Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT


Magistr dissertasiyasının əsas məzmunu (fəsil, paraqraf, bənd)



Yüklə 179,34 Kb.
səhifə46/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   42   43   44   45   46   47   48   49   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Magistr dissertasiyasının əsas məzmunu (fəsil, paraqraf, bənd)

1. Magistr dissertasiyasının əsas məzmunu fəsillərə və paraqraflara bölünür. Magistr dissertasiyasının para­qrafları bəndlərə də bölünə bilər.


2. Magistr dissertasiyasının hər bir fəsli rum rəqəmi ilə nömrələnir. Məsələn, I FƏSİL; II FƏSİL və s.
3. Magistr dissertasiyasının fəsilləri yeni səhifədən başlanmalıdır.
4. Fəsillər daxilində paraqraflar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Paraqrafın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və paraqrafın nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 2.1. – yəni ikinci fəslin birinci paraqrafı.
5. Paraqraf daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Bəndin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur. Məsələn, 1.2.3. – yəni birinci fəslin ikinci paraqrafının üçüncü bəndi.
6. Fəsillərin adları mətndən üç intervalla, paraqraf adları isə mətndən iki intervalla ayrılır.
7. Fəsillərin adları mətnə simmetrik şəkildə, böyük hərflərlə, tünd qara rənglə yazılır. Paraqrafların adları isə abzasdan, sətri hərflərlə (birinci hərf böyük olmaqla) tünd qara rənglə yazılmalıdır.
8. Fəsillərin adlarının yazılışında sözlərin hecalara bölünərək sətirdən-sətrə keçirilməsinə yol verilmir. Fəsil və paraqrafların adlarının altından xətt çəkilmir və sonunda nöqtə qoyulmur. Yalnız fəsil və paraqrafların adları iki və ya daha çox cümlədən ibarət olduqda, onların arasında nöqtə qoyulur.


Nəticə

1. Nəticədə NƏTİCƏ sözü başlıq kimi göstərilir və nömrələnmir.


2. Nəticədə əsas elmi yeniliklər göstərilməklə onların əhəmiyyəti əsaslandırılmalıdır.
3. Tətbiqi əhəmiyyəti olan magistr dissertasiyasında iddiaçının əldə etdiyi elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrdən istifadə ilə əlaqədar tövsiyələr göstə­rilməlidir.



Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin