Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə48/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   44   45   46   47   48   49   50   51   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Şəkillər

1. Şəkillərin əlavələrdə verilməsi tövsiyə olunur.


2. Şəkillər elə yerləşdirilməlidir ki, magistr disser­tasiyasını döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
3. Magistr dissertasiyasında şəkillər ardıcıl nöm­rələnir.
4. Magistr dissertasiyasında bir şəkil olduqda, o nöm­rələnmir, “Şəkil” sözü və şəklin adı yazılır.
5. “Şəkil” sözü, onun nömrəsi və adı şəklin altında yazılır. “Şəkil” sözü və şəklin adı sətri hərflərlə (birinci hərf böyük olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Şəkillərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və şəklin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Şəkil 1.2.3 – yəni, birinci fəslin ikinci para­qrafının üçüncü şəkli.
6. Magistr dissertasiyasına daxil edilən şəkillər key­fiyyətli olmalıdır.
7. Magistr dissertasiyasında kompüter qrafikası ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar.
8. A4 formatından kiçik olan fotolar standart ağ vərə­qə yapışdırılmalıdır.
9. Qeyri-standart ölçülü şəkillər qatlandıqdan sonra А4 formatına uyğun olmalıdır.
10. Magistr dissertasiyasının mətnində olan şəkil­lə­rin hər birinə istinad edilir.


Cədvəllər

1. Cədvəllər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər. Cədvəl, şəkil və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1 sətirarası intervalla, 12 şriftlə yazılmalıdır. Mətndə cədvəllərin hər birinin adı olmalı və cədvəllər mətndə yerləşmə ardıcıllığı ilə sıralanmalıdır. Cədvəlin adı ortadan qalın şriftlə yazılmalıdır. Cədvəlin altında cədvəlin götürüldüyü mənbə qeyd olunur. Cədvəldəki məlumatlar müəllifin apardığı tədqiqatın nəticələri olduqda, mənbə kimi “müəllifin hesablamaları” sözləri qeyd edilir.


2. Cədvəllər elə yerləşdirilməlidir ki, magistr disser­tasiyasını döndərmədən və ya saat əqrəbi istiqa­mətində döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun.
3. Magistr dissertasiyasında cədvəllər ardıcıl nöm­rələnir.
4. Magistr dissertasiyasında bir cədvəl olduqda, o nömrələnmir, “Cədvəl” sözü və cədvəlin adı yazılır.
5. “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır. “Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf böyük olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Cədvəl 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü cədvəli.
6. Cədvəl iki və daha çox səhifədə yerləşdikdə, “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə yuxarı sağ hissədə bir dəfə göstərilir. Cədvəlin qalan hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Magistr dissertasiyasında bir neçə cədvəl olduqda “ardı” sözünün qarşısında “Cədvəl” sözü, onun nömrəsi qeyd edilir. Məsələn, Cədvəl 1.2.3-ün ardı.
7. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir.
8. Magistr dissertasiyasının mətnində olan cədvəllərin hər birinə istinad edilir.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin