Qrafiklər
1. Qrafiklər magistr dissertasiyasının mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
2. Qrafiklər elə yerləşdirilməlidir ki, magistr dissertasiyasını döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
3. Magistr dissertasiyasında qrafiklər ardıcıl nömrələnir. Qrafikin adı qrafikin üstündə ortadan, qalın və 12 ölçülü şriftlə yazılmalıdır.
4. Magistr dissertasiyasında bir qrafik olduqda, o nömrələnmir, “Qrafik” sözü və qrafikin adı yazılır.
5. “Qrafik” sözü, onun nömrəsi və adı qrafikin altında yazılır. “Qrafik” sözü və qrafikin adı sətri hərflərlə (birinci hərf böyük olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Qrafiklərin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və qrafikin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, Qrafik 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü qrafiki.
6. Magistr dissertasiyasının mətnində olan qrafiklərin hər birinə istinad edilir.
İxtisarlar və şərti işarələr
1. Magistr dissertasiyasında geniş yayılmamış ixtisarlardan, şərti işarələrdən, spesifik terminlərdən, yeni simvollardan və s. istifadə edildikdə bu barədə müvafiq izahatlardan ibarət siyahı verilir.
2. Siyahı sütun şəklində yazılır, sütunun sol tərəfində əlifba sırası ilə ixtisarlar, şərti işarələr, spesifik terminlər, simvollar, sağ tərəfində onun dəqiq açılışı və mənası verilir.
3. Magistr dissertasiyasında xüsusi ixtisarlar, şərti işarələr, spesifik terminlər, simvollar üç dəfədən az təkrar edildikdə siyahı tərtib edilmir, onların dəqiq açılışı və mənası mətndə birinci dəfə qeyd olunduğu yerdə verilir. İxtisarlar siyahısında işin məzmununda istifadə olunmuş yerli və xarici təşkilatların, dövlət orqanlarının qısa adlarının, eləcə də adları qısaldılmış nəzəri anlayışların – göstəricilər, metodlar və s. açıqlanması qeyd olunur. İxtisarlardan istifadə edilərkən dissertasiyanın yazıldığı dilin orfoqrafiya qaydaları əsas götürülməlidir. İxtisarlar və işarələr əlifba sırası ilə sıralanmalı, hər ixtisarın və işarənin qarşısına açıqlamaları yazılmalıdır. Məsələn, AB – Avropa Birliyi; ABŞ – Amerika Birləşmiş Ştatları; AMEA – Azərbaycan Milli ELmlər Akademiyası; BMDM – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi; ÜDM – Ümumi Daxili Məhsul və s.
Dostları ilə paylaş: |