MAGİSTR DİSSERTASİYASININ STRUKTURU
Magistr dissertasiyası tərtib edilərkən onun strukturunda aşağıdakı ardıcıllıq gözlənilməlidir:
– Titul səhifəsi;
– Mündəricat;
– Giriş;
– Magistr dissertasiyasının əsas məzmunu (fəsil, paraqraf, bənd);
– Nəticə;
– İstifadə edilmiş ədəbiyyat siyahısı;
– Əlavələr (və ya cədvəllərin, şəkillərin və qrafiklərin siyahısı)
– İxtisarların və şərti işarələrin siyahısı (magistr dissertasiyasında olduqda).
Titul səhifəsi
Magistr dissertasiyasının titul səhifəsi nümunəyə (Əlavə 1) uyğun tərtib edilir.
Mündəricat
1. Mündəricatda “Mündəricat” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2. Mündəricatda magistr dissertasiyasının struktur bölmələrinin adları və onların başlanğıc səhifəsinin nömrələri əks olunur.
3. Magistr dissertasiyasının struktur bölmələrinin mündəricatdakı adları ilə mətndəki adları eyni olmalıdır.
Giriş
1. Girişdə “GİRİŞ” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2. Magistr dissertasiyasının girişində aşağıda qeyd olunan yarımbaşlıqlar tünd qara rənglə yazılmalı və abzasdan başlanmalıdır:
– Mövzunun aktuallığı (seçilmiş mövzunun mahiyyəti, fərqləndirici xüsusiyyətləri və s.).
– Mövzunun işlənmə dərəcəsi;
– Tədqiqatın məqsəd və vəzifələri;
– Tədqiqatın obyekti və predmeti (obyekt tədqiqatın aparılacağı istiqamətləri, predmet isə həmin istiqamətlər üzrə mövcud olan nəzəri-metodoloji bilikləri əhatə edir);
– Tədqiqat metodları (dissertasiyada istifadə olunan tədqiqat metodlarının adları. Məsələn, sorğu, müşahidə, qruplaşdırma, statistik metodlar, SWOT təhlili və s.);
– Tədqiqatın elmi yeniliyi;
– Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti;
– Tədqiqatın aprobasiyası və tətbiqi;
– Magistr dissertasiyasının struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla dissertasiyanın işarə ilə ümumi həcmi.
Dostları ilə paylaş: |