müəllifin soyadı və adının baş hərfi, dissertasiya mövzusunun adı, elmi rəhbərinin adının baş hərfi və soyadı, universitetin adı, yerləşdiyi yer, nəşr ili və həcmi qeyd olunur. Nümunə: Abuzərov Ə. Muzeylərdə innovasiyaların sosial-mədəni inkişaf təsiri: Dissertasiya, elmi rəhbər A.Ş.Məmmədov. ADMİU, Bakı, 2015, 114 s.
7. Konfrans materialı – konfransın adı, keçirildiyi tarix, keçirilməsinə məsul təşkilat və ya təşkilatların adı, materialların çap olunduğu yer, nəşriyyat, il və səhifə göstərilir. Nümunə: Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar beynəlxalq elmi konfransın materialları. 05 may 2016, ADMİU, Azərbaycan Milli Kitabxanası, Bakı, ADMİU, 2016, 307 s.
8. Qəzet materialı – müəllifin soyadı və adı, məqalənin adı, qəzetin adı və çıxdığı gün, ay, il, məqa­lənin çap olunduğu səhifə qeyd olunur. Nümunə: Məmmədov B. Musiqi sənətinin inkişafı tarixindən. “Mədəniyyət” qəz., 2018, 26 dekabr, s.6.
9. Sənədli filmin təsvirinə dair nümunə – Əbədi ezamiyyət (elektron resurs): 1919-cu ildə Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyi barədə sənədli film. Heydər Əliyev Fondu, Bakı Media Center; Quruluşçu rejissorlar V.İslamzadə, F.Əhmədov, Bakı, 2016.
10. Əlyazma – müəllifin soyadı və adı, əsərin adı, saxlanıldığı kitabxana, fəsil nömrəsi.
11. Redaktorluqla yazılmış kitab – redaktorun soyadı və adı, nəşr olunduğu il, kitabın adı, nəşr yeri, nəşriyyat, həcmi və səhifəsi.
12. Lüğət – soyad və ad, nəşr olunduğu il, lüğətin adı, nəşr yeri, nəşriyyat, ümumi səhifəsi.
13. Məruzə – soyad və ad, nəşr olunduğu il, məruzənin adı, məruzənin edildiyi tədbirin adı, tarixi və yeri, nəşr yeri, nəşriyyat, dərgidə yerləşdiyi səhifə.
14. Televiziya və ya radio proqramı – proqramın adı və yayımçı şirkət, yayımlandığı tarix.
15. Sənədli film (yerli) – müəllifin soyadı və adı, çəkildiyi il, sənədli filmin adı, yayımçı firma / distributor şirkəti, çəkildiyi yer;
16. Sənədli film (əcnəbi) – müəllifin soyadı və adı, çəkildiyi il, sənədli film / filmin Azərbaycanca adı (sənədli filmin orijinal adı), istehsalçı firma / distributor şirkət, çəkildiyi yer.
17. Çap edilmiş kitabın elektron variantı – müəllifin soyadı və adı, nəşr ili, kitabın elektron ünvanı, nəşr yeri, nəşriyyat.
18. Verilənlər bazasında məqalə – soyad və ad, dərc olunma tarixi, məqalənin adı, jurnalın adı, nömrəsi, yerləşdiyi səhifələri, elektron ünvanın tam adı.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin