Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə33/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Auksion. Müəllim şagirdləri auksionun keçirilmə qaydaları ilə tanış edir. Oxunmuş mətn üzrə öyrənilənlər haqqında ardıcıl və cəld cavabların verilməsi nəzərdə tutulur. Lakin bu zaman müəllim hər bir cavabdan sonra əlindəki əşya ilə stola vurur və növbəti sualı səsləndirir. Hər bir fikirdən sonra müəl­lim sayır: “Bir, iki” ... bu zaman başqa iştirakçı cəld cavab verir. Sonra müəllim yenə stolu tıqqıldadır və növbəti sualı verir. Mətnə aid bütün xüsusiyyətlər sadalanana kimi auksion davam edir. Diqqətə çatdırılır ki, cavablar bir-birini təkrarla­mamalıdır. Bunun üçün hamı bir-bi­ri­ni dinləyir. Oyunda axırıncı mümkün cavabı verən şagird qalib sayılır.
Karusel. Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. “Bir, iki” ... . Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Müəllifdən soruşun (Müəllif kreslosu). Şagirdlərə əvvəl­cə­dən tapşırıq verilir ki, mətni oxuyarkən onun müəllifinə vermək istədikləri 2-3 sual fikirləşsinlər. Suallar mətn haq­qında olub onu anlamaqda yardımçı olmalıdır. Sonra şagirdlərdən biri müəllif rolunu öz üzərinə götürür. Yerdə qalan şagirdlər öz suallarını ona verirlər. Müəllif rolunda bir neçə şagird suallara cavab verə bilər.Bu üsuldan istifadə şagirdlərdə daha diqqətli oxu vərdişləri formallaşdırır. Çünki diqqətli oxu bir tərəfdən şagirdlərdə müxtəlif suallar yaradır və digər tərəfdən şagirdləri verilmiş mətndə həmin suallara cavab axtarmağa təhrik edir.
Rollu oyunlar. Elə oxu mətnləri vardır ki, onları rollar üzrə oxumaq daha səmərəli nəticə verir. Şagirdlər ifa etdikləri rolun xarakter xüsusiyyətlərini verməyə cəhd edir, oxu prosesi daha maraqlı təşkil olunur. Məsələn, “Cırnatma”, “Ağac-hər dərdə əlac”(I sinif), “Xaqani”, “Sehirli söz”, “Dostlar səfərdə” (II sinif), “Balaca Karlson”, “Qavroş”, “Sabirin ilk uşaq şeiri”, “Bahalı xalça” (III sinif), “Yol söhbəti”, “Gülgəz”(IV sinif) və s. mətnlərinin rollar üzrə oxusu şagirdlərin müxtəlif xarakterli insanların xüsusiyyətləri ilə tanış olmağa, intonasiyanın komponentlərindən rola uyğun düzgün istifadə etməyə, şüurlu və ifadəli oxu bacarıqlarına yiyələnməyə söq edir. Rolluoyunlarproblemin həllinə müxtəlif yanaşmaları üzə çıxarır. Şagirdlər rollu oyunlarda hadisələrin iştirakçısı kimi davranır, başqa bir xarakter yaratmağa müvəffəq olur. Belə oxuda şagirdlərdə yaxşı və pisi ayırmaq, real vəziyyətə uyğun nəticələr çıxarmaq bacarıqları yaranır.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin