Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə20/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

İşarələyərək oxu. Şagirdlər mətndə onlara vacib görünən yerləri işarələyir, qeyd edirlər. Şagirdlər altından xətt çəkdikləri, yaxud da müxtəlif işarələrlə müəyyənləşdirdikləri hissələri öz cümlələri ilə ifadə edərək mənalı bir mətn düzəldirlər. Belə oxuda məqsəd açar sözlər və məfhumlarla vacib olan yerlərin müəyyənləşdirilməsidir ki, bu da mövzu­nu anlamağa kömək edir. Bu yolla oxu materialı əsas ideya xətləri üzrə qavranılmış olur.
Təxmin edərək (proqnozlaşdırılmış) oxu. Belə oxu şagird­lərin fəallıqlarını artırmaq, mətndə olan hiss, düşüncə və hadisələrlə bağlı onlarda maraq oyatmaq məqsədi daşıyır. Mətni davam etdirməyə imkan verəcək söz və ifadələr şagird­lərə izah edilir. Təxmini oxu bir neçə yolla həyata keçirilir.

  • Mətnin təqdim olunan hissəsini şagirdlər oxuyur. Müəllim şagirdlərdən “Mətndə inkişaf edən və inkişaf edə biləcək olan hadisələri” iki ayrı-ayrı sütunda yazmalarını tələb edir.

  • Mətnin qalan hissəsini müəllim oxuyur, sonra mətn­dəki hadisələrin necə nəticələnə biləcəyi başqa bir sütun­da yazılır. Buna görə şagirdlərə hər hissə ilə bağlı düşün­cə­lərini yazmaları üçün üç sütundan ibarət tapşırıq vərəqləri paylanır.

  • Mətnin bir hissəsi səsli oxunur. Şagirdlərdə maraq oyandıran ifadələrlə bağlı suallar yazı taxtasına yazılır. Mətnin davamında cavablar tapıldıqca sualların üstündən xətt çəkilir.

  • Şagirdlərdən mətni oxumağa başlamazdan əvvəl mətnin başlığı və əyani vasitələrdən istifadə etməklə mətnin məzmunu ilə bağlı fərziyələr irəli sürmələri tələb edilir.

  • Səsli oxu prosesində “Sizin fikrinizcə, bundan sonra nə ola bilər?”, “Hadisələrin təxmin etdiyiniz kimi inkişaf et­mə­sinin səbəbi nədir?” və s. suallar verməklə şagirdlərin diq­qətinin mətn ətrafında daha çox cəmlənməsinə nail olunur.

Sual verərək oxu. Oxudan əvvəl və oxu prosesində şagirdlərə suallar hazırlamaq tapşırılır. Məqsəd şagirdlərin mətn üzərində düşünmələrinə nail olmaqdır. Bu metodun tətbiqi iki formada həyata keçirilir:

  • Mətn səsli və ya səssiz oxunduqdan sonra şagirdlər oxu prosesində zehinlərində yaranan sualları yazırlar. Qruplara ayrılaraq həmin suallara cavab axtarırlar. Hər qrupdan, yaxud sinifdən bir şagird yoldaşına sual verir.

  • Şagirdlər mətni oxumazdan əvvəl və oxuyarkən mət­nin başlığını və beyinlərində yaranmış sualları yazı lövhəsiə yazırlar. Cavablar tapıldıqca sualların üstündən xətt çəkilir.

Tənqidi oxu. Tənqidi oxu şagirdlərə oxuduqları haqqın­da sual vermək vərdişləri qazandırmaqla yanaşı, mövzu haqqında düşünmələrinə imkan yaratmaq, mövzunun müsbət və mənfi tərəflərini dəyərləndirərək şəxsi fikirlərini bildirmək məqsədi daşıyır. Mətn oxunarkən şagirdlər iştirak edib-etmədikləri yerləri müəyyənləşdirir və beyinlərində yaranan suallara cavab axtarırlar. Hiss, düşüncə və hadisələr arasında səbəb-nəticə əlaqəsi qurmağa çalışırlar. Fərdi təcrübələrindən istifadə etməklə oxuduqlarına məna verirlər.
Xorla oxu. Xorla oxunun da özünəməxsus yeri vardır. Bu, şagirdlərin oxu prosesində birlikdə fəaliyyət göstərmə bacarıqlarının inkişaf etdirilməsidir. Bir şeir və ya nəsr his­sələrə ayrılaraq bir qrup şagird tərəfindən birlikdə oxunur. Mətn müəllim tərəfindən oxunub, izah olunur. Xorla oxu üç formada olur:

  1. Hamının birlikdə oxuması: mətn bütünlüklə sinif və ya qrup tərəfindən oxunur.

  2. Qrup halında oxuma: mətn hissələrə ayrılaraq hər qrup bir hissəni oxuyur.

  3. Qarşılıqlı şəkildə oxuma: şagirdlər iki qrupa ayrı­laraq mətnin müəyyən edilmiş hissələrindən birini bir qrup, digər hissəsini ikinci qrup oxuyur.


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin