Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə42/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   38   39   40   41   42   43   44   45   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Əlavəetmə-mövcud mətndə olmayan səsin, hecanın, sözün oxuma prosesində yazılı materiala daxil edilməsidir. Əlavələr oxunan cümləyə başqa məna verə biləcəyindən və cüm­lə­nin mənasını dəyişdirəcəyindən oxu səhvi kimi qiymətlən­dirilir. Əlavələr çox az sayda olarsa, narahatlığa əsas yoxdur, lakin çox tez-tez rast gəlinirsə, burada şagirdin diqqətsizliyi, diqqət dağınıqlığı problemi olduğuna işarədir.
Təkraretmə -təkraretmə bir sözün və ya cümlənin geriyə dönərək yenidən oxunmasıdır. Söz şagirdə tanış olduğu halda özünə inamsızlıq səbəbi ilə yenidən təkrar oxuyur. Bu hal reqressiya adlanır və oxu sürətini aşağı salmaqla bərabər oxu­yub anlamanın keyfiyyətini də aşağı salır. Şagirdin özünə inamı artdıqca oxu tərəddüdlərində, təkrarlamalarında azalma müşa­hidə edilir.
Yenicə oxumağa başlayanların oxu texnikasının xüsusiy­yətlərindən biri də tez-tez baş verən reqressiya (geriyə qayıt­madır). Uşaqlar sözdə eyni hecanı, cümlədə eyni sözü bir neçə dəfə təkrarlamalı olurlar. Bu ondan irəli gəlir ki, uşaqlar sözləri hecalarla, fasilələrlə oxuduqlarından axırına çatanda əvvəli yad­dan çıxır. Ona görə də geriyə qayıdırlar ki, həmin hissələri əlaqələndirsinlər. Sözlər nə qədər böyük, çoxhecalı və mənaca çətin olarsa, geriyə qayıtma, təkrarlama o qədər çox olur. Şa­gird­lər təkrarlamağa ona görə meyillidirlər ki, sözlərin təkrarı onları cümlədə birləşdirməyə və mənanı başa düşməyə kömək edir. Ona görə də ilk dövrlər belə geriyə qayıtmanı nöqsan hesab etmək düz deyil.
Tərsinə çevirmə-hərflərin, hecaların və ya sözlərin yer dəyişdirərək ya da geriyə çevrilməsidir. Daha çox birinci sinif şa­girdlərində rast gəlinən problemdir. Tərsinə çevirərək oxumanın 4 növü vardır: 1)bütöv sözü; 2)sözün bir hərfini; 3)hərflərin sırasını; 4)sözlərin sırasını tərs çevirərək oxuma.
Kökləri bir-birinə bənzər, eyni hərf tərkibinə malik sözlər, xüsusən, kiçikyaşlılar tərəfindən səhv oxunur. Bu cür səhvlərə yol verən şagirdlərə yanıltmaclar oxutmaq faydalıdır. Bir-birinə simmetrik olan b-d, m-n, u-n kimi hərflər, bundan başqa f-t, c-e, a-o, c-ç, s-ş və s. bu kimi bir qrup hərflərin oxunuşu zamanı hərflər verilmiş qarşılığı ilə əvəzlənərək səhv oxunur.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin