Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə16/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Səssiz oxu. Səssiz oxuda əsas məqsəd şagirdlərin oxu üzrə müstəqil işlərini təşkil etmək, şagirdlərin səlis və sürətlə oxuma­sına nail olmaqdır. Səssiz oxu şagirdin mətnin məzmu­nunu nağıl etməsində, şeiri əzbərləməsində, ifadəli oxuya hazırlaşmasında, mətnə plan tərtib etməsində, müvafiq suallara cavab verməsində və ya yazmasında, seçmə oxuya hazırlaşmasında, çətin söz və ifadələri seçməsində səmərəlidir. Müəllim çalışmalıdır ki, səssiz oxu zamanı şagirdin dodaqları tərpənməsin və oxu ancaq gözlə idarə olunsun. Səssiz oxu göz hərəkətləri və beyində yara­nan oxu prosesinə əsaslanır. Səssiz oxu sinifdə hər gün yaxud həftədə bir dəfə keçirilə bilər. Şagirdlər sinifdə oxunacaq olan hər hansı bir mətni və ya öz istədikləri bir əsəri müəllimin verdiyi müddət ərzində oxuyurlar. Bütün sinif səssiz oxu prose­sində iştirak etdiyi vaxt müəllim özü də səssiz oxumaqla şa­gird­lərə nümunə olur. Bu proses zamanı şagirdlərin başqa­larına mane olmamasına, diqqətini yayındırmamasına fikir verilir. Səssiz oxu prosesinin sonunda sinifdaxili, yaxud da qruplar halında oxunulan mətnlə bağlı müzakirə keçirilir. ”Nə üçün bu əsəri seçdiniz?”, ”Əsərdə sizi maraqlandıran cə­hətlər hansılardır?”, ”Niyə görə bu əsəri yoldaşlarınıza məs­ləhət görürsünüz?” və s. formada suallar verilərək şagirdlərin kitabla, mətnlə bağlı fikirləri ortaya çıxarılır. Şagirdlər mətndə onları maraqlandıran, yaxud başa düşmədikləri, mətni oxuyarkən nə hiss etdiklərini yazılı, ya da şifahi şəkildə ifadə edirlər. Səssiz oxu prosesində sürətli oxuya yiyələnmə baş verir.
Sürətli oxu-bu, mətnin müfəssəl və keyfiyyətli mənimsənilməsini təmin edən tam şəkildə oxunmasıdır. Sürətli oxu texnikası ilə tanış olmayanlar bəzən onu səhvən “səthi” oxu adlandırırlar. Sürətli oxu oxucuların faktları, mülahizələri, anlayışları qavraması, onları təhlil edərək yeni biliklərin əsasını qoyması kimi fəal yaradıcı bir prosesdir. Ona görə də sürətli oxu metodikasının hazırlanması və onun geniş istifadəsi təkcə nitqi eşitmə və görmə analizatorlarının idarə edilməsi məsələlərinin həllini deyil, əqli fəaliyyətin alqoritmik sisteminin işlənməsi, yəni oxucuya lazım olan informasiyanın əldə edilməsini nəzərdə tutur. Sürətli oxu metodları məntiq qanunlarına əsaslanaraq verilmiş mətndə şagirdə lazım olan məlumatın tez və asan seçilməsinə imkan verir.Sürətli oxuma göz gimnastikası üçün də zəruridir. Sürətli oxu zamanı qısa vaxt ərzində daha çox məlumat əldə edilir. Bunun üçün dar çərçivədə yerləşdirilmiş kiçik­həcmli bir yazı müəyyənləşdirilir. Həmin mətnin ilk cümləsinin baş hərfi ilə son cümləsinin axırıncı hərfi müəyyən edilir. Sonra qeyd edilmiş ilk və son hərfə baxılır. Sürət getdikcə artırılır, da­vam­lı və ardıcıl baxış oxu sürətini artırır. Sürətli oxu mükəm­məlləşdikcə dərinləşdirilmiş oxuya keçilir.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin