Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Vəziyyət (situasiya) üzrə praktikum



Yüklə 453,07 Kb.
səhifə36/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Vəziyyət (situasiya) üzrə praktikum. Bu üsul hər hansı oxu materialını öyrəndikdən sonra tətbiq edilən üsuldur. Gös­tərilən üsul şagirdlərdə öyrənilən material üzrə müəyyən bilik və təcrübənin olmasını nəzərdə tutur. Üsulu aşağıdakı ki­mi tətbiq etmək olar:

  • Müəllim dərsdə müzakirə olunacaq problem və sualları əvvəlcədən müəyyən edir və onları müxtəlif vəziyyətlər şəklində tərtib edir.

  • Vəziyyətlər ayrı-ayrı iş vərəqlərində yazılır. Hər və­ziy­yə­tə dair suallar və tapşırıqlar qoyulur. Bunların sayı 2-5 ola bilər.

  • Şagirdlər cütlüklərə, qruplara bölünürlər. Hər qrupa bir və ya bir neçə vəziyyəti təsvir edən iş vərəqi verilir.

  • Tapşırıqları yerinə yetirdikdən sonra qruplar öz işlərini təqdim edirlər.

  • Qrupların təqdimatından sonra müzakirə keçirilir.

Qərarlar ağacı. Bu üsul o zaman tətbiq olunur ki, oxu materialında təqdim olunan problemin bir neçə həlli var və onların hamısı liderlik təşkil edir. Şagird bunun hamısını seçə bilmir. Bu üsul aşağıdakı kimi tətbiq olunur:

  • Əvvəlcə, müəllim təhlil ediləcək problemi və onun həlli yollarının bir neçə va­rian­tını müəyyənləşdirir. Təklif olunan variantların hamısı eyni dərəcədə real və bə­ra­bər əhə­miyyətli olmalıdır ki, onların arasında “lider” variant olmasın.

  • Təhlil olunacaq problem iri kağızda aşağıdakı formada təqdim olunur:

PROBLEM

Problemin həlli yo­l­­larının “+” və “-“ tərəfləri

Problemin həlli yolu

I yol

II yol

III yol




+

+

_

Qərar:




  • Müəllim şagirdləri 4-6 nəfərlik qruplara bölür.

  • Müəllim qruplara tapşırığı izah edir. Hər qrupa bu cədvəl çəkilmiş kağız və mar­ker verilir, tapşırığın yerinə yetirilməsi üçün vaxt təyin olunur.

  • Qruplar iş zamanı problemin həlli yollarını təhlil edir, hər variantın müs­bət və mən­­fi cəhətlərini müəyyənləşdirir və müvafiq xanaları doldururlar. Bütün va­riantlar təh­­lil edildikdən sonra qərar qəbul olunur və variantlardan yalnız biri seçilir:

  • qrup qərarı yazdıqdan sonra müəllim qərarın üzərini bağlayır;

  • təqdimat zamanı qrup nümayəndələri yazıları oxuyur, lakin qərarı bildirmir. Müəl­­lim digər qruplardan xahiş edir ki, qrupun qeyd etdiyi müsbət və mənfi cəhətləri nə­zərə alaraq onun hansı variantı seçdiyini tapsınlar. Şagirdlərin fikirlərindən sonra qə­rar xanası açılır;

  • bütün qruplar öz işlərini təqdim etdikdən sonra müəl­lim alınmış nəticələrin mü­qa­­­yisəsi və qəbul olunmuş qərarların əsaslı olması istiqamətində kiçik müzakirə apa­rır. Şagirdlərin diqqətini bu tapşırığın düşünülmüş qərarının qəbul olunmasında kö­­­mək etdiklərinə yönəltmək çox vacibdir.


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin