Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Hekayələrin oxusu üzrə işin metodikası



Yüklə 453,07 Kb.
səhifə48/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Hekayələrin oxusu üzrə işin metodikası

Hekayədə hadisə müəyyən xətt üzrə, ardıcılıqla inkişaf edir və onun gedişi canlı dillə nağıl edilir. Belə hadisələri şagirdlər asanlıqla izləyə və yadda saxlaya bilirlər. Hekayələrin oxunması düzgün oxu texnikasının inkişafı baxımından da faydalıdır. Bu məqsədlə I-II siniflərdə hekayənin müəllim tərəfindən oxusu çox vacibdir. III-IV siniflərdə buna o qədər də ehtiyac qalmır. Dra­matik hadisələrlə zəngin, emosional hekayələri şagirdlər müəl­limin ifadəli oxusu nümunəsində daha yaxşı mənimsəyirlər.


Hekayənin məzmunundan, həcmindən və şagirdlərin ya­şın­dan asılı olaraq onun öyrənilməsinə həsr olunmuş məşğələlər müxtəlif cür qurulur. Şagirdlər hekayədə hadisələri müəyyən xətt üzrə ardıcıllıqla izləyə və yadda saxlaya bilərlər. Hekayə­dəki bədii obrazların şagirdlərə dərin təsir bağışlaması üçün müəllim çalışmalıdır ki, şagirdlər hekayədəki hadisənin baş verdiyi şəraiti, qəhrəmanları aydın təsəvvür etsinlər. Şagirdlər hekayədə iştirak edən şəxslərin, xüsusilə qəhrəmanların xarak­terik əlamətlərini, xarici görünüşünü müəyyənləşdirməyi bacar­ma­lıdırlar. Hekayə oxunduqdan sonra müəllim hekayədən qəh­rə­mana aid xüsusiyyətləri (sifətləri) bildirən sözləri seçməyi, ona xasiyyətnamə tərtib etməyi tələb edə bilər, lakin əvvəlcə müəl­lim şagirdlərə hekayəyə sadə xasiyyətnamə tərtib etməyi öyrət­mə­lidir. Xasiyyətnamə çox sadə şəkildə tərtib olunmalıdır.
Məsələn, şagirdlər III sinifdə “Yaxşılığa yaxşılıq” heka­yəsini oxuyarkən Tural və Vüsal surətlərini tutuşdururlar. Şa­gird­lər bildirirlər ki, Tural diqqətli, qayğıkeş, saf ürəkli, mərhə­mət­li, təbiəti və onun bir parçası olan heyvanları sevən, onları qoruyan, yardım edən oğlandır. Vüsal isə laqeyd, diqqətsiz hey­van­ları sevməyən (təbiəti sevməyən) və dostuna kömək etməyən oğlandır. Tural yoldaşına nümunə olmağa və onu yaxşı yola dəvət etməyə çalışandır və s. IV siniflərdə bu sahədə iş bir qədər də mürəkkəbləşir. Şagirdlər iştirak edənləri müqayisə etmək, qəhrəmanların hərəkətlərini qiymətləndirməklə yanaşı, onlara münasibət bildirməyə, həm də bunun səbəbini izah etməyə çalı­şırlar. Bir çox hallarda hekayədəki dialoqa qəhrəmana xasiyyət­namənin verilməsi vasitəsi kimi baxmaq lazımdır.
Hekayənin ifadəli oxusu şagirdlərdə əsərdəki obrazlara emosional yanaşmağı, intonasiyaya əməl etməyi, cümlələrdəki sözlərin məna əlaqəsini başa düşməyi, əsərdə təsvir olunanlara səmimiyyət hissini oyadır.
Hekayələrin tədrisi optimal qurulduqda, şagirdlərin bədii oxu və nitq vərdişlərinin inkişafında mühüm rol oynayır; onlarda bədii hiss və duyğunun səviyyəsini yüksəldir.
II sinif “Azərbaycan dili” dərsliyində verilmişbir neçəhekayənin tədrisinə nəzər salaq[18].
“Ağa və nökər”(1 saat)




Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin