Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə37/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Qar topası üsulu. Bu üsul hər bir şagirdə ümumi işə öz töh­vəsini vermək imkanı yaradır. Qar topası üsulu şagirdlərə öyrənilən mətn ilə bağlı öz baxışlarını formalaşdırmağı, onu söy­ləməyi və müdafiə etməyi, birgə qərar qəbul etməyi, güzəştə getməyi öyrədir. Üsul bir neçə mərhələdən ibarətdir:
I mərhələ. Şagirdlərin fərdi işi.
II mərhələ. Qruplarla iş.
III mərhələ. Ümumiləşdirmə və qərarın hazırlanmasında bütün sinfin iştirak et­mə­si.
Bu üsul aşağıdakı kimi tətbiq olunur:
- Müəllim şagirdlərin qarşısında Azərbaycan dili dərsl­ə­rində problem və ya sual qoyur və hər bir şagirddən xa­hiş edir ki, qısa müddət ərzində suala cavab versin. Şagirdlər cavablarını kağız və­rəq­də yazırlar.
- Sinif qruplara bölünür. Tədqiq ediləcək sual əvvəlki ola­raq qalır. Hər bir qrup bü­tün üzvlərinin fərdi işlərindən istifadə etməklə öz qərarını hazırlayır və vatman ka­ğı­za yazır.

  • Qruplar öz işlərini təqdim edirlər.

- Qrupların işləri müzakirə edilərək ən çox təkrar olunan müddəalar müəy­yən­ləş­di­rilir və ayrıca kağızda yazılır.
Dəyirmi masa. Müəllim şagirdləri qruplara bölür və hər qrupa bir vatman kağızı və qrup üzvlərinin sayı qədər rəngli fla­master verir. Hər şa­­gird ona verilən rəngli flamaster ilə yaz­malıdır. Müəllim kağıza hər han­­sı bir fikir yazır. Qrup üzvləri isə bu fikrin davamı olan digər bir fikri vərəqdə bir-bi­­rinə ötürə­rək öz rəngli flamasterləri ilə yazırlar. Bu üsul şagirdlərin hər birinin möv­­zunu necə mənimsədiyini başa düşmək üçün tətbiq olunan əhəmiyyətli üsuldur.
T-sxemlər. Bu üsul müzakirə zamanı müsbət və mənfi cavablar üçün (razıyam, eti­raz edirəm), yaxud da müqayisəli fikirlərin qeyd edilməsi üçün istifadə olunur. Müəl­lim şagirdlərə oxu mətni verir, onlar isə razıyam və ya etiraz edirəm prinsipi ilə oxu­yur­lar və aşağıdakı cədvəli tərtib edirlər:

“+” səbəblər

“-”səbəblər

1.
2.
3.

1.
2.
3.

Cədvəlin tərtibindən sonra iş cütlərlə gedir. 5 dəqiqə vaxt verilir ki, səbəblər ya­zıl­sın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan suala cavablar yazılır, ikin­ci 5 dəqiqə ərzində isə cədvəlin sağ tərəfindəki sualla əlaqədar cavablar yazılır. Sonda isə müəllim bütün fikirləri ümumiləşdirir və ümumi nəticə çıxarır. Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə başlayırlar və müzakirə edir­lər. Mətnlə tanış olduq­dan sonra lazım gəlsə, öz sxemlərində düzəliş aparırlar. Son­da müəllim özünün hazırladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya cavabları təsdiq edir.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin