Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə51/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Təlim nəticələri

Məzmun standartı

Sözlərinhəqiqivə məcazimənasını fərqləndirir.



2.1.3.

Müvafiqmətnləridüzgün, sürətli, intonasiyailə (cümlə növlərinə görə) oxuyur.

2.2.1.

İnteqrasiya: ədəbiyyat


İş forması: böyük qrup
İç üsulu: əqli hücum, suallar, rollu oyun
Resurslar: şəkillər, testlər, marker
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Müəllim lövhədən M.F.Axundovun şəklini asır. Şagirdlərdən M.F.Axundov haqqında nə bildiklərini soruşur. (Fərziyyələr dinlənilir).
Müəllim:
-“Əl tutmaq” ifadəsini necə başa düşürsünüz? (salamlaşmaq, kömək etmək, yardım etmək və s. ).
Tədqiqat sualı: Mətndəki surətlər haqqında nə deyə bilərsiniz?
Tədqiqatın aparılması: Mətnin ifadəli oxusu təşkil olunur. Mətn hissə-hissə oxunub, təhlil edilir.
Mətndəki tərəddüd, yazıq, eyvan, layiq deyiləm, çaşa düşdü, əlində maya olsun, bir işin qulpundan yapış, böyük ürəkli söz və ifadələri üzrə lüğət işi aparılır.
Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər müxtəlif fikirlər söyləyirlər, bir-birinin fikirlərini dinləyirlər.
Ümumiləşdirmə və nəticə: Müəllim suallarla müraciət edir:
-Hekayəni daha necə adlandırmaq olar? (Böyük ürəkli insan).
-Kasıb kişi niyə tərəddüd edirdi? (Özünü bu böyuk insanla danışmağa layiq bilmirdi).
-M.F.Axundovun kişiyə münasibəti necə oldu?(Bahalı xalça verdi).
-O, bahalı xalçanı niyə verdi? (Ona görə ki, xalçanı satıb özünə bir iş qursun).
- M.F.Axundov necə insan idi?( Böyük ürəkli, xeyirxah insan).
Yaradıcı tətbiqetmə: Şagirdlərə hekayəni rollar üzrə səsləndirmək təklif olundu. Onlar mətni özünəməxsus şəkildə, yəni öz cümlələri ilə səhnələşdirdilər.
Qiymətləndirmə. Mətnin düzgün və ifadəli oxusuna görə aparıldı.



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin