Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Əsas oxu formaları və onların sürət normaları



Yüklə 453,07 Kb.
səhifə17/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Əsas oxu formaları və onların sürət normaları. Qarşıya qoyulmuş məqsəddən asılı olaraq bir neçə oxu forması fərqlənir. Sürətli oxunun yeddi əsas qaydası vardır:
1.Geri qayıtmadan (təkrar etmədən) oxu - Çox zaman oxucu artıq oxunmuş mətni təkrar oxumaq üçün yenidən eyni sətrə, eyni səhifəyə qayıdır. Sürətli oxu metodikası yalnız mətni tam oxuyub başa çatdıqdan sonra ehtiyac yarandığı halda mətnin təkrar oxunmasını tövsiyə edir. Əgər bir mətnin hər sətri 2 dəfə oxunarsa, bu ənənəvi ləng (asta) oxunun əsas göstəricisidir. Bəzən oxucular təkrar oxumanın səbəbini mətnin mürəkkəbliyi ilə əlaqələndirirlər. Ancaq bir çox tədqiqatçıların fikrincə, bu daha çox vərdişdən və diqqətsizlikdən irəli gəlir. Odur ki, yalnız geri qayıtmadan, yəni təkrar oxumadan daha sürətli oxu və daha keyfiyyətli qavrama vərdişlərinə yiyələnmək olar.
Bır sıra hallarda bu “geri qayıtmalar” əsaslı hesab oluna bilər. Çünki bu zaman oxunmuş mətnin təsiri ilə yeni ideya yarana bilər və bəzi faktları və ya fikirləri dəqiqləşdirməyə, daha dərindən qavramaya ehtiyac duyula bilər.
2. İnteqral-alqoritm üzrə oxu – sürətli oxuda əsas məsələ sürət deyil, mətnin qavranılması üzrə “zehni proqramın” düzgün seçilməsi sayəsində lazımi informasiyanın əldə edilməsinin optimallığı və səmərəliliyidir. Şagirdin qarşıya qoyduğu məqsəd və vəzifələrdən asılı olaraq oxu texnikası fərqlənməlidir. Təcrübələr göstərir ki, inteqral-alqoritmlə oxu sürətini iki dəfədən çox artırmaq mümkündür. Bunun üçün mətnin oxunmasına dair işi planlaşdırarkən aşağıda qeyd olunanları nəzərə almaq lazımdır:
1. Mətnin adı, müəllif.
2. Qarşıya qoyulan problem.
3. Mətndəki faktlar.
4. Fikrin ifadə xüsusiyyətləri.
5. Müəllifə suallar və “tənqidi” münasibət.
6. Mətnin həyatla inteqrasiya imkanları.
3. Artikulyasiyasız oxu. Oxu zamanı nitq orqanlarının hərəkəti tənzimlənir. Tələffüz orqanları daim gizli hərəkətdə olurlar. Bu hərəkətlərin intensivliyi mətnin mürəkkəbliyindən və oxu vərdişlərinin inkişaf səviyyəsindən asılıdır. Oxu vərdişləri zəif, mətn isə nisbətən mürəkkəb olduqda artikulyasıya orqanlarının fəaliyyəti azalır, bu da oxunun sürətini azaldır.
Məlumdur ki, uşaqlar sözləri əvvəlcə hərf-hərf, sonra heca-heca, nəhayət, bütöv şəkildə oxuyurlar. Tədricən gözlə tələffüz olunan söz arasında möhkəm reflektor əlaqə yaranır. Beləliklə, mətni əvvəlcə ucadan sonra pıçıltı ilə, sonra isə səssiz oxumaq vərdişi formalaşır. Odur ki, artikulyasiyasız oxu sürətli oxunun əsas qaydalarından biri hesab edilir.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin