Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə11/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Oxunun ifadəliliyi. İbtidai siniflərdə oxunun mühüm key­fiyyətlərindən biri də onun ifadəliliyidir. Oxunun ifadəliliyi həm anlamanın dərinləşdirilməsi, həm də emosiyanın, təxəyyülün in­ki­şafı, estetik zövqün tərbiyəsi üçün son dərəcə mühüm əhə­miyyətə malikdir. İfadəli oxu şagirdin sözün qüdrətini dərk et­mə­sinə, estetik zövqünün inkişaf etməsinə, oxu vərdişinə yiyə­lənməsinə güclü təsir göstərir. Belə oxu şagirdin oxuya mara­ğını daha da artırır, əsərin məzmununun anlamasına imkan yara­dır.
“Şifahi nitq-ifadəli oxu, ifadəli söz deməkdir. İfadəli oxu təkcə əsəri oxumaq deyil, ifadəli oxu zamanı şagirdlər sözlərin ədəbi tələffüz qaydalarını, nitqdə yaradıcı inkişafını, sözün ədəbi kəsər mənalarını, o cümlədən danışıqda ədəbi dillin əlaqələlərini öyrənirlər.
İfadəli oxunun ikinci bir cəhəti odur ki, şagirdlər yazıçı sənətkarlığını, onun üslubunu, arzu və istəyini dərk edirlər. Sözün arxasında həyatı görür, adamları tanıyır, pisi yaxşıdan seçə bilir, nəhayət, oxuduğu əsərdən tərbiyə alırlar”[ 31, s.172].
Bədii əsərin, mətnin, oxu materialının dərk olunmasında ifadəli oxunun əhəmiyyəti böyükdür.
İfadəli oxu vərdişinə yiyə­lən­mək üçün şagird ilk növbədə düzgün, rəvan, şüurlu oxu vər­di­şinə yiyələnməlidir. Şagird mətni o zaman ifadəli oxuya bilir ki, şüurlu oxu üzrə iş düzgün aparılmış olsun. Ancaq məzmuna uyğun ifadəli oxu daha təsirli olur. Böyük rus yazıçısı N.V. Qoqol yazır ki, ancaq gözəl oxu, ifadəli qiraət şeir haqqın­da düzgün təsəvvür oyada bilər... Yaxşı oxumaq üçün isə əsəri diqqətlə öyrənmək, şairin qəlbini dolduran böyük hissləri duy­maq, onun hər bir sözünün ruhunu tapmaq lazımdır. İfadəli oxunun əsasında iki cəhət durur:

  1. İfa edilən əsərin ideya məzmununun dərindən qavranılması, təsir olunanların mahiyyətinə nüfuz edilməsi.

  2. Hiss edilənlərin, qavranılanların səslənən sözlə dinləyicilərə çatdırılması[19, s.102].

İfadəli oxu monoloji nitq olduğu üçün sifahi nitqin bütün xüsusiyyətlərini özündə əks etdirir. Şifahi nitqdə səsin ahəngi və ifadəli hərəkətlər sayəsində eyni söz müxtəlif mənalarda işlənə bilər və fərqli şəkildə başa düşülə bilər. İfadəli oxunun rəvan getməsi üçün əsərin məzmununun dərk edilməsi zəruri olduğu kimi, zəngin söz ehtiyatının olması, nitqin emosionallıq xüsusiyyətlərinə bələdlik, dilin qayda-qanunlarına yiyələnmək əsas şərtdir[11, s.363-364].
İbtidai siniflərdə şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişlərə yiyələnmələri müəllimin özünün bu vərdişə nə dərəcədə yiyələnməsindən, şagirdlərə necə nümunə olmasından asılıdır. Müəl­lim oxuyacağı əsərin ideya məzmunu üzərində düşünməli, yazı­çının nə demək istədiyini bilməli, oxuyarkən hadisənin iştirak­çısı kimi hərəkət etməlidir. Müəllim yaradıcı təsəvvürün köməyi ilə oxuduğunu “görməli” və şagirdlərə də “göstərməyə” çalış­ma­lıdır. O, məzmuna və formaya uyğun olaraq oxumağı bacar­malıdır. Parlaq, ifadəli oxu uşaqların diqqətini qavramalı olduq­ları başlıca fikrə cəlb edir, məzmunu tam, aydın, obrazlı şəkildə çatdırır. İfadəli oxu prosesində oxucu əsərin ideya məzmununa daxil olmaqla obrazların, lövhələrin xarakter xüsu­siyyətlərini açmalı, hadisələrə, qəhrəmanların hərəkətlərinə, daxili aləminə, müəllifin münasibətini, hisslərini dəqiq göstərməlidir. Yalnız bu zaman oxucu dinləyicini öz arxasınca apa­ra, bədii söz vasitəsi ilə dinləyiciyə təsir göstərə, onda səmimi hisslər oyada bilər. Oxunun ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmununun şüurlu mənimsənilməsidir. İfadə­lilik isə öz növ­bəsində şüurluluğu artırır.
Oxu bədii əsərlə tanışlığın ən sadə formasıdır. Lakin ifadəli oxudan bəhs etdikdə bu sadəlikdən əsər-əlamət qalmır. Əsəri ifadəli oxumaq asan deyildir, şagirdlər ilk mərhələdə hələ bunu bacarmırlar. Amma məhz ifadəli oxu ifaçıya və dinləyiciyə güclü təsir edərək əsərin bütün dərinliyini, emosional təbiətini açıb göstərir [42, s.51].
İfadəlilik üzərində iş apararkən müəllimin şagirdlərin oxu­suna eyni tələbləri verməsi düzgün olmaz. İfadəli oxu vərdiş­lərinin yaradılması müəllimdən səbirli, qətiyyətli olmağı, mün­təzəm və sistemli iş aparmağı tələb edir. Şagirdlərin emosional, ifadəli nitqə yiyələnmələri üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır. “Nitq texnikası” anlayışına oxu və danışıq pro­sesində tənəffüs, səs, diksiya və s. daxildir [23, s.172]. Belə ki, tənəffüs, səs, diksiya nitq texnikası anlayışının mühüm elementləridir.
İfadəli oxunun aşağıdakı vasitələri vardır:

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin