Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


İki hissəli gündəlik strategiyası-



Yüklə 453,07 Kb.
səhifə35/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

İki hissəli gündəlik strategiyası- bu üsulun tətbiqi zamanı sinif cütlərə ayrılır. Hər bir şagirdə tapşırılır ki, təqdim olunan mövzu ilə bağlı, məsələn, “Azərbaycan-Türkiyə” mövzusuna aid fikirlərini qısa şə­kildə qeyd etsinlər. Hər iki yoldaş yazıb qurtardıqdan sonra fikirlərini bir-biri ilə bö­lüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün müəllim bir şagirdi qaldırır, fi­kir­lərini soruşur və digər şagirdlər də deyilənlərə əlavələr edirlər. Sonra şa­gird­lərə Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini [9, s.45] oxumaq tapşırılır, şeir oxunduqca, onlar iki his­səli gündəliyə qeydlər edirlər. İki hissəli gündəliyi hazırlamaq üçün şagirdlər ağ vərəqi şaquli xətlə iki yerə ayı­rır­ və onun sağ və sol tərəflərində aşağıdakı kimi qeydlər aparırlar:

Şagirdlər şeiri oxuyub iki hissəli gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün si­niflə aparmaq lazımdır. Müzakirədən sonra müəllim şagirdlərdən xahiş edir ki, 10 də­qiqə ərzində “Azərbaycan-Türkiyə” şeirinə aid düşüncələrini yazsınlar (bu üsul 10 də­qiqəlik esse adlanır).


Ziqzaq.

  • Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.

  • Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.

  • Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir.

  • Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmununu qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır.

  • Müəllim sonda informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verir.

İdeyalar xalısı. Bu üsul oxu dərslərində çətin problem­lərin həll edilməsinə kömək göstərir və bir neçə mərhələdən ibarətdir:
I mərhələ - problem qoyulur (müəllim problemi bir gün əvvəl və ya dərsin əv­və­lin­də elan edir).
II mərhələ - problemin səbəbləri müəyyən edilir (nəyə görə belə bir problem möv­cuddur?).
III mərhələ - problemin həlli yolları müəyyən edilir (bu problemi həll etmək üçün nə etmək lazımdır?).
IV mərhələ - fərdi iş (şagirdlər göstərilən problemin həlli üçün nə etməyə hazır ol­duqlarını söyləyirlər).
Bu başqa variantlarda da keçirilə bilər. İdeyalar xalısı üsulu aşağıdakı kimi tətbiq edilir:
1. Müəllim şagirdləri 4-5 nəfərlik qruplara bölür.
2. Dərsin əvvəlində (ya da dərsdən bir gün əvvəl) müəllim oxu dərslərində həll ediləcək prob­lemi elan edir.
3. Müəllim hər qrupa ağ kağız, eyni rəngdən olan 6 kağız zolağı, yapışqan və mar­ker paylayır. Qruplara təklif olunur ki, verilən problemin səbəblərini aşkara çı­xar­sın­lar və bu səbəbləri kağız zolaqlarına yazsınlar.
4. Qruplar yazıb qurtarandan sonra müəllim onlara deyir ki, kağız zolaqlarını on­la­ra verilən iri kağız üzərində yerləş­dirsinlər.
5. Qruplar işini qurtardıqdan sonra müəllim onlara yazdıqlarını oxumağı söyləyir.
6. Növbəti mərhələdə müəllim şagirdlərə başqa rəngdə olan daha 6 kağız zolağı pay­layır. Şagirdlər burada problemin həlli üçün nə etməli olduqlarını yazırlar. Bu zo­laq­lar da iri kağız üzərində yerləşdirilir.
7. Qrupların işini qrup liderləri təqdim edirlər.
8. Növbəti mərhələdə müəllim şagirdlərə yapışqanlı vərəq paylayır və on­lar­dan xahiş edir ki, problemin həlli üçün nə etdik­lərini və nə etməyə hazır ol­duq­la­rı­nı həmin vərəqin üzərin­də yazsınlar. Şagirdlər vərəqlərini oxuyur və həmin vərəqləri öz qruplarının xalısı üzərinə yapışdırırlar.
9. İşin sonunda müəllim onlarla kiçik müzakirə keçirir və problemin həlli üçün ən sə­mərəli yolu seçməyi onlara təklif edir.
10. Bu üsulda qrupların işinin tərtibatı da çox əhəmiy­yətlidir. Öz fanta­zi­ya­la­rın­dan istifadə edərək şagirdlər sanki rəngarəng kağızlardan “ideyalar xalısı” yaradırlar.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin