Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə40/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Konseptual cədvəl. Yazı işlərinə aid material hazırlamaq üçün digər bir fəal metod konseptual cədvəllərdir. Bu metod o vaxt xüsusilə səmərəlidir ki, ondan istifadə zamanı müqayisə nəzərdə tutulur.
Cədvəlin sütunlarında müqayisə ediləcək obyektlər, sətirlərində isə müqayisə edilən şərtlər və özəllikləri yerləşdirilir.
İnsert.İnsert metodu (Səmərəli Mütaliə və Yazı Üçün İnteraktiv Qeydetmə Sistemi) dərsin dərketmə mərhələsində istifadə olunur. İnsert oxu zamanı şagirdlərin öz qavrayışını yoxlamasına imkan verən güclü vasitədir. O həm də fəal dərketməyə şərait yaradır.
Beləliklə, şagirdlərə izah edilir ki, onlar mütaliə prosesində mətndə 4 tip işarə qoyacaqlar:



Əvvəldən bildiyiniz bir məlumatı təsdiq edən əlavə məlumatlararast gəlmisinizsə, yoxlama işarəsi(✓) qoyun.

_


Oxuduğunuz məlumatlar əvvəllər bildiyinizi rəddedirsə, yaxud ona ziddirsə, mənfi işarəsi (-) qoyun.

+


Müsbət işarəsi(+) o zaman qoyulur ki, rast gəldiyiniz məlumatın bir qismi sizin üçün təzə olsun.

?


Qarışıq,haqqında əlavə məlumat bilmək istəyiniz məsələvarsa, qarşısına sual işarəsi(?)qoyun.
Şagirdlərə izah etmək lazımdır ki, hər sətrin, yaxud hər fikrin qarşısında işarələr qoymaq vacib deyil. Sadəcə, məlumata ümumi münasibət bildirmək lazımdır. Şagirdlərin yaşından və hazırlıq səviyyəsindən asılı olaraq işlədilən işarələr də müxtəlif ola bilər. Aşağı siniflərdə iki işarədən istifadə olunması məqsədəmüvafiqdir: yoxlama işarəsi (✓) yəni, "mən bunu bilirdim" və müsbət işarəsi (+) – "mən bunu öyrəndim".
Ucadan düşün. Oxu təlimindəmüəllim bir növ öz “beyninin pəncərəsini” şagirdlər üçün açır və onlara oxu zamanı düşün­məyin yollarını göstərir. Müəllim əlaqələndirmə, ümu­miləş­dirmə aparmaq, nəticə çıxarmaq, dərketməni yoxlamaq və s. fəaliyyətlərin köməyi ilə şagirddə yaxşı oxucu üçün vacib olan bacarıqları formalaşdırır. “Ucadan düşün” üsulunda dərs iki hissəyə ayrılır:
I hissə ̶ mətnin məzmunu üzərində düşünməklə oxunun təşkili;
II hissə ̶ düşünərək oxumaq üçün üsulların öyrədilməsi.
Hər dəfə bu cür oxudan sonra aparılan “Necə oxuduq ki, başa düşdük?” fəaliyyəti şagirdlərin oxu strategiyalarını nümunələrlə mənimsəməsinə və beləliklə, müstəqil, düşünən oxucu kimi formalaşmasına şərait yaradır.
“Ucadan düşün” üsulu aşağıdakı fəaliyyətlərdən ibarətdir:

  • ilkin bilikləri müəyyənləşdirmək;

  • əlaqələndirmək;

  • sual vermək;

  • məqsədi müəyyənləşdirmək;

  • dərketməni yoxlamaq;

  • təsəvvür etmək;

  • uşaqların münasibətini öyrənmək və dəstəkləyici fikirlər əlavə etmək.

Fəal təlim texnologiyalarının imkanlarından istifadə edən hər bir müəllim strategiyalı oxuya yiyələnmiş şagird hazırlayabilər.



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin