Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə25/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Oxudan sonra
Dəqiqləşdirilməsinə və ya genişləndirilməsinə ehtiyac hiss olunan məsələləri müəyyənləşdirmək.
Yazıçının haqqında danışılan məsələyə münasibəti barədə nəticələr çıxarmaq.
Dəqiqləşdirmək: “Yazıçı bu əsərdə nə demək istəyirdi?”
O, nəzərdə tutduğu fikri ifadə edə bilibmi?
Oxunun təşkili uğurlu oldumu? Özünqiymətlən­dirmə (yüksək, yaxşı, orta, zəif).

Mətn üzərində iş təşkil edərkən müəllim əvvəlcədən işi planlaşdırmalı və hansı fəaliyyətlərin hansı məqamda yerinə yetiriləcəyini bilməlidir.


Mətnlər 3 hissədən ibarət olur: giriş, əsas hissə, sonluq (nəticə). Mətnin giriş hissəsində əsas iştirakçılar, hadisələrin baş verdiyi yer və vaxt haqqında məlumat verilir. Əsas his­sədə qəhrəmanın başına gələn hadisələr təsvir olunur. So­n­luqda hadisələrin necə bitdiyi bildirilir və ya məzmunla bağlı nəticə çıxarılır [12, s.297].
Giriş. Təsvir ediləcək əşya və ya hadisə ilə tanışlıq; əsas fikirlə əlaqə yaradan məqamların təqdim edilməsi.Nəzərə alınmalı məsələlər:

  • Oxuya hazırlıq.Təsvir edilən əşya və hadisə haqqında maraq doğuran cümlələrin müəyyənləşdirilməsi.

  • Əsas fikrin təqdim edilməsi. Əvvəlcədən əsas fikrə zəmin yaradılıbmı? Mətndə əsas fikirlə əlaqəsi olma­yan məsələlərə yer verilibmi? Təsvir ediləcək məsələlər barədə oxucuda təsəvvür yaradılıbmı?

Əsas hissə. Əşya, hadisə, insan və məkanla bağlı təs­virlərin ardıcıllıq (uzaqdan yaxına və ya əksinə; ümumidən xüsusiyə və ya əksinə; insan təsvirində başdan-ayağa və ya əksinə), yaxud əhəmiyyətlilik baxımından müəyyənləş­diril­məsi.

  • Təsvir ediləcək məsələlərin müəyyən edilməsi və sıra ilə düzülməsi. Yalnız bədii və təsvir vasitələrinə deyil, həm də hisslərin və faktların təsvirinə yer verilibmi? Məsələlər haq­qında danışılıb, yoxsa onların necə olduğu sözlə göstərilib?

  • Düşüncə və hisslərin təqdim edilməsi.

  • Şagirdin irəliyə doğru istiqamətləndirilməsi


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin