Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə32/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Söz assosiasiyası – bu üsuldan həm mövzunun öyrənil­məsinin əvvəlində, həm də sonunda istifadə etmək olar. Bunu aşağıdakı kimi tətbiq etmək olar:

  • Öyrənilən mövzu ilə bağlı başlıca söz lövhəyə yazılır;

  • Şagirdlərə tapşırılır ki, bu sözlə gördükləri və ya eşit­dik­ləri zaman ağıllarına gə­­­lən ilk sözü yazsınlar. Bunun üçün onlara 1-2 dəqiqə vaxt verilir;

  • Dərsin axırında tapşırılır ki, hər bir şagird mövzu ilə bağlı düşündüyünü və ya nə hiss etdiyini bir sözlə ifadə etsin. Sonra bu sözlərin siyahısı tərtib edilir. Məsələn:



Bənövşə




Yazın gəlişi


Novruz bayramı


Bənövşəyi rəng



Anlayışın çıxarılması. Oyun-tapmaca kimi təşkil olunan bu üsul dərsin fəal keçməsinə səbəb olur. Müəllim oxu mətninə aid anlayışı lövhədən asılan dairəvi kartın arxasına yazır. Şagirdlərə isə həmin mətnə dair bir neçə “açar” söz deyir və yazır. Şagirdlər həmin sözlərlə bu gün oxunacaq mətni müəyyənləşdirirlər.
Şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.

Kosa



?

bayrammm



Keçəl


Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim kartoçkada yazılan mətni açıqlayır: “Siçanla qurbağanın döstluğu” [7, s.92].


Suallar. Oxu dərsinin səmərəli təşkilində mətnin məzmunun açılmasına xidmət edən sualların əhəmiyyəti çoxdur. Dərs prosesində suallar qurulmasını şagirdlərin idrak fəallığının artırılmasında böyük rol oynayır. Tədqiqatı stimullaşdırır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır. Məsələn:
“Lovğa” şeirinin oxusundan sonra verilmiş sulların məzmununa nəzər salaq [7, s.186].
Lovğa
Bir uşaq lovğalandı,
Kükrədi dalğalandı,
Qabartdı sinəsini.
Gördü pisdir ədası,
Yoxdur bunun faydası.
Hamı çıxdı sözündən
Lovğa küsdü özündən.
Suallar:
-Kimə lovğa deyilir?
-Nə üçün lovğalıq pis xüsusiyyət sayılır?
-Lovğalığın nəticəsi nə olur?
-Lovğalarla necə rəftar edərdiniz?
-Lovğalara nə məsləhət verərdiniz?
-Lovğalıq kimi daha hansı pis xüsusiyyətlər vardır ?... və s.

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin