Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə9/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Oxunun optimal sürəti. Savad təliminin ilk mərhə­ləsində şagirdlərin hələ oxu texnikasına yenicə yiyələndikləri dövrdə oxunun aşağı sürətlə, aramla aparılması vacibdir. Sonralar tədri­cən sürət artırılmalıdır. Oxu prosesində normal oxu sürətinə nail olmaq zəruridir. Nə ləng, nə də hədsiz sürətli oxu məqbul sayılmır və qarşısı alınmalıdır. Normal sürətli oxu fəal yara­dıcı idrak prosesidir, bu proses zamanı şagird faktları, hökm­ləri təhlil edir, nəticədə yeni biliyin təməli qoyulur. Oxunun normal sürəti məzmunun şüurlu başa düşülməsini və ifadəliliyi təmin edir. Həddən artıq ləng oxu sözlər və cümlələr arasında əlaqənin pozulmasına səbəb olur, bu da məzmunun qavran­ılma­sını çətinləşdirir, ifadəliliyi azaldır və oxu prosesinin mexaniki şəkildə olmasına səbəb olur.
Oxunun sürəti (rəvanlığı) oxunan materialın tam və keyfiyyətli mənimsənilməsini təmin edən oxu prosesidir. Psixoloq L.S.Vıqotski hələ 1931-ci ildə yazırdı ki, adətən, hesab edirlər ki, ləng oxu zamanı anlama daha yüksək olur, əslində isə sürətli oxu zamanı anlama daha yaxşı olur, çünki müxtəlif proseslər müxtəlif sürətlə baş verir və anlama sürəti oxunun daha sürətli tempinə cavab verir. Sürətli oxu nitqi eşitmənin, görmənin idarə edilməsini tələb edir. Sürətli oxu oxunmuş mətnin keyfiyyətli mənimsənilməsini ləng oxudan daha yaxşı təmin edir. I-IV siniflərdə ən çox sürətli oxuya müəy­yən dərəcədə norma qoyulur. Bu normalar əsasında şagir­din oxu fəaliyyəti qiymətləndirilir. Bu baxımdan şagirdlərin danışıq nitqi nəzərə alınmaqla oxu sürəti üç yerə bölünür:

  1. Sürətli oxu

  2. Orta oxu

  3. Aramla oxu

Cədvəl 1.

Siniflər

Sürətli oxu


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin