Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Müxtəlif janrlı əsərlərn oxu texnologiyası. Hekayələrin oxusu metodikası



Yüklə 453,07 Kb.
səhifə45/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Müxtəlif janrlı əsərlərn oxu texnologiyası. Hekayələrin oxusu metodikası

Müxtəlif növ bədii əsərlərin oxusunu düzgün təşkil etmək üçün onların özünəməx­sus xüsusiyyətlərini bilmək son dərəcə vacibdir. Ədəbi əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinə daha çox diqqət yetirilməlidir, çünki hər bir əsərin janrından asılı olaraq müəllim ona iş üsullarından, fəal təlim metodlarından istifadə edir.


I-IV sinif şagirdləri yüksək poetik-bədii tələblərə cavab verən şeir və nəsr nümunələrini sevə-sevə öyrənir və nitqlərində onlardan istifadə edirlər. Bədii əsərlərin şagird ruhuna təsir gücü bədii oxudan başlanır. Oxu prosesində təsirlənməyən şagirdin nitqini estetik təsiri güclü olmaz. Ton, tembr, intonasiya vurğu, orfoepiya və ədəbi tələffüzün bütün komponentlərinin nitqə verdiyi estetik gözəllik ədəbiyyatı ürəkdən sevməyin əsasıdır. İbtidai siniflərdə oxudan, ən əsası ifadəli oxudan, bədii oxudan istifadə edilməsi şagirdlərin bədii-estetik hisslərinin tərbiyəsində və nitq mədəniyyətlərinin inkişafında böyük əhəmiyyət kəsb edir. I-IV sinif “Azərbaycan dili” dərsliklərində müxtəlif janrlar­dan olan mətnlərə geniş yer verilmişdir. Müəllimlərin vəzifəsi odur ki, bu mətnlərin oxusunu, tədrisini kurikulum tələblərinə uyğun yeni düşüncə tərzi olan innovativ texnologiyalar əsasında qursunlar.
İbtidai sinif­lərdə şagirdlər müxtəlif janrlı əsərlərlə tanış olurlar. Burada epik və lirik növə dair kifayət qədər əsərlər verilmişdir. Məlumdur ki, hər bir əsərin də öz quruluşu, bədii xüsusiyyətləri vardır. Oxu prosesində bunları bilmək vacibdir. Nağıl və təmsil eyni olma­dığı kimi, onların oxu qaydaları da fərqlidir. Eləcə də atalar söz­ləri, tapmaca, bayatı, əfsanə, hekayə və b. nümunələrin hər birinin öz quruluşu olduğu kimi, müvafiq oxu qaydaları, təhkiyə xüsusiyyətləri də vardır.
Bədii əsərlər üç növdə olur: lirik, epik, dramatik. I sinifdən başlayaraq oxu dərsliklərində hər üç növdən nümunələr verilir.Hər növə aid mətn üzrə iş apararkən onun xüsusiyyəti nəzərə alınmalıdır.Sinif müəllimi epik, lirik və dra­ma­tik əsərləri, onun növlərinin xüsusiyyətlərini, bu xüsusiy­yətlərin təlimdə nəzərə alınmalı olduğunu bilməlidir. Bədii mətn­lər şagirdlərin fikrinə, hisslərinə və iradəsinə güclü təsir et­məklə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Uşaqlar bədii əsərlər­dəki müsbət qəhrəmanı sevir, onunla birlikdə həyəcan keçirir. Həqiqi həyatda təqlid edir, özü üçün ideal seçir.
Bədii ədəbiyyatın özünəməxsus xüsusi cəhətlərindən biri də şagirdlərin nitqini lazımi söz və ifadələrlə zənginləşdirmə­sidir. Bədii əsəri sadəcə oxumaq deyil, onu başa düşmək, hiss etmək əsas şərtdir.
İbtidai siniflərdə bədii materialların oxusu yuxarı siniflər­də keçilən “Ədəbiyyat” fənnini yaxşı mənimsəməyin təməlidir. Ona görə də bu siniflərdə şagirdlər bədii əsəri təhlil etməyi, qəhrəmanın xarakterini müəyyənləşdirməyi, hadisələrin zaman və məkan şəraitini təyin etməyi bacarmalı, ilk poetik anlayışlara-şeir, qafiyə, ahəng, ölçü, hekayə, təmsil, nağıl və s. dəqiq yiyə­lənməlidirlər.
İbtidai siniflərdə oxu təlimi prosesində müxtəlif ədəbi janrlardan istifadə edilir.


  1. Yüklə 453,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin