Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Bədii mətnlər (hekayə, təmsil, nağıl, şeir)



Yüklə 453,07 Kb.
səhifə46/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Bədii mətnlər (hekayə, təmsil, nağıl, şeir)

  • Elmi (məlumatlandırıcı) mətnlər (müxtəlif sahələr haqqında məlumat verən mətnlər)

    İbtidai siniflərdə oxu materiallarının seçilməsində şagirdlə­rin yaş və bilik səviyyəsi nəzərə alınır. Yığcam formada onların əsas cəhətlərinə diqqət yetirək.
    İbtidai siniflərdə lirik əsərlərin tədrisi şagirdlərin oxu vərdişlərini təkmilləşdirir, lüğət ehtiyatını zənginləşdirir və şagirdlərin rabitəli nitqə yiyələnmələrinə şərait yaradır ki, bu da xüsusi əhəmiyyət kəsb edir.
    Lirik obrazlı bədii ifadələr şagirdlərin ətraf aləmi dərk etməsinə güclü təsir göstərir, varlığı dərk etmək hisslərini artırır, yaradıcılıq fəaliyyətini, təfəkkür və nitq mədəniyyətini inkişaf etdirir. Şagirdlər sözlərin məna çalarlığını aydın və konkret ola­raq dərk edir, onlarla bədii dilə və obrazlı təfəkkürə sahib olur. Oxu dərsliklərinin tərtibində lirik əsərlərin aşağıdakı bölgüləri nəzərə alınmalıdır.
    Təbiəti təsvir edən lirik əsərlərə oxu dərsliklərində çox yer verilir. Bu məzmunda olan əsərlər iki yerə bölünür:

    • təbiətin gözəlliyini olduğu kimi tərənnüm edən lirik əsər­­lər;

    • təbiətin təsvirinin şairin yaradı­cılığı əsasında olan lirik əsərlər.

    Belə əsərlər şagirdlərdə təbiət gözəlliyinə vurğun olmaq, vətəni sevmək, həm də onlarda sevinc, şadlıq və s. hissləri tərbiyə edir.
    Heyvanlar haqqındaolan lirik əsərlərin dili şagirdlər başa düşəcək səviyyədə təsvir olunur. Hadisələrin gedişi incə, sadə, konkret fikir, asan, başa düşülən söz və ifadələrə incə, əzizlənmə təsviri yaradır ki, şagird təsəvvürünü obyektə canlı surətdə yaxınlaşdırır. Həm də şagirdin obrazlı təsvirə meylini çoxaldır və obyekt haqqında müstəqil fikir söyləməyi fəallaşdırır.
    Vətənpərvərlik təsvirinə aid olan lirik əsərlər oxu dərslik­lərində əsas yerlərdən birini tutur. Bu baxımdan vətənpərvərliyə aid olan mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:

    • vətənin təbii gözəlliyini, sərvətini və fəsillərini təsvir edən mövzular;

    • insanların həyat mübarizəsi, uşaqların xoşbəxt həyatını təsvir edən mövzular;

    • vətənin oğul və qızlarının qəhrəmanlığını təsvir edən mövzular;

    • vətən uğrunda canlarını qurban verən və xain düşmən­lərdən vətəni qoruyan igidlərə aid mövzular və s.

    Əməksevərlik mövzusunda olan lirik əsərlər şagirdləri əmək, sənət, peşə tərbiyəsinə istiqamətləndirir.
    Təsvir xarakterli lirik əsərlər şagirdlərə yaxın və doğma olduğuna görə onlar bu məzmunda olan şeirləri sevir, tez də qavrayırlar.
    Müşahidə əsasında yazılan lirik əsərlər şagirdlərə nə qə­dər doğmadırsa, bir о qədər də onların nitq inkişafına təsir gös­tərir.
    İbtidai siniflərin “Azərbaycan dili” dərsliklərində folklor nümunələrindən də geniş istifadə olunur.
    “Fikrimizcə, aşağı siniflərdə folklor poetikasının cüzi əlamətləri öyrədilirsə, III sinifdə o bir qədər də dərinləşməlidir. Bu sinifdə şagird üçün yeni anlayışlar meydana çıxır. Mif, əsatir, əfsanə, rəvayət kimi istilahlar onun üçün təzədir. Buna görə də müəllim həmin janrları başqalarından ayıran başlıca xüsusiyyətləri izah etməyə borcludur”[26, s.30-31].
    - nağılların tədrisi zamanı şagirdlər həm xalqın adət-ənə­nəsi ilə tanış olur, həm də bir növ nağıllar onlarda qara qüv­vələrə, acgözlərə, düşmənə qarşı mübariz olmağı tərbiyə edir;
    -dastanlardan verilmiş parçalar şagirdlərə vətənə sadiq olmaq, dostluq, yoldaşlıq, mərdlik, qəhrəmanlıq, xalqını sevmək kimi keyfiyyətlər aşılayır;
    -atalar sözü qısa və lakonik ifadələrlə dərin mənalı fikir söyləməyə, şirin, duzlu danışmağa xidmət edir;
    -tapmacalar isə şagirdlərdə əşya üzərində düşünmək və onları yaddaşda bərpa etmək hisslərini aşılayır.
    Folklor nümunələrinin siniflər üzrə öyrədilməsini aşağıda­kı qaydada həyata keçirmək məqsədəuyğun hesab edilir. Dərs­liyin tərtibində aşağıdakı məsləhəti nəzərə almaq lazımdır.
    “Tapmaca ilə yanıltmacın fərqi” uğurlu ifadə olmasa da, mətləb məlumdur. Yəni bu janrların hər birinin özünəməxsus xarakterinin səciyyəsini araşdırmağı tələb edirsə, bu çox vacibdir[26, s.31].
    Nağıllar-I-II siniflərdə tarix və heyvanlar aləmindən bəhs edən nağıllar;
    III sinifdə I-II siniflərdə öyrədilən nağıllara əlavə olaraq, sehirli nağıllar.
    IV sinifdə I-III siniflərdə öyrədilən nağıllara əlavə olaraq məişət nağılları tədris olunur.
    Dastanlar-I - II siniflərdə dastan motivləri əsasında yazıl­mış hekayələr, III-IV siniflərdə isə qəhrəmanlıq dastanlarından parçaların verilməsi nəzərdə tutulur.
    Atalar sözləri – I-IV siniflərdə bu janr üzərində yazılı və şifa­hi iş aparılmalı, belə ki, I-III siniflərdə-ata, ana, böyüklərə hör­mət, dostluq, yoldaşlıq, yaxşılıq, birlik, mərdlik, əməksevərlik, vətən, xalq, ailə və s.
    IV-sinifdə isə bunlara əlavə olaraq sənət, peşə, təsərrüfat mövzularında atalar sözü seçilib öyrədilir.
    Tapmacalar-I sinifdə heyvanlar, təbiət hadisələri, məktəb əşyaları, meyvə, tərəvəz, quşlar;
    II sinifdə I-sinifdə öyrədilənləri nəzərə alınmaqla ağaclar, bəzək və geyim şeyləri həşəratlar, heyvanlardan alınan məhsul­lar, xörək adları, ev əşyaları və avadanlığı, insanlara aid tapma­calar öyrədilməlidir.
    III-IV siniflərdə I-II siniflərdə öyrədilən tapmacalar nəzərə alınaraq: musiqi adları, silah adları, texnika, alətlər, qeyri-maddi aləm haqqında və mücərrəd anlayışları bildirən tapmacaların öyrədilməsi nəzərdə tutulur.

    Yüklə 453,07 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   42   43   44   45   46   47   48   49   ...   100




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin