Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə22/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Müqayisəli oxu. Şagirdlər oxuduqları mətnlə digər mətnlər arasında müqayisə aparmaqla düşüncə tərzlərini və bacarıqlarını inkişaf etdirirlər. Verilmiş mətn oxunduqdan sonra şagirdlərdən bu mətnin əvvəl oxuduqları digər mətn­lərlə hansı oxşar və fərqli cəhətlərinin olduğu soruşulur. Şa­gird­lərə mətnlər arasında yer, zaman, obraz, personajlar, möv­zu, fikir və hadisə baxımından əlaqə yaratmaları tapşı­rılır. “Bu əsərin mövzusu ilə əvvəllər oxuduğunuz...?”, “... adlı kitabın mövzusu arasında nə cür əlaqə görürsünüz?”, ”Bu iki mətn arasında obraz və personaj baxımından hansı ox­şarlıq mövcuddur?” və s. suallarla şagirdlərə istiqamət verilir.
İSOAT-“İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”. 1960-cı ildə psixoloq Robinson tədris prosesində apardığı araşdırmalarda oxu sürətinin artırılması, məlumatı qavrama, yaddasaxlama, oxuyub anlamanın keyfiyyətini artırmaq üçün oxu prosesini 5 mərhələdə aparmağı təklif etmişdir. “İSOAT”ın açılışı belədir: “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”.

  • İzlə-mətnin əvvəldən sona qədərə gözdən keçiril­məsi, ilkin baxış mərhələsidir. Bu zaman mövzunun adına, hər bir abzasın ilk və son cümləsinə, mətn daxilində xüsusi işarə və forma ilə fərqləndirilən sözlərə, ifadələrə diqqət yetirilir. Burada verilmiş mətnin bütövlükdə oxunması vacib deyil.

  • Soruş-bu addımda “izlə” mərhələsində oxunanlara dair suallar formalaşdırmaq vacib şərtdir. Əgər oxunan­lardan suallar yaranmayıbsa, deməli, mövzu yetə­rin­cə anlaşılmayıb. Mövzu başlıqları, oxşarlıq və fərqlilik­lərdən yaranan suallar, sanki imtahan suallarıdır, onları bir vərəqdə qeyd etmək faydalıdır. Suallara 5-10 dəqiqə vaxtın ayrılması kifayətdir.

  • Oxu-burada “soruş” mərhələsində yazılan suallara ca­vab tapılmalı və lazım gələrsə, onlar qeyd edilməlidir. Oxu­nan mətndəki əsas fikirlərin, xüsusi işarəli söz və ifadələrin diqqəti daim cəlb etməsi üçün həmin hissənin altından xətt çəkilməli, yaxud xüsusi işarələrlə fərqləndirilməlidir.

  • Anlat (izah et)-mətnə baxmadan “Soruş” mərhələsin­dəki suallara “Oxu” mərhələsində mətndən tapıb qeyd edilən müvafiq cavablar sanki qarşıda sizi dinləyən biri varmış kimi uca səslə nəql edilməlidir.

  • Təkrarla-öyrənilən istənilən növ biliklərin çoxunun ilk bir saatda 70%-ə qədərinin unudulduğunu nəzərə alsaq, onda “Anlat” mərhələsində məlumatın yenidən təkrar olun­masının zəruriliyi üzə çıxır.Öyrənilməmiş məlumatları nəql etmək mümkün deyil, buna görə də təkrar oxu çatışmayan cəhətləri görmək və tamamlamaq baxımından çox faydalıdır.


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin