Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə30/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   26   27   28   29   30   31   32   33   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Əlavələrin tərtibi. Əlavələr işin struktur tərkibi ilə şərtlənərək kiçik və böyük həcmə malik olub, istənilən hal­da ayrı fəsil şəklində tərtib edilir. Buraya müəllif tərəfindən işin davamı kimi əyani materiallar daxil edilir. Qaydaya görə mətnə daxil edilən əlavələrə verilən istinadların nömrələri əlavənin ardıcıllığı ilə üst-üstə düşməlidir.
Əlavə növbəti ağ səhifədən başlayır. Bu səhifənin ortasında “ƏLAVƏLƏR” qeyd olunur. Hər bir əlavənin öz başlığı olur və yeni sətirdə yazılır. Əlavələr (I və O istisna olmaqla) Azərbaycan əlifbasının hərfləri ilə işarələnir. Qeyd sözündən sonra əlavənin ardıcıllığını göstərən hərf qeyd olunur (məsələn: ƏLAVƏ B). Əlavələrin sayı həddən çox olduqda onları ərəb rəqəmləri ilə nömrələmək daha məqsədəuyğundur. Əgər işdə yalnız bir əlavə varsa o zaman “ƏLAVƏ A” kimi göstərilir. Hər bir əlavədəki mətni böl­mə­lərə ayırmaq mümkündür. Onlar verilmiş əlavənin daxilində nömrələnir. Əlavələr və əsas mətn olan səhifə­lərin nömrələnməsi ardıcıl aparılır.
Kreativ yazma. Elmi dildə kreativlik. Əlyazmanın hazırlanmasının formal tərəfləri ilə bərabər onun məzmu­nunun kreativ şəkildə tərtibi də vacibdir. Kreativ yazma nə deməkdir? Buna qısa nəzər salaq. “Kreativ yazma” ifadəsi ingilis dilində olan “Creative Writing”in birbaşa tərcüməsi olub, XIX əsrin sonlarına təsadüf edir. Həmin dövrdə ABŞ universitetlərinin məşğələ dərslərində tətbiq olunan kreativ yazma ədəbiyyat üzrə təhsil alan tələbələrin yazma təcrübə­lərini artırmağa xidmət edirdi. Son illərdə bu yazma metodu o qədər inkişaf edib ki, demək olar ki, ona bütün elm sahələrində rast gəlinir. Tətbiq olunduğu elm sahəsindən asılı olmayaraq kreativ yazmada ümumi texnikadan istifadə edilərək yazma üçün material və ideyaların tapılmasına cəhd göstərilir. Kreativ yazmada dildən istifadə etmək sər­bəstdir. Bu metodun tətbiqi ilə mövcud materialı yenidən işləmək və ya yeni material (mətn) tərtib etmək olar. Krea­tiv yazmanın əsas məqsədi tədqiqatçıda yeni “bir şeyin” yaradılması üçün təxəyyülün aktivləşdirilməsinə kömək etməkdir. Əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada mətnin keyfiyyətinin yaradılması ilə artırılması arasında baş verən bir proses nəzərdə tutulur. Burada həm­çinin, dialektik olaraq məhdudiyyət və spontanlıq arasında işləyən istiqamətləndirici yazmaqdan da danışmaq olar. Müəyyən zaman kəsiyində və müəyyən qaydalara əməl etməklə mətn yazmaqdan imtina edən kreativ yazma, sərbəst və avtomatik yazmaya, meydana çıxan ideyalar və idrak cərəyanına əsaslanır.
İndi isə elmi işlərin tərtibində kreativliyin tətbiqinə qayıdaq. Burada kreativ yazma tədqiqatçının tipik elmi dil ilə konfrontasiyası və onunla bağlı yazma çətinlikləridir. Kreativ yazmanın işdə nə qədər yer alması müəllifin şəxsi potensialından asılıdır. Onun yazma qabiliyyəti elmi işin yazılmasında aydın görünür. Onu da qeyd etmək lazımdır ki, hər bir tədqiqatçıdan “mükəmməl əlyazma” tələb etmək olmaz. Amma bəzi texniki aspektlərə diqqət etməklə əlyazmanı daha da dolğun hazırlamaq mümkündür.
Əvvəlki bölmədə qeyd edildiyi kimi, elmi dil ilə jurnalist dili bəzi hallarda onların məqsədindən asılı olaraq bir-birindən diametral fərqlənir. Jurnalist dili oxucuya infor­masiya ötürmək, onu əyləndirmək məqsədi daşıdığı halda, elmi dildə yazılmış mətn yeni biliyin əldə edilməsinə xidmət edir. Elmi-tədqiqatlar çox vaxt yalnız kiçik qrup insanlar üçün nəzərdə tutulduğundan, heç də onları hər adam tam başa düşmür.
Ümumiyyətlə vahid “elmi dil”, yəni “elmi dildə vahid yazma üsulu” varmı sualının birmənalı cavabı yoxdur. Çün­ki, nə qədər elm sahəsi varsa, bir o qədər də spesifik dillər, daha doğrusu yazma üslubları mövcuddur. Sosioloq və hüquqşünaslar haqqında düşündükdə məlum olur ki, onların illər boyu öz jarqonları formalaşıb. Yəni onların tam ixtisas jarqonunda yazdıqları mətni hamı başa düşə bilmir. Bu, hər bir elm sahəsi üçün səciyyəvidir.
Elmi dilləri formalaşdıran tipik elementlər bunlardan ibarətdir: Faktların göstərilməsi; Parafrazların tərtibi (mət­nin öz sözləri ilə ifadəsi); Sitatların göstərilməsi; Əsas­landırma; Münasibətlər və əlaqələrin yaradılması; Anlayış­ların təyini; Dəqiqləşdirmə; Sistematik araşdırma; Diffe­rensiallama; Əks hipotezlərin irəli sürülməsi; Mətni yekun­lama; Dəyərlərin vurğulanması.
Qeyd olunan bu elementlərin işlənməsi elm sahəsin­dən asılı olaraq müxtəlif ixtisaslara xas olan terminlərin köməyi ilə təsvir edilir. Elmi işin nəzəri və empiriya növlü olmasından asılı olaraq faktlar və hadisələr arasında səbəb-nəticə əlaqələrinin təsviri üçün işlədilən dilin semantik və morfoloji strukturu fərqli olur. Mətnlərdə işlədilən söz və söz birləşmələri xüsusi elm sahəsinə aid olduğundan, onların köməyi ilə hər hansı bir fikrin ifadə edilməsi mütləq bu elm sahəsinin məşğul olduğu obyektlərlə bağlı olur. Bu baxımdan tibb üçün xas olan elmi dil ilə texniki elmi dili müqayisə etmək olmaz. Digər tərəfdən tibb elmi dilini yaxşı bilən şəxs texniki elmi dili anlaya bilməsi mütləq deyil. Ona görə də, sonrakı bölmələrdə izah edilən kreativ yazma texnikası deyəndə mütləq onu konkret bir sahə üçün təsəvvür etmək lazımdır.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin