Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə26/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   22   23   24   25   26   27   28   29   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Yazma stilistikası. Elmi işin yazılmasına qoyulan əsas stilistik tələblər bunlardır:
Elmi iş akademik dildə yazılır, bəzi hallarda kiçik həcmdə publisistik və polemik stilə yol verilir;
Mətnin məntiqinə və formal quruluşuna riayət edilir;
Mətndə bayağı və şablon ifadələrə yer verilməsi töv­siyə edilmir;
Uzun və dolaşıq cümlələrə yer vermək arzu olunan deyil. “Bir cümlə – bir fikir” qaydasına riayət edilməsi töv­siyə edilir;
Ümumi məlum olan biliklərin təkrarına yol ver­mə­məli;
Terminologiyanın vahidliyinə riayət edilməli;
Lazımsız yerə xarici sözlərdən və terminlərdən isti­fadə etməməli, tərcümə zamanı bu sözlərin Azərbaycan dilində dəqiq ekvivalentinin tapılmasına çalışmalı;
Qaranlıq, çoxmənalı olan sözlərdən və ifadələrdən yan keçməli;
Ehtiyac duyulmadıqda şəxsi terminlərin uydurul­ma­sın­dan yan keçməli, onları daxil etdikdə isə əsaslandırmalı;
Eyni sözün dəfələrlə təkrarlanmasından qaçmalı, lazım gəldikdə bu sözləri əvəzlik və sinonimlərlə əvəz etməli;
Materialı ardıcıl təsvir etməli (burada: buna görə, uyğun olaraq, belə ki, bu yolla, bundan əlavə və s. kimi birləşdirici ifadələrdən istifadə etmək məsləhət görülür);
Nəticələrin yazılışı zamanı onları sıralamaq yaxşı olardı: birincisi, ikincisi və s. ;
Simvol, müqayisə və şəkillər dəqiq və anlaşılan ol­malıdırlar. Mətndə mütləq onlara istinad olunmalıdır. Əks halda onlar lazımsız informasiya təsəvvürü yaradır;
İstifadə olunmuş sitat və biblioqrafik mənbələr mətn­də dəqiq göstərilməlidir.
Elmi iş yazma stilistikasına riayət edilməklə Azər­baycan dilinin qrammatikasına uyğun yazılmalıdır. “Mən” şəxsiyyət əvəzliyindən istifadə etmək xoşagələn deyil. “Mən düşünürəm”, “mən hesab edirəm” ifadələrinin əvə­zinə “görünür ki,..” və ya “belə hesab etməyə əsas var ki,...” ifadələri işlədilir.
Sitatların və mənbələrin göstərilməsi. Tədqiqatçı elmi işin əlyazmasını tərtib etdikdə çox vaxt işdə göstərilən arqumentləri isbat etmək üçün kənar elmi işlərdən sitatların gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da, ondan istifadə qaydaları bütün sahələrə şamil edilir.
Kənar mənbələrdən olan elmi nəticələrdən istifadə etmək qadağan deyil. Burada əsas məsələ onların işdə necə istifadə edilməsi və dəqiq göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer alması baş verir ki, bu da yolve­ril­məzdir.
Sitatların işdə göstərilməsi üçün əsas meyarlardan biri onun biblioqrafik mənbəyinin asanlıqla tapılmasından və gətirilən sitatın düzgünlüyünün yoxlana bilinməsindən iba­rət­dir. Yəni, yalnız ictimaiyyətə əlçatan olan mənbələrdən istifadə edilməsi məqbul sayılır.
Ən geniş yayılmış sitat mənbələri kitablar, məqalələr, hüquqi normativlər və dissertasiyalardır. İnternetdən sitat gətirilməsinə xüsusi tələblər qoyulur.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin