Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə28/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   24   25   26   27   28   29   30   31   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Qrafiki təsvirlərin işlənməsi. Çox vaxt əlyazmada bir qrafiki təsvir və ya cədvəl vasitəsilə oxuculara daha çox informasiya çatdırmaq mümkündür. Müəllif şəkilləri mətnə daxil edərkən əlbəttə gözoxşayan iş tərtib etməklə bərabər, həm də bununla hər hansı bir vacib dəlili oxuculara göstər­mək niyyətindədir. Mətnə müraciət etmədən oxuculara qra­fiki təsvir və cədvəl vasitəsilə xüsusi məlumatların verilmə­sinə yalnız elmi işlərdə yol verilir. Mətndə göstərilmiş qrafiki təsvir aydın və başa düşülən olmalıdır. Əlyazmanın son variantının mətnində qrafika ilə bağlı verilmiş izahın uyğunluğu bir daha yoxlanılmalıdır. Ümumiyyətlə, şəkillə­rin yerləşdirilməsi zamanı mətndə onun yerinin düzgün seçilməsi vacibdir. İzahedici sxem və şəkillər mütləq uyğun mətn hissəsi yaxınlığında olmalıdır. İstisna hal kimi yalnız formatı mətnə uyğun gəlməyən təsvirlərin (böyük şəkillər) başqa səhifədə və ya əlavədə verilməsinə yol verilir. Bu halda mətndə əlavəyə keçid göstərilir. Əsas şəkil və yaxud cədvəl mətndə yerləşdirildikdən sonra onların izahı və ya tərtibi üçün vacib olan digər qrafiki materialları əlavəyə daxil etmək olar.
Mətndə verilən bütün qrafiki təsvirlər növündən asılı olmayaraq ardıcıl nömrələnir. Qrafiki cizgi və cədvəllər isə ayrıca nömrələnir. Hər bir qrafiki təsvirin öz başlığı olur və kənar mənbədən götürüldüyü halda mənbənin nömrəsi baş­lığın yanında verilir. Kənar mənbələrdən götürülən qrafiki təsvirlərdə dəyişikliklər edilərsə bu, mütləq ya birbaşa onun altında və ya aid olduğu mətn hissəsində izah edilməlidir. Şəkil və diaqramların simvollarının izahı da mütləq tələb olunur.
Mətnlərdə istinad olunan şəklin və ya cədvəlin nöm­rəsi mütləq göstərilməlidir. “Aşağıdakı cədvəldə” kimi izahatlardan istifadə məsləhət görülmür. Çünki bu, oxucuda orientasiya problemi yarada bilir.
İşin məzmununu daha dolğun etmək məqsədilə isti­fadə edilən qrafiki təsvir formasının seçilməsində alter­nativ imkanlar da nəzərdən keçirilməlidir. Əsas təsvir formaları: sxemlər, diaqramlar, alqoritmlər və cədvəllərdir. Hər bir təsvir üçün çoxsaylı variantlar mövcuddur. Məsələn, diaqra­mlar sütun, tire, çevrə, xətt, sahə və ya alqoritm şək­lində işlənə bilir.
Bu formalardan hansının verilmiş iş üçün yararlı olmasını qiymətləndirə biləcək meyar mövcud deyil. Top­lanmış verilənlərin növləri çox vaxt müəyyən təsvir for­malarının tətbiqini elə öncədən istisna edir. Məsələn, əgər bir parametrin artımı və ya müxtəlif parametrlərin qar­şılıqlı asılılıqlarını göstərmək gərəkdirsə, onda qrafik işləmə­lərdən istifadə etmək məsləhət görülür. Rəqəmli material oxucuya mətni daha yaxşı başa düşməyə xidmət edərsə, onda verilənlərin cədvəl şəklində təsviri əlverişlidir. Burada eyni verilənlərin müxtəlif təsvir formalarından istifadəsinə yol verilmir.
Cədvəllərin yuxarı hissələrində əşya, zaman və ya parametr vahidlərindən ibarət başlıq yerləşdirilir. Başlığın altında çox vaxt bir neçə sətir yer alır. Eyni növlü sütunların eni bərabər götürülməli, mətn boyu müqayisə olunan cədvəllərin başlıqları eyni olmalıdır. Əgər cədvəlin bir səhifədə yerləşdirilməsi mümkün deyilsə, onda onun bir hissəsi digər səhifəyə keçirilir və orada başlıq təkrar edilir. Bu halda cədvəlin adı birinci səhifədə qeyd edilir, sonrakı səhifələrin yuxarı hissəsinin sol tərəfində isə “Cədvəlin davamı” yazılır. Burada davam edilən cədvəlin nömrəsi də göstərilir. Məsələn, “Cədvəl 12-nin davamı”.
Adətən statistik verilənlərin toplandığı cədvəllərdə müəyyən iş ardıcıllığı (məsələn: eksperimentlərin planlan­ma­s­ında), hər hansı bir proses göstəricisinin onun para­metrlərindən asılılığı və ya eyni zamanda hesablama üçün verilənlərin müəyyən meyar əsasında cəmlənməsi təsvir edilir. Cədvəl və ya diaqramlardan istifadə zamanı onlardan hansının verilənlərin asılılığını daha aydın təsvir etməsini nəzərə almaq lazımdır. Cədvəlin üstünlüyü ondan ibarətdir ki, bir sütunda yerləşən parametrdən asılı olan çoxsaylı digər parametrləri əyani təsvir etmək mümkündür. Diaq­ramda belə asılılıqlar qarışıqlıq yaradır. Cədvəl təkcə para­metr və kəmiyyətlər arasındakı asılılığın yox, həmçinin münasibətlərin keyfiyyətli təsvirinə də imkan verir.
Cədvəlin nömrələnməsi fəsil daxilində aparılır və ardıcıl yerinə yetirilir, məsələn: Cədvəl 2.1. Əlavədə olan cədvəllər isə əlavənin nömrəsinə əsasən nömrələnir. Məsələn: Cədvəl Ə.1.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin