Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Oxuya verilən başlıca tələblər. Oxu vərdişlərinin inkişaf etdirilməsi



Yüklə 453,07 Kb.
səhifə8/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Oxuya verilən başlıca tələblər. Oxu vərdişlərinin inkişaf etdirilməsi

Şagirdlərin oxu vərdişlərinin normal inkişafını təmin etmək üçün təlimin hər bir mərhələsində bunu fərdi şəkildə öyrən­mək zəruridir.


Təlimin III ilində şagirdlərin ucadan və səssiz oxumaq vərdişləri təkmilləşdirilməlidir. Oxunun düzgün, aydın, davamlı, ifadəli olması ilə yanaşı, şüurluluğuna xüsusi diqqət yetirilməlidir”. Şagirdlərin qarşısında oxunmuş, materialların məzmu­nunu dərk etmək, ona münasibət bildirmək, onu qiymətlən­dirmək tələbi qoyulur. Bütün bunlar həm də şagirdlərin nitq inkişafına xidmət edir [26, s.32].
Hər şagirdin oxusunun düzgünlüyü, sürəti, şüur­luluğu və ifadəliliyinin səviyyəsini öyrənmədən, onların keyfiy­yətinə təsir göstərən səbəbləri aşkara çıxarmadan təlimin səmərəliliyini yüksəltmək çətindir. Oxunun keyfiyyəti şagirdlərin oxu vər­dişinə necə yiyələnmələrindən asılıdır. İstər səsli, istərsə də səssiz oxu aşağıdakı tələblərə cavab verməlidir:
1.Düzgünlük 2.Optimal sürət
3.Şüurluluq 4.İfadəlilik
Şagirdlərin oxu texnikası bu tələblər baxımından təkmil­ləş­­diril­məsə, oxu dərsləri uşaqlara oxumağı və düşünməyi, oxuma­ğı və hiss etməyi, oxumağı və müstəqil biliklər əldə etməyi öyrədə bilməz. Oxunun bu dörd (düzgünlük; optimal sürət; şüurluluq; ifadəlilik) keyfiyyəti bir-biri ilə sıx əlaqədardır, lakin onlardan başlıcası oxunun düzgünlüyüdür.
1.Oxunun düzgünlüyü. Oxunun düzgünlüyü mətnin məz­mu­nunun şüurlu oxunmasına xidmət edən bir mərhələdir.
2.Oxunun sürətliliyi oxunun şüurluğu ilə tənzim olun­mursa, öz özlüyündə o qədər də əhəmiyyət kəsb etmir.
3. Oxunun şüurluluğu izahlı oxu ilə tənzimlənir.
4. Oxunun ifadəliliyi də əsərin ideyasının ondakı başlıca fikrin obrazlı, canlı nəticə etibarı ilə şüurlu mənimsənilməsinə xidmət edir. Düzgünlük, şüurluluq həmçinin sürətlilik ifadəli oxu üçün əsas hesab olunur.
Oxunun düzgünlüyünə verilən başlıca tələblər aşağıdakılardır:

  • Sözlərin aydın, səlis tələffüzü, yəni təhrif etmədən, heca və səsləri buraxmadan, əlavə etmədən, onların yerini dəyişmədən oxumaq.

  • Sözlərdə vurğunu düzgün işlətmək və vurğuya görə sözün mənasının dəyişməsinə yol verməmək.

  • Sözün qrammatik formasını digəri ilə, bir sözü başqası ilə əvəz etməmək.

  • Ədəbi tələffüz qaydalarını gözləmək.

  • Cümlədə söz buraxmamaq və əlavə etməmək.

  • Cümlədə sözləri və mətndə cümlələri təkrarlamamaq.

  • Rabitəli mətni ayrı-ayrı sözlərlə deyil, cümlələrlə yalnız cümlələrin sonunda fasilə verməklə oxumaq.

  • Fasiləyə, intonasiyaya düzgün əməl etmək.

  • Durğu işarələrinin tələblərinə əməl etmək.

  • Kəkələmə, tıntınlıq, pəltəklik kimi nitq qüsurlarına yol verməmək.

Oxunun düzgünlüyünə mane olan başlıca cəhətlər aşağıdakılardır:

  • Savad təlimi dövründə oxunun düzgün aparılmaması, heca oxusu əvəzinə hərfi oxuya yol verilməsi.

  • Yerli şivə tələffüzünün qarşısının alınmaması.

  • Sözlərin yazılışı ilə tələffüzü arasında fərqin başa düşülməməsi.

  • Uşaqların nitqində bəzi fizioloji nöqsanların möv­cudluğu.

  • Şagirdlərin sözlərin mənalarını başa düşməmələri.

  • Dərsliklərdə şagirdlərin dilinə yatmayan çətin sözlərin və terminlərin verilməsi.

Bütün bu qüsurları aradan qaldırmaq və düzgün oxu vərdişi yaratmaq üçün aşağıdakı metod və priyomlardan istifadə faydalıdır:
l) müəllimin düzgün oxu nümunəsi verməsi və ya səsləndirməsi;
2) izahlı oxuya üstünlük verilməsi;
3) düzgün oxuyan yoldaşlarının oxusunun izlənilməsi;
4) düzgün oxunmayan sözlərin nümunəyə görə təkrar oxunması;
5) çətin sözlərin lövhədə yazılıb oxudulması;
6) oxuya nəzarətin bütün sinif şagirdləri tərəfindən aparılması;
7) səhvlərin düzəldilməsinə bütün şagirdlərin cəlb olun­ması.
Oxunun düzgünlüyü I və II siniflərdə daha çox pozulur. Oxu texnikasına mükəmməl yiyələnməmiş şagirdlər oxuda tez-tez səhvə yol verirlər. Oxu vərdişinə yiyələnmiş şagirdlər də yorul­duqda səhvlərə yol verirlər. Oxuda səhvlər obyektiv və sub­yek­tiv səbəblərdən baş verir. Belə ki, oxu mətnində şagirdlərin yaş xüsusiyyətinə uyğun olmayan sözlərin olması, çətin orfoq­ramlı sözlərin işlədilməsi, sözlərin mənasının izah olunmaması və ya lüğət işinin aparılmaması obyektiv səbəb kimi göstərilə bilər.
Subyektiv səbəb kimi şagirdlərin sözlərin səs-heca tərkibini düzgün dərk etməməsi, oxunan sözlərin obrazlılığının düzgün qavranılmamasıdır. Belə hallarda şagird ya həmin sözün daxil olduğu cümlənin mənasına əsaslanır, ya da sözü mətndən, cümlədən kənarda dərk edir. Yenicə oxumağa baş­layan uşaqların çoxu sözü daxil olduğu mətndən, cümlə­dən kənarda dərk edirlər. Şagirdlər sözdəki hecaların və ya hərflərin sayını azaltmaqla, bəzən də savad təlimi dövründə olduğu kimi hecalarla oxuyurlar.
-Mətndəki çətin sözlərin əvvəlcədən yazı taxtasına yazılıb təhlil edilməsi uşaqları düzgün oxuya hazırlayır.
-Çətin sözlərin xorla, hecalarla oxunması şagirdlərin oxu texnikasına yiyələnmələrini gücləndirir.
-Oxunmuş mətni şagirdlərə təkrar oxutmaq “oxu sahəsini” genişləndirir.
Təkrar oxu zamanı şagirdlərin marağını aşağı salmamaq üçün hər dəfə yeni tapşırıq verilməlidir. Şagirdlərdə oxunun düzgünlüyünü təmin etmək üçün əsas şərtlərdən biri də oxunun sürətinin tənzim edilməsidir.
-Oxunun düzgünlüyünü artıran vasitələrdən biri də çətin ifadələrin, yanıltmacların oxunmasıdır.
-Müəllim daim şagirdlərin oxusuna nəzarət etməli, səhvə yol verən şagirdlərin səhvlərinə vaxtında düzəliş verməlidir. Oxunun düzgünlüyünə nəzarət şagirdlərin özlərinə də həvalə olunmalıdır.
Oxunun düzgünlüyü artikulyasiyanın dəqiqliyindən asılıdır. Müəllim oxu zamanı şagirdlərin yazıldığı kimi oxu­malarına yol verməməlidir. Bunun üçün müəllim şagirdləri orfoepik qaydalarla dərindən tanış etməlidir.
Oxunun düzgünlüyünün pozulması orqanların nöqsanlarından da irəli gəlir. Məsələn, “r”, “z”, “s”, “ş” səslərini düzgün tələffüz edə bilməmək və s.
Oxunun düzgünlüyünə nail olmaq üçün şagirdlərin oxusu­na müəllim tərəfindən gündəlik nəzarət lazımdır. Oxu dərsində nitqi nöqsanlı şagirdlər daim müəllimin diqqətində olmalıdır. Müəllim hər bir şagirdin buraxdığı səhvin xarakterini nəzərə almaqla dərhal düzəliş verməlidir. Şagirdlərə fərdi yanaşmaq, loqoped köməyinə müraciət etmək və evdə müstəqil işləmə­lərinə nail olmaq lazımdır.
Oxunun düzgünlüyünə nəzarət etməyə uşaqların özlərini də cəlb etmək lazımdır. Şagirdlər öz yoldaşlarının oxularına nəzarət etmək üçün aşağıdakı cəhətlərə fikir verməlidirlər:

  • sözdə heca və ya hərfin buraxılmaması;

  • sözün təhrif olunmaması;

  • sözdə vurğunun düzgün işlənməsi;

  • sözlərin aydın tələffüz olunması;

  • oxu zamanı tələskənliyin olmaması;

  • durğu işarələrində fasiləyə əməl olunması;

  • intonasiyanın gözlənilməsi.


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin