Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
nəqliyyat loqistikası 
- sifariş edilmiş malların tələb olunan
müddətə optimal marşrutla tələb olunan yerə minimum xərclə hərəkətidir. 
Nəqliyyat logistikasının predmeti, ümumi təyinatlı nəqliyyat vasitələri ilə malların hərəkə-
tinin təşkili ilə əlaqədar kompleks vəzifələr sayılır.
Nəqliyyat logistikası ümumiyyətlə üç əsas sahəni əhatə edir: 
• müxtəlif rabitə vasitələrindən və son informasiya texnologiyalarından istifadə etməklə 
yük daşıma marşrutunda yaranan mallarla əlaqəli əməliyyatlara nəzarət;
• minimal maliyyə xərcləri ilə yüklərin çatdırılmasının təşkili və planlaşdırılması prosesi;
• mal sahiblərinə lazımi məlumatların verilməsi. 
Nəqliyyat logistikasının tətbiqi malların yüklənməsi və boşaldılması xərclərini optimallaş-
dırmağa, yükgöndərən və yükalan ilə müəyyən məsələlərin koordinasiyasına real imkan yaradır.
Nəqliyyat logistikasına müəssisənin işinin səmərəliliyinin yüksəldilməsinə imkan verən bir sıra 
xüsusi funksiyalar daxildir:
qablaşdırma; yükün emalı; anbarlama; yönləndirmə; gömrük rəsmiləş-
dirilməsi;risksığortası.
Yük daşınması sahəsində logistikadan istifadə - malların səmərəli çatdırılmasının optimal 
həll olub, yükün çatdırma ilə bağlı minimum risklərlə mümkün qədər tez təyinat yerlərinə çatdırma 
bacarığıdır. Nəqliyyat logistikasının əsas prinsipləri - nəqliyyat fəaliyyətləri ilə əlaqəli xərclərin 
optimallaşdırılması və azaldılmasıdır. Bu göstəricilər yük daşınmasında optimal hərəkət sxemlərinin 
seçilməsi, zəruri sənədlərin yüksək keyfiyyətli və sürətlə işlənməsi, geniş miqyasda qənaət sayəsin-
də əldə edilir. 
Yuxarıda deyilənləri nəzərə alaraq nəqliyyat logistikasının tərifi aşağıdakı kimi ifadə oluna 
bilər. 
Nəqliyyat logistikası - xüsusi bir logistika növü olub, tələb olunan miqdarda malın 
lazımi məntəqəyə optimal marşrutla tələb olunan vaxtda və ən ucuz qiymətlə çatdırılmasıdır. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin